Nadir Memmedli Dilci - Wikipedia
Nadir Məmmədli (tam adı: Nadir Baloğlan oğlu Məmmədov; 19 sentyabr 1959, Bülbülə) — Azərbaycan alimi və naşiri; filologiya elmləri doktoru (2001), professor (2004); AMEA Dilçilik İnstitutunun baş direktoru (2021)[1]; Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Nadir Məmmədli | |
---|---|
Nadir Baloğlan oğlu Məmmədov | |
Doğum tarixi | 19 sentyabr 1959 (65 yaş) |
Doğum yeri | |
Elm sahəsi | dilçilik |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (2001) |
Elmi adı | professor (2004) |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
"Gənc alim", "Ən yaxşı elmi iş", "Rəsul Rza" |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində doğulub. 1977-1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1997-ci ildə ailə həyatı qurub. Və 1998-ci ildə qızı Ülya Məmmədli, 1999-cu ildə oğlu İnal Məmmədli, 2008-ci ildə sonuncu övladı Ünay Məmmədli dünyaya gəlib.
Təhsili
redaktə1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib.[2]
Fəaliyyəti
redaktəElmi fəaliyyəti
redaktə1989–1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992–1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib.[3]
1985–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, 1992-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır.
1992-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili kafedrasında müəllim və dosent vəzifəsində işləyir. Rus bölmələrində "Azərbaycan dili", Azərbaycan bölmələrində "Nitq mədəniyyəti" fənlərindən dərs deyir. Magistr qruplarda isə "Ali məktəb pedaqogikası" fənnini tədris edir.
1989-cu ildə "Müasir Azərbaycan dilində feli sinonimlər" mövzusunda namizədlik, 2000-ci ildə isə "Müasir Azərbaycan dilində alınma terminlər (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb.
13 kitab, o cümlədən 5 monoqrafiyanın ("Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi" (Bakı, "Maarif, 1991, 7 ç/l), "Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri (1876–1930) (Bakı, "Sabah", 1993, 7 ç/v)", "Alınma terminlər" (1920–1995) (Bakı, "Elm", 1997), "M.F.Axundovun obrazları və dilçilik görüşləri" (şərikli) (Bakı, "Elm və təhsil", 2012.), "Azərbaycan dilində alınma terminlər" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017), ali məktəblərin rus bölməri üçün "Azərbaycan dili" (Bakı, "Sabah", 1993.), Azərbaycan bölməri üçün "Azərbaycan dili və nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil", 2019) dərsliklərinin, bakalavr pilləsi üçün "Azərbaycan dili" (Bakı, "Maarif", 1995) və "Azərbaycan dili və nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil", 2018) fənləri üzrə proqramın, ötən əsrin 90-cı illərində əlifbaya keçid ərəfəsində "Latın qrafikalı yeni Azərbaycan əlifbası" (Bakı, "Maarif", 1992, 3/5 ç.v.) vəsaitinin, "Azərbaycanca-rusca danışıq kitabı"nın (Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi", 1995), 3 praktik lüğətin ("Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü" (Bakı, "Sabah", 1995), "Adını mən verdim – yaşını Allah versin (türk şəxs adları lüğəti)" (Bakı, "Maarif", 1995), Prezidentin sərəcamı ilə çap olunan dövlət əhəmiyyətli "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2013; 6-cı buraxılış, həmmüəllif), "Alınma terminlərin leksik və semantik xüsusiyyətləri" (Bakı, "Nurlan", 1995) adlı metodik göstərişin, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalə müəllifidir.
Elmi-publisistik yazıları həmçinin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin qəzet və jurnallarında dərc edilmişdir. Tehranda nəşr olunan "Məfaxeri Azərbaycan: şaeran, nevisendeqanü xoşnevisan" (Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları") adlı Ensiklopediyada (1997) XIX əsrdə Moskva Şərq Dilləri İnstitutunda çalışmış azərbaycanlı alimlər haqqında 2 məqaləsi yer almışdır.
2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub.
Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən N.Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qirğizistan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub.
Əsas elmi əsərləri
redaktə- "Eski doğu dilleri". Trabzon (1993);
- "Yunan və latın mənşəli beynəlmiləl termin elementlər" (1994);
- "Alınma terminlərin leksik və semantik xüsusiyyətləri", Bakı, "Nurlan", 1995
- "Məfaxeri-Azərbaycan". Təbriz, (1997);
Monoqrafiyaları
redaktə- "Müasir Azərbaycan dilində fellərin leksik sinonimliyi", Bakı, "Maarif", 1991.[4]
- "Moskva Şərq Dilləri İnstitutunun Azərbaycanlı alimləri" (1876–1930). Bakı, "Sabah", 1993;[4]
- "Alınma terminlər (1920–1995)", Bakı, "Elm", 1997.
