Nadir Sahin Merkezi Asiya Yurusu - Wikipedia
Nadir şahın Mərkəzi Asiya yürüşü — XVIII əsrin ortalarında Əfşar imperiyası Nadir şahın hakimiyyəti altında Mərkəzi Asiyanın Buxara və Xivə xanlıqlarının ilhaqına başladı. İlk toqquşmalar 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi.
Fetəng döyüşü | |||
---|---|---|---|
Nadir şahın Mərkəzi Asiya yürüşü və Nadirin yürüşləri | |||
| |||
Tarix | 1740 | ||
Yeri | Fetəng, Mərkəzi Asiya | ||
Səbəbi | Mərkəzi Asiyadan olan hücumlara cavab olaraq Nadir şahın yürüşü. | ||
Nəticəsi | Nadir şahın qələbəsi. | ||
Ərazi dəyişikliyi | Mərkəzi Asiya xanlıqları - Xivə, Buxara, Kokand - Nadir şahdan asılı oldu.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı.[3]
Buxaranın işğalı
redaktə1734–1735-ci illərdə İlbars xan xeyli sayda türkməni Xorasanı yağmalamaq üçün göndərdi. Onlar Aladağ və Samalqan bölgəsindəki Çameşgəzək kürdlərinə hücum edib yaömaladılar, lain sonda Əfşar ordusu tərəfindən məğlub edildilər. 1737-ci ildə Rzaqulu Mirzə Əfşar Bəlx və Əndixuy hakimlərini dəyişdirdikdən sonra Buxaraya yürüş etdi. Buxara hakimi Əbülfəz xan İlbars xandan yardım istədi və o, öz ordusu ilə Mavəraünnəhr yolu ilə yardım etməyə getsə də, yarı yoldan Rzaqulu Mirzənin ordusu ilə üzləşməkdən çəkinərək geri döndü. 1738-ci ildə İlbars xan Xorasanı ələ keçirmək üçün yürüş etdi, lakin Əbivərd ətrafındakı bir neçə yerlilər üzərində yürüş etdikdən sonra geri döndü.[4]
Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı. Bunun üçün ilk addım olaraq Amudərya üzərindən körpü tikdirdi. Bu körpü yüklü iki dəvənin yanaşı olaraq oranı keçməsi üçün belə əlverişli idi. Körpü tikintiləri 45 gün çəkdikdən sonra Nadirin əmri ilə körpünün hər iki sahilində istehkamlar ucaldıldı. Hər istehkama isə 5 min döyüşçü yerləşdirildi. Bu hazırlıqlardan sonra, Əfşar ordusu Nadir şahın komandanlığı altında Buxaraya doğru yürüşə başladı və ordunun yorğun olmasına baxmayaraq tez bir zamanda hücumlara başladı.
İlkin toqquşmalar
redaktəAmudərya sahilindəki düşərgədən Nadir şah Rzaqulu Mirzəyə 8 min nəfərlik qoşun veərərk Çarco şəhərini ələ keçirməyə göndərdi. Digər sərkərdəsi Əliqulu xanı isə çayın şərqindəki şəhərlərə doğru irəliləmək və tabe olmayan məntəqələri ələ keçirmək tapşırıldı. Rzaqulu Mirzə Çarcoya yaxınlaşdığı zaman şəhər çoxdan artıq boşaldılmışdı. Şəhərin əhalisi Əfşar ordusunun yaxınlaşdığını eşidib, şəhəri tərk edib Xarəzmə getmişdi. Əliqulu xan da güclü müqavimətlə qarşılaşmadan lazimi məntəqələri tabe etdi.[5]
Buxara hakimi Əbülfəz xan Nadirin ordusunun gücündən qorxuya düşərək, vəziri Bi Atalığı Nadirin düşərgəsinə göndərdi. Elçini hörmətlə qarşılayan Nadir onun gətirdiyi sülh təklifini müsbət qarşılasa da, Əbülfəz xanın Qaragüldə görüşmə təklifini rədd etdi. Nadir, Əbülfəz xan əgər sülh istəyirsə özü onun düşərgəsinə gəlməli olduğunu bildirdi və bu istəyi qəbul edildi, lakin bu zaman Əbülfəz xan müxtəlif tayfalardan toplanmış 100 min nəfərlik ordunun ona