Nezaket Memmedova Saire - Wikipedia
Nəzakət Məmmədova (tam adı: Nəzakət Salah qızı Məmmədova; 13 yanvar 1962, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009). Azərbaycan Respublikası "Xatirə Kitabı" Redaksiyasının baş redaktoru.[1]
Nəzakət Məmmədova | |
---|---|
Nəzakət Salah qızı Məmmədova | |
Doğum adı | Nəzakət |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, publisist |
Əsərlərinin dili | azərbaycanca |
İstiqamət | vətənpərvərlik |
Janrlar | şeir, poema |
İlk əsəri | “Yurd dediyim bu torpaq” kitabı (2018) |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Mükafatları
redaktəNəzakət Məmmədova 2010-cu ildə "Qızıl qələm", 2014-cü ildə Prezident mükafatlarına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülmüşdür. Həzi Aslanov yubiley medalı, Rusiya Federasiyasının “Qələbə 75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub.
Yaradıcılığı
redaktə- 2018-ci ildə “Yurd dediyim bu torpaq” kitabı dərc olunmuşdur. Kitabda “Şəhid zirvəsi” poeması da yer almışdır.
- Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunmuşdur (2018).
- 2010-cu ildən “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının təsisçisi və baş redaktorudur.
- 2011-ci ildən nəşrə başlayan və ötən illər ərzində təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmış “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalı milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılmasında, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsində, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılmasında müstəsna rol oynamış, böyük uğurlar qazanmışdır.
- Respublika Mətbuat Şurasının, Türk Dünyası Ədəbiyyat Dərgilər Birliyinin üzvü olan “Yada düşdü” jurnalının qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasında təmsilçiləri vardır. Bundan başqa İran, İraq, Şimali Kıprıs Türk Cümhuriyyəti, Saray Bosna, Dağıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan Respublikaları ilə ədəbi əlaqələri vardır.
- Xalq şairi Nəriman Həsənzadənin tövsiyəsi ilə Tehranda nəşr edilən “Xudafərin” jurnalı ilə “Yada düşdü” jurnalı qardaşlaşmış dərgilər kimi fəaliyyət göstərir, tez-tez bir-birinin qonağı olur.
Nəzakət Məmmədovanın yaradıcılığına həsr olunan müəllif Allahverdi Eminovun “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikmət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabı çap edilmişdir.
Nəzakət Məmmədova Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı... və ya 44 günün dastanı” film layihəsinin müəllifidir.
20 ilə yaxındır ki, Respublika Xatirə Kitabı Redaksiyasında çalışır. 6 ildir kitabın baş redaktoru vəzifəsinə təyin olunub. “Xatirə Kitabı”nın 16 cildi çapdan çıxıb, hal-hazırda 17-ci cildin tamamlama işləri gedir. [2]
“Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından 5 şəhid haqqında kitab çapdan çıxıb. Redaksiya hər il bir şəhid haqqında kitab hazırlmağı nəzərdə tutur. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası daha bir məsuliyyətli araşdırmaya başlamışdır.
Dövlət Təhlükəsizlik Xidməti Nazirliyinin nəzdində fəaliyyət göstərən “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi Qrupu ilə aparılan bu işbirliyinin məqsədi kimi, Azərbaycan Respublikasının ərazi bütovlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu və torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması əsas prioritet götürülmüşdür. Kifayət qədər çətin və mənəvi yük daşıyan bu araşdırmalar zamanı erməni terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş, eyni zamanda naməlum şəraitdə itkin düşmüş 3888 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə olan məlumatlar yenidən ciddi araşdırılmış və Respublika Xatirə Kitabının dörd cildlik xüsusi buraxılışına daxil edilmişdir. Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək üç cildlik “Tarixi Zəfər” kitabı çapa hazırlanmaqdadır.
Fəaliyyəti
redaktəAzərbaycan Yazıçılar Birliyinin və Mətbuat Şurasının qurultaylarında iştirak etmiş, Türkiyədə keçirilən konfranslara qatılmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailə vəziyyəti
redaktəAiləlidir. 3 övladı var. Övladlarının üçü də zabitdir.
İstinadlar
redaktə- ↑ ""Yada düşdü" dərgisinin baş redaktoru Nəzakət Məmmədliyə açıq məktub". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
- ↑ ""Yada düşdü"nün 10 illiyi ilə bağlı ilk tədbir jurnalın ilk mərhum baş redaktoru, yazıçı Nahid Hacızadəyə həsr edildi". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.