Naadam - Wikipedia
Naadam (monq. Наадам) — Monqolustanda ənənəvi festival. Bu festival yerli səviyyədə "Kişilərin üç oyunu"[1] adlanır. Oyun əsasən Monqol güləşi, at yarışları və komanda oxatmaları üzrə yay aylarında keçirilir. 2010-cu ildə Naadam festivalı UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdi[2].
Festival haqqında
redaktəƏn böyük festival (Milli Naadam) 11-13 iyul arası Monqolustanın paytaxtı Ulan-Batordakı Milli İdman Stadionunda keçirilir. Festival rəqqasələrin, idmançıların, atçıların və musiqiçilərin ətraf tanışlığı ilə başlayır. Açılış mərasimi bitdikdən sonra yarışlar başlayır. Yarışlar əsasən at yarışlarıdır.
Naadam monqolların ən qədim tamaşa festivalı olmaqla əsrlər boyu yaşadığı hesab edilir. Bu festival ilə 1921-ci il Monqolustan inqilabı yad edilir. Naadam da yeni dövlətin nailiyyəti qeyd edilir[3]. Naadam 1930-cu ildə sekulyarlaşmaya qədər Buddistlərin və Şamanların bayramı kimi qeyd olunurdu.
Üç oyun
redaktəGüləş
redaktə512 və ya 1024 nəfər sərbəst güləşçi doqquz və ya on tur davam edən ələməli turinirdə görüşürlər. Monqol güləşində güləşçilər əlləri ilə və bədəni ilə rəqiblərini toxunuşlarla yıxmağa çalışırlar. Yarışlarda güləşçilər öz rəqiblərini seçə bilirlər. Güləşçilər geyimləri qısa şalvar və çiyinə atılan paltardır. Yarışlarda yalnız kişilər iştirak edə bilərlər.
At yarışı
redaktəNaadam festivalında monqol atları 15–30 km-lik məsafədə yarışırlar. Yarışın uzunluğu atın yaşına əsasən təyin edilir. Məsələn, iki yaşlı atlar üçün 10 mil, 7 yaşlı atlar üçün isə 17 mil məsafə təyin edilir. Ölkənin istənilən hissəsindən 1000 at yarış üçün seçilə bilər. Yarış atları xüsusi pəhrizdə saxlanılır.
Komanda oxatması
redaktəBu yarışda 10 komanda iştirak edir. Komanda üzvləri həm kişilər,həm də qadınlar ola bilər. Hər komanda oyunçusuna 4 ox verilir. Kişilər 75 metrdən, qadınlar isə 65 metrdən ox atırlar. Ənənəvi olaraq komandalar müsabiqə zamanı milli geyim geyinirlər.
Qalereya
redaktə-
2005-ci il Naadam festivalında güləşçilər
-
Naadam festivalı zamanı Monqol atları
-
Naadam festivalında Monqol atlısı
-
İki atlı finiş yarışda
-
2005-ci il Naadam festivalında qadın oxçular
İstinadlar
redaktə- ↑ Lacaze 2010
- ↑ "Naadam, Mongolian traditional festival" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine UNESCO Culture Sector. İstifadə tarixi:2015-11-4
- ↑ Atwood Christopher Pratt, 1964-Encyclopedia of Mongolia and the Mongol Empire, Fact On File, Ink