kömək etməyə hazır olduğu xəbərini aldı. O, bu ordu ilə həm Nadiri məğlub etməyin, həm də bölgədə nüfuzunu yüksəltməyin mümkünlüyü barədə düşündü və Nadirlə sül bağlı danışıqlarından imtina etdi. Türküstanın bir çox əyanları və qoşun başçıları da Əbülfəz xanın Nadirlə döyüşə girmək qərarını müdafiə etdilər. Sonda Əbülfəz xan ordularını hazırlayaraq Buxaranı tərk etdi. O, Nadiri Buxaranın iki fəsəngliyində yerləşən İslam adlanan məntəqədə qarşılamaq istəyirdi. Nadir Əbülfəz xandan xəbər çıxmayandan sonra öz kəşfiyyatçıları vasitəsiylə olan-bitənləri öyrəndi və sərkərdələri ilə müzakirələrə başladı.[6]
Qoşunların təhlükəsizliyinin təmin edilməsi üçün Hacı xan Kürd və Qasım bəy Əfşarın rəhbərliyi altında 3 minlik bir dəstəyə qarovul vəzifəsi tapşırıldı. Bu qarovul dəstəsi Qatartut məntəqəsi yaxınlığında Əbülfəz xanın qarovul dəstəsi ilə üzbəüz gəldi və onlar arasında döyüş baş verdi. Ağır döyüşdən Nadirin dəstələri qələbə ilə çıxdılar.
Şəhərin ələ keçirilməsi
redaktəNadir şahın artilleriyası Əbülfəz xanın qoşunlarına ağır itkilər yetirdi. Özbək və türkmən qüvvələrinin ilk dəfə rastlaşdıqları toplar və zənburəklər onlar arasındakı çaşqınlığı daha da artırdı. Xüsusilə, mərkəzdə olan qüvvələr bir-birinə dəydilər. Bununla belə, Əbülfəz xanın dəstələri geri çəkilmədilər. Mərkəzdən irəliləməyin mümkün olmadığını görəndə cinahlardan, topların işləmədiyi istiqamətlərdən hücumu davam etdirdilər. Hər halda qarşı tərəflərin qarşılıqlı səyləri yaxın döyüşün güclənməsinə zəmin yaratdı. Mövcud olan bütün gərginliyə baxmayaraq Nadir şah öz qoşunlarının əsas zərbə qüvvəsini Əbülfəz xanın dayandığı mövqelərə istiqamətləndirə bildi. Bu isə Türküstan qoşunlarının döyüş gücünü parçaladı. Ümumi sıraların parçalandığını görən Ağılı sərkərdəsi döyüş meydanını tərk edib geriyə üz tutdu. Belə olanda Əbülfəz xan da qələbəyə nail ola bilməyəcəyinə əmin oldu və Buxara qalasına sığındı.[7]
Nadirə qarşı qələbə qazana bilməyəcəyini anlayan Əbülfəz xan yenidən elçi göndərərək sülhə razı olduğunu bildirdi. Nadir şah bu barışıq təklifini də qəbul etdi və hətta onun yanına gəlmiş elçilər vasitəsilə Əbülfəz xana qiymətli hədiyyələr də göndərdi. Həkim Atalığın gətirdiyi xəbəri eşidəndən sonra Əbülfəz xan da Nadir şaha qiymətli hədiyyələr göndərdi. Əbülfəz xanla barışıq əldə ediləndən sonra Nadir şah Buxaraya doğru hərəkət etdi. Buxara əhalisinə xətər yetirilməməsi üçün qoşunların təchizat məsələsini Nadir şah Həkim Atalığa həvalə etdi. Nadir şah Buxarada olduğu vaxt ərzində Həkim Atalıq onun qoşunlarının azuqəsini təmin etməli idi. Qoşun başçılarına isə tapşırıldı ki, ərzaq və iaşə məsələləri ilə bağlı döyüşçülər yerli əhalini narahat etməsinlər. Nadir şah tərəfindən nəsəğçilərə də göstəriş verildi ki, qoşunlar arasındakı intizamı nəzarət altında saxlasınlar. Nadirin əmrinə əsasən yerli əhaliyə toxunanlar və intizamı pozanlar həbs və edam edilməli idilər. Buxaraya daxil olandan sonra Nadir şahın adına xütbə oxundu və sikkə vuruldu. Səbz şəhərindən başlayaraq Səmərqəndə qədər olan ərazi Nadir şahın tabeliyi altına düşdü.[8]