- "M.F.Axundovun obrazları və dilçilik görüşləri", Bakı, "Elm və təhsil", 2012. (şərikli)
- "Azərbaycan dilində alınma terminlər", Bakı, "Elm və təhsil", 2017.
Dərslikləri
redaktə- "Latın qrafikalı yeni Azərbaycan əlifbası", Bakı, "Maarif", 1992.
- "Azərbaycan dili", Bakı, "Sabah", 1993. (rus bölmələri üçün)[4]
- "Azərbaycan dili və nitq mədəniyyəti", Bakı, "Elm və təhsil", 2019. (Azərbaycan bölmələri üçün)
Proqramları
redaktə- "Azərbaycan dili", Bakı, "Maarif", 1995
- "Azərbaycan dili və nitq mədəniyyəti", Bakı, "Elm və təhsil", 2018
Lüğətləri
redaktə- "Azərbaycanca-rusca danışıq kitabı", Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi", 1995
- "Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü", Bakı, "Sabah", 1995
- "Adını mən verdim – yaşını Allah versin (türk şəxs adları lüğəti)", Bakı, "Maarif", 1995
- "Azərbaycan dilinin orfoqrafiya lüğəti", Bakı, "Şərq-Qərb", 2013; 6-cı buraxılış, (həmmüəllif)
Yaradıcılığı
redaktəNadir Məmmədlinin ilk mətbu yazıları 1977-ci ildən Moskva şəhərinin hərbi qəzetlərində dərc olunub.
Publisistik əsərləri
redaktə- "Fokuslar", Bakı, "Nurlan", 2010. 144 səh. 500 tiraj. ISBN 978-9952-8024-2-9. (Tofiq İsgəndərli ilə ortaqlı)
Naşirlik fəaliyyəti
redaktə"Nurlan" və "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisələrinin təsisçisi və direktorudur.[5]
Üzvülükləri
redaktəAMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının, Yaponiyada Higher Education Forumun (bax: Warm Regards, Higher Education Forum – http://www.prohef.org/), Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidir.[6]
Haqqında yazılanlar
redaktəƏsərləri haqqında Əzizxan Tanrıverdiyev (Dilimiz – mənəviyyatımız (rəylər, resenziyalar), Bakı, “Elm və təhsil”, 2008); akademik Nizami Cəfərov (525-ci qəzet, 13 iyul, 2017), akademik Nizami Cəfərov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, №1), filologiya elmləri doktoru, professor Kamil Bəşirov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, №16), filologiya elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlirza Əliyev, Musa Xanbabazadə (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, №15), filologiya üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, №19), filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva (“Respublika” qəz., 10 iyun, 2018) və b. müxtəlif nüfuzlu elmi jurnal və məcmuələrdə rəy yazmışlar.
Mükafatları
redaktə1995-ci ildə Respublika Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi "Gənc alim müsabiqəsi"nin və 2000-ci ildə "Alınma terminlər" monoqrafiyasına görə "Ən yaxşı elmi iş" müsabiqəsinin qalibidir.
1996-cı ildə İran İslam Respublikasının Ərdəbil şəhərində çəkilən "Şeyx Səfi" sənədli filminin ssenari müəllifi kimi pul mükafatına layiq görülüb.
2002-ci ildə "Rəsul Rza" mükafatı ilə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı laureatıdır.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib. Arxivləşdirilib 2022-03-24 at the Wayback Machine science.gov.az saytı — 28.10.2021
- ↑ Almaz Ülvi. "Daim axtarışda olan tədqiqatçı" (az.). Xalq qəzeti. 2009-09-27. 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
- ↑ Leyla Abasova. "Nəşriyyat işi: bu gün və sabah" (az.). adalet.az. 2019-03-14. 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
- ↑ 1 2 3 "Elektron kitabxana: M: Məmmədov Nadir Baloğlan oğlu". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ Nəşriyyat işi: bu gün və sabah. Arxivləşdirilib 2019-08-16 at the Wayback Machine "Ədalət", 2019. - 14 mart. - Səh.5;7
- ↑ "REDAKSİYA HEYƏTİ:" (az.). filologiyameseleleri.net. 2019-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-13.