Nahel Merzuk Etirazlari - Wikipedia
2023-cü il Fransada kütləvi iğtişaşlar və ya Nahel Merzuk etirazları — Fransanın bir sıra şəhərlərində 27 iyun 2023-cü ildə 17 yaşlı əlcəzairəsilli yeniyetmə Nahel Merzukun qətli ilə bağlı silsilə iğtişaşlar. 27 iyunda Nanterdə sakinlər polis qərargahı qarşısında etiraz aksiyası keçirmiş, sonradan nümayişçilərin avtomobilləri yandırması, avtobus dayanacaqlarını dağıtması və polisə fişəng atması nəticəsində, bu, iğtişaşlara çevrilmişdir.[1] Bu, Fransada 2005-ci il iğtişaşlarından bəri ən böyük iğtişaşlara çevrilmişdir.[2] Parisdən 40 km şimal-qərbdə yerləşən Mantes-la-Joli şəhərində bələdiyyə binası 27 iyun gecəsi atəşə tutuldu. Tuluza və Lill də daxil olmaqla, Fransada gecə boyu toqquşmalar davam etdi. Asnières, Colombes, Suresnes, Aubervilliers, Clichy-sous-Bois və Mantes-la-Coliedə də iğtişaşlar qeydə alınıb.
Nahel Merzuk etirazları | |
---|---|
Tarix | iyun 2023 |
Yeri | |
Səbəbi | Nahel Merzukun qətli |
Vikianbarda əlaqəli mediafayllar |
29 iyunda 150-dən çox adam həbs edilmiş,[3] 24 polis əməkdaşı yaralanmış və 40 avtomobil yandırılmışdı.[4][5] İğtişaşların daha da genişlənməsindən çəkinən Fransanın daxili işlər naziri Jerald Darmanen Paris və ətrafına 1,200 çevik polis və jandarm yerləşdirmiş, bir müddət sonra daha 2,000 nəfər əlavə etmişdir.[4][5][6] İyulun 4-dən sonra iğtişaşların intensivliyi kəskin şəkildə azaldı və bildirildiyinə görə, iyulun 15-də sona çatdı.
Zəmin
redaktə27 iyun 2023-cü il, Mərkəzi Avropa Yay Saatı ilə təxminən saat 07:55-də iki polis əməkdaşı İl-de-Frans vilayətinin O-de-Sen departamentində Polşa dövlət avtomobil qeydiyyat nişanı olan "Mercedes-AMG" markalı avtomobilinin Nanter Universiteti dəmiryol stansiyası istiqamətində avtobus zolağı boyunca sürət həddini keçərək hərəkət etdiyini müşahidə etmişdir. Polis əməkdaşları avtomobili idarə edən Nahel Merzuku[7] saxlamışdır. Merzuk bu zaman avtomobili idarə edərək ərazidən qaçmağa çalışmış, lakin saat 08:16-da bir polis əməkdaşı ona atəş açmışdır. Avtomobildə olan iki sərnişin saat 08:19-da oradan qaçmışdır.[8] Merzukun səhər saat 09:15-də vəfat etdiyi elan olunmuşdur.[9]
İstinadlar
redaktə- ↑ "France braces for further protests after police kill teenager". www.aljazeera.com (ingilis). 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ "Во Франции в ходе беспорядков задержали почти тысячу человек". Коммерсантъ (rus). 2023-07-01. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
- ↑ Chrisafis, Angelique; Paris, Angelique Chrisafisin. "France police shooting: 150 arrests as protests widen over teenager's death". The Guardian (ingilis). 29 June 2023. ISSN 0261-3077. 30 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2023.
- ↑ 1 2 Brudeau, Cain. "Riots, racial tensions erupt in France after fatal police shooting". Courthouse News Service. 29 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2023.
- ↑ 1 2 Bisset, Victoria; Suliman, Adela. "Protests erupt in Paris after police shoot, kill teen during traffic stop". The Washington Post (ingilis). 2023-06-28. ISSN 0190-8286. İstifadə tarixi: 28 June 2023.
- ↑ Breeden, Aurelien; Méheut, Constant. "Anger Flares in France After Police Shoot and Kill Teenage Driver". The New York Times (ingilis). 28 June 2023. ISSN 0362-4331. 30 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2023.
- ↑ "Fransada iğtişaşlara səbəb olan polis qəddarlığının təfərrüatı məlum olub". Müsavat. 2 iyul 2023. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
- ↑ Lemaignen, Julien; Lefief, Jean-Philippe. "Death of Nahel M. in Nanterre: An hour by hour account of how events unfolded". Le Monde. 29 June 2023. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2023.
- ↑ Xu, Xiaofei; Brennan, Eve; Otto, Claudia; Kappeler, Inke; Tanno, Sophie. "Funeral held for French teenager after more than 1,300 detained in fourth night of protests". CNN. 1 July 2023. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2023.