Naibe Elibeyova - Wikipedia
Naibe Elibeyova - Wikipedia - Haqqında Məlumat
Naibə Əlibəyova (15 noyabr 1963, Bakı – 6 mart 2024) — azərbaycanlı aktrisa.
Naibə Əlibəyova | |
---|---|
Doğum tarixi | 15 noyabr 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 6 mart 2024 (60 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | aktrisa |
Təhsili |
Həyatı
redaktə1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni - maarif işi" fakültəsinin "Kütləvi tamaşalar rejissoru" ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub. Üç il təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb və 1992-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb.[1] N. Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınıb. Xərçəng xəstəliyindən əziyyət çəkirdi.[2] 6 mart 2024-cü ildə vəfat edib.[3][4]
Ailəsi
redaktəBir qızı və Rüqayyə adlı bir nəvəsi var.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Aktrisa: "İstənilən kişi gözəl qadın görəndə çaşa bilər"- FOTO". Day.Az (rus). 2013-09-02. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ https://axsam.az/news/70643-beyin-ogurlanmasinin-miris-ve-gulbadami-32-il-sonra--foto
- ↑ "Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib". Qafqazinfo.az.
- ↑ "Aktrisa Naibə Əlibəyova vəfat edib – FOTO". Oxu.Az (az.). 2024-03-07. 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |