Nadir Huseynbeyov - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Nadir Fərəc bəy oğlu Hüseynbəyov (20 iyun 1929, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini — Azərbaycan SSR naziri (1986–1989), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini (1969–1985), Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi (1982).
Nadir Hüseynbəyov | |
---|---|
4 dekabr 1986 – 6 fevral 1989 | |
1986 – 1989 | |
Sədr | Musa Məmmədov Müzamil Abdullayev |
30 dekabr 1985 – 1986 | |
Sədr | Musa Məmmədov |
1969 – 12 dekabr 1985 | |
Nazir | Məmməd Xəlilov Məmməd Əsgərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1929 (95 yaş) |
Doğum yeri | |
Partiya | |
Atası | Fərəc bəy Hüseynbəyov |
|
|
Təltifləri |
Həyatı
redaktəNadir Fərəc bəy oğlu Hüseynbəyov 1929-cu il iyunun 20-də Bakıda neftçi ailəsində anadan olmuşdur. 1949-cu ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Yerquruluşu şöbəsini fərqlənmə diplomu ilə bitirdiyinə görə respublika hökuməti tərəfindən təhsilini davam etdirməsi üçün Moskvaya göndərilmiş və 1955-ci ildə Yerquruluşu Mühəndisləri İnstitutunu bitirərək Bakıya qatırmışdır. Elə həmin ildə Bərdə rayonunda yerquruluşu mühəndisi vəzifəsində işə başlamış, 1956-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu İdarəsində mühəndis, böyük mühəndis və baş mühəndis işləmiş, 1964-cü ildə həmin idarənin rəisi təyin olunmuşdur.[1]
Nadir Hüseynbəyov 1968-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, 1969–1985-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini olmuş, 1976–1977-ci illərdə nazir vəzifəsini müvəqqəti icra etmişdir. 1985–1986-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1986-cı ildən isə paralel şəkildə Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini və Azərbaycan SSR naziri vəzifələrində çalışmış, 1989-cu ildə komitədə aparılan struktur dəyişikliklərindən sonra Baş Bitkiçilik İdarəsinə rəis təyin olunmuşdur.[1]
Nadir Hüseynbəyov 1992-ci ildə təqaüdə çıxdıqdan sonra Kosmos Agentliyinin Ekologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətini davam etdirmiş, 1994-cü ildən Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunda şöbə rəisi, baş direktorun birinci müavini işləmişdir. 1996-cı ildə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində torpaq qeydiyyatı, yerquruluşu və kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur.[1]
Aqrar sahədəki nailiyyətlərinə görə Nadir Hüseynbəyov iki "Qırmızı əmək bayrağı" ordeni və "Xalqlar dostluğu" ordeni ilə təltif edilmiş, çoxsaylı dövlət medallarına, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 4 qızıl, 5 gümüş, 8 bürünc medalına və iki diplomuna layiq görülmüşdür. 3 dekabr 1982-ci ildə ona "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi" fəxri adı verilmişdir.[1]