Nadir şah Əbülfəz xanı yenidən Türküstan şahı elan etdi. 1740-cı il oktyabr ayının 17-də o öz əli ilə Türküstanın şahlıq tacını ona verdi. Bununla bağlı, Türküstanın bütün vilayətlərinə fərman göndərildi, Nadir şaha itaəti qəbul edən yerli hakimlər öz vəzifələrində saxlandı. Əbülfəz xan bütün bunların qarşılığında sədaqətini itirməyəcəyini vəd etməklə bərabər, qızlarından birini Nadir şaha, birini isə Əliqulu xanla evləndirdi.[9]
Fetəng döyüşü
redaktəNadir şah hələ Buxarada olarkən İlbars xana məktub yazaraq Əbülfəz xan kimi tabe olmağını istədi, lakin bu təklif rədd edildi. Ilbars xan onu da qərara aldı ki, Məhəmmədəli xan Uşağın rəhbərliyi altında özbək, aral, yəmut və türkmən süvarilərindən ibarət 30 min nəfərlik qoşun dəstəsini Çarcoya göndərsin. Bu dəstə Nadir şahın qoşun dəstəsindən daha tez Çarcoya çatsın, Amu-Dərya üzərindəki keçidi dağıtsın və bununla da Nadir şah qoşunlarının çaydan keçidini çətinləşdirsin. İlbars xan əmin idi ki, Məhəmmədəli xanın rəhbərliyi altındakı qoşun dəstəsi ilə Nadir şahın qoşunlarını pərən-pərən salacaq və onu geri çəkilməyə məcbur edəcəkdir. Həmin qoşun dəstəsi Çarconun 6 millik məsafəsinə yetişəndə Nadir şah vəziyyətin nə yerdə olduğundan xəbər tutdu. Çarco yaxınlığında Amu-Dərya üzərindəki keçidin ələ keçirilməsi Nadir şahın Xarəzmə yürüşünü çətinləşdirəcəyi aydın idi. Ona görə Nadir şah qoşunların yükünü və təchizatını arxada buraxıb təcrübəli döyüşçülərdən ibarət dəstəsi ilə Çarcoya doğru hərəkəti sürətləndirdi. Arxada qalan yüklər və təchizat onları müşayiət edən dəstə ilə hərəkəti davam etdirib Çarcoda Nadir şaha birləşməli idi. Həmin dəstəyə rəhbərlik Rzaqulu Mirzəyə tapşırıldı. Nadir şahın rəhbərliyi altında olan dəstədə 20 min döyüşçü var idi. Bundan başqa Nadir şah Mərv bəylərbəyi Məhəmmədrza xan Qırxlıya xəbər göndərdi ki, Çarco ətrafında qarovula təyin edilmiş 3 minlik Mərv dəstəsi də ona qoşulsun. Mərv əhalisi türkmən və ya özbək tayfaları ilə daim düşmənçilikdə olduğu üçün Nadir şah Mərv dəstəsindən həmin tayfalara qarşı istifadə edilməsini faydalı sayırdı.[10]
Avanqard dəstələrin toqquşmasında Nadirin dəstəsi üstün ayrıldı. Fetənk qalası yaxınlığında qarşı tərəflər üzbəüz gəldilər.Döyüş başlamazdan əvvəl hər iki tərəf öz qüvvələrini qruplaşdırdı. Mərkəz, sağ və sol cinahlar, pusqu və ehtiyat qüvvəsi müəyyənləşdirildi, onların hər birinə rəhbərlik təcrübəli sərkərdələrə tapşırıldı. 6 min nəfər olan yəmut döyüşçüləri dəstəsi də İlbars qoşunlarının çərxigərləri kimi döyüşə ilk qatılanlardan oldu. Onlar Nadir şah qoşunlarının hərəkət yollarını kəsib döyüşün qızışmasına səbəb oldular. Yəmut döyüşçüləri elə bir əzmkarlıq nümayiş etdirdilər ki, hətta cəbhənin iki istiqamətində Nadir şah qoşunlarının müqavimətini qırıb irəliləyə bildilər. Yəmutların irəliləməsinin təhlükəli hal almasına yol verməmək üçün Nadir şah dərhal özü döyüş meydanına atıldı və yəmut qoşunlarına doğru irəlilədi. Həmişə yəmut və Türküstan süvarilərinin talançı yürüşlərinə məruz qalan və yəmutlardan qisas almaq üçün fürsət axtaran əfşar, Mərv və Ətək süvariləri də Nadir şahı müşayiət edirdilər. Bu addımı ilə Nadir şah yəmutların müvəqqəti uğur qazandığı istiqamətdə qüvvə üstünlüyü yaratdı və çox tezliklə həmin qüvvə üstünlüyü hərbi üstünlüyə çevrildi. İrəliyə can atan yəmutlara ciddi zərbə endirildi və onların sıralarına bir vəlvələ salındı. Nadir şahın döyüşə atılması ilə döyüş meydanında gərginlik artdı. Bütünlükdə, Fetənk qalası ətrafında baş verənlərin real mənzərəsini yaratmaq mümkün olmasa da məlumdur ki, Nadir şah döyüşə qatıldığı istiqamətdə əldə etdiyi uğur ümumi nəticəyə də öz təsirini göstərdi. Nadir şahın sərt müqaviməti ilə qarşılaşandan sonra yəmut döyüşçüləri geri çəkilmək məcburiyyətində qaldılar. Onların bu addımı digər dəstələrə də öz təsirini göstərdi və İlbars xan növbəti qarşıdurmada da Nadir şah qoşunlarının şücaəti qarşısında aciz qalaraq geri qaçmalı oldu. Onun qüvvələrinin təqibi zamanı çoxlu öldürülən və əsir düşənlər oldu. Hezarəsb qalasına yetişmələri isə İlbars xan qoşunlarını məhv olmaqdan xilas etdi.[11]
Hezarəsb və Xanəgah qalalarının ələ keçirilməsi
redaktəHezarəsb qalası da Amudərya çayının sahilində, Fetənk qalasının 13 mil şimal-qərbində yerləşirdi. Həmin qala bölgənin ən güclü və mühasirəyə dözümlü qalalarından biri idi. Qalanın möhkəm divarları var idi. Divarların ətrafında qazılmış geniş xəndəklər Amudərya çayının suyu ilə doldurulmuşdu. Qalanın yaxşı qorunduğunu və istehkamların ucalığını görən Nadir şah Xanəgah qalasına hücum etmək qərarına gəlir. Çünki onun İlbars xanı açıq döyüşə çəkmək istəkləri baş tutmadı, bundan sonra İlbars xanın taxt-tacının, ailəsinin və xəzinəsinin Xanəgah qalasında saxlandığını eşidən Nadir ora hücum etməyin ən yaxşı qərar olduğunu düşünür. Belə olacağı halda İlbars xan da gizləndiyi qaladan çıxmağa məcbur olacaqdı. Həmin məqsədlə Nadir şah qoşunları ilə Xivəyə doğru hərəkətə başladı. Onun niyyətləri barədə məlumat alanda İlbars xan da Hezarəsb qalasını tərk etdi və çayın sahili ilə Xanəgah qalasına tərəf hərəkət etdi. Qarşı tərəflərin dəstələri müxtəlif istiqamətlərdən hərəkət edirdilər. İlbars xan təxminən Nadir şahla bir vaxtda qalaya yetişdi və qala daxilində mövqe tuta bildi. İlbars xan vəziyyətin mürəkkəbləşdiyini görüb Nadir şahla yeni bir döyüşə girməyi qərara aldı. Bu məqsədlə o, yəmut, təkə və türkmən dəstələrini döyüşə qızışdırdı. İlbars xan onlara çatdırdı ki, əgər Nadir şah Xarəzmi ələ keçirərsə, Çingiz xan kimi hamını qıracaq və ya əsir edəcəkdir. "Aləm Ara-ye Naderi"yə görə, İlbars xanın 8 min nəfərlik dəstəsi Nadir şahla döyüşə atıldı. Döyüş başlananda İlbars xan da qoşunu ilə qaladan çıxdı və döyüş meydanına atıldı. Nadir şah öz döyüş tərtibini əvvəlki döyüşlərdə olduğu kimi qurdu. Cinahlar, onların mühafizəsi və s. elementlər olduğu kimi saxlanıldı və Nadir şahın özü də seçmə alaylarından biri ilə döyüşə qatıldı. "Aləm Ara-ye Naderi"nin məlumatından belə aydın olur ki, Rzaqulu Mirzə bu vaxt hələ Nadir şahın yanında idi və Xanəgah ətrafındakı açıq döyüşdə Nadir şah qoşunlarının sağ cinahı Rzaqulu Mirzəyə, sol cinahı Hacı xan Kürdə, Məhəmmədrza xan Qırxlıya və Məhəmmədəli bəy Qacara tapşırılmışdı. Qasım bəylə Xanəli xan Kukəlan tabeliyində olan qüvvələrlə sağ və sol cinahların ehtiyat qüvvəsini təşkil edirdilər.[12]
Nadir şah
redaktəİlbars xan yenə də Nadir şahın qarşısında duruş gətirə bilməyərək geri çəkilməli və Xanəgah qalasına sığınmalı oldu. Qala uğrunda gedən və 3 gün davam edən döyüşlər nəticəsində qala divarları dağıdıldı. Qaladan çıxan əyanlar şəhər əhalisi və İlbars xan üçün aman dilədilər. Nadir İlbars xanın tabe olma təkliflərinə verdiyi cavabı xatırlatdı və sonda şəhər əhalisinə toxunulmayacağına təminat verdi. Həmçinin İlbars xanı da müzakirələr üçün öz düşərgəsinə dəvət etdi. İlbars xan ilk öncə bağışladı, lakin onun əvvəl yanına gəlmiş olan və onun öldürdüyü Nadirin elçilərinin qohumları şahdan bağışlanma qərarını yenidən gözdən keçirməsini xahiş etdilər.[4] Nəticədə, Nadir İlbars xanın edamı qərarını verdi. İlbars xanın yerinə Çingiz xanın nəslindən olan Məhəmməd xanın nəvəsi Tahir xan Xarəzmin hakimi təyin olundu.[13]
Xivənin ələ keçirilməsi
redaktəƏbülxeyir xan qaçsa da Xivə əhalisi şəhər hakimi Əbdülrəhman bəyin təhriki ilə Nadir şaha qarşı müqavimət göstərməyi qərara aldı. Nadir şah şəhər əhalisinin yanına öz nümayəndələrini göndərib Xivənin təslim edilməsi şərtlərini müzakirə etmək istədi, amma xivəlilər Nadir şahla danışıqlara getmədilər. Belə olanda Nadir şah Xivəni də mühasirəyə aldı. Nadir şah əvvəlcə Xivə qalasının divarları boyu su doldurulmuş xəndəkləri qurutdu və onun suyunu kənara axıda bildi. Bundan sonra isə həm qala divarları, həm də qalanın daxili güclü atəşə tutuldu və qala üzərinə hücum təşkil edildi. Bunun üçün qala ətrafına 18 ədəd top və 16 ədəd mina atan yerləşdirildi. Bu silahlardan üç gün davamlı şəkildə atılan atəşlər qala əhalisini çıxılmaz vəziyyətə saldı və qala daxilində təslim bayrağı qaldırıldı. Nadir şah Xivədə və Xarəzmin digər məntəqələrində çoxlu sayda xorasanlı əsirlərlə qarşılaşdı. Onların ümumi sayı 12 min nəfərə çatırdı. Nadir şah onların hamısını azad etdi. Geriyə hərəkətə başlamazdan əvvəl Nadir şah yerli əhali arasında özünə qoşun topladı. "Tarix-e Cahanqoşa-ye Naderi"yə görə, Xarəzmin beş məşhur qalasından 4000 nəfər toplandı. Nadir şah bu dəstəyə baxış keçirdi və toplanan döyüşçüləri Xorasana gətirdi. "Aləm Ara-ye Naderi"yə görə, Nadir şahın Xarəzmdə topladığı qoşun dəstəsinin sayı çox idi. Bu mənbənin məlumatına əsasən Nadir şah Aral özbəklərindən və Qaraqalpaq əhalisindən bütünlükdə 12 minlik dəstə təşkil etdi və bu dəstəni Xorasana göndərdi.[14]
1740-cı ilin dekabrında Nadir iki həftə Xivədə keçirdikdən sonra Çarcoya, oradan Mərvə getdi.
Nəticə
redaktəNadir şahın Mərkəzi Asiya yürüşü rəqibləri üçün fəlakətlə nəticələndi. Onun əsas rəqiblərinin hamısı — Əbülfəz xan, İlbars xan və Xivəni ona tabe etmək istəməyən Əbdülrəhman bəy darmadağın edildilər. Buxara və Xivə xanlıqları tamamilə Nadir şahın təsiri altına düşdülər və keçmiş rəqiblərin yerinə Nadir özünə yaxın hakimlər təyin etdi,
lakin bu asılılıq uzun müddət davam etmədi. Nadir şahın 1747-ci ildə edam edilməsindən sonra Mərkəzi Asiyadakı xanlıqlar və bəyliklər yenidən müstəqilliklərini bərpa edə bildilər. Məsələn, Nadir şahın ölümündən sonra Nadir şah elan etdiyi Əbülfəz xan Nadirin keçmiş sərkərdələrindən olan Məhəmməd Rahim bəy (oraya Əbülfəz xana qarşı qalxmış üsyanı yatırmaq üçün göndərilmişdi[15][16])) tərəfindən edam edildi. O, Əbülfəz xanı edam etdi və Manqıt sülaləsinin əsasını qoyuldu.[15][17][18]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Soucek, 2000. səh. 195
- ↑ "La stratégie militaire, les campagnes et les batailles de Nâder Shâh". www.teheran.ir. 2012. 2019-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
- ↑ Soucek, 2000. səh. 195-196
- ↑ 1 2 "ILBĀRS KHAN". iranicaonline.org. 2012. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
- ↑ Süleymanov, 2001. səh. 394
- ↑ Süleymanov, 2001. səh. 394-395
- ↑ Süleymanov, 2001. səh. 396
- ↑ Süleymanov, 2001. səh. 397
- ↑ Süleymanov, 2001. səh. 398
- ↑ Süleymanov, 2001. səh. 398-399
- ↑ Süleymanov, 2001. səh. 401-402
- ↑ Süleymanov, 2001. səh. 403
- ↑ Süleymanov, 2001. səh. 405
- ↑ Süleymanov, 2001. səh. 406
- ↑ 1 2 Soucek, 2000. səh. 179
- ↑ Pickett, 2016. səh. 494
- ↑ Panoevna, 2020. səh. 62-63
- ↑ Levi, 2017. səh. 39
Mənbə
redaktə- Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
- Panoevna, Toshova Sharifa. "Official And Unofficial Versions Of Bukhara's History: Comparative Analysis Of The Works Of "Tuhfa-Yi Shahi" And "Tarikh-I Salatin-I Manghitiya"". The American Journal of Interdisciplinary Innovations and Research. 2 (7). 2020-07-31: 60–69. doi:10.37547/tajiir/Volume02Issue07-11.
- Pickett, James, "Nadir Shah's Peculiar Central Asian Legacy: Empire, Conversion Narratives, and the Rise of New Scholarly Dynasties", International Journal of Middle East Studies, 2016
- Soucek, Svat, A History of Inner Asia, Oxford: Oxford University Press, 2000
- Levi, Scott C., The Rise and Fall of Khoqand, 1709-1876, Pittsburgh: University of Pittsburgh Press, 2017