Naim Suleymanoglu - Wikipedia
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967[1][2], Ptiçar[d] – 18 noyabr 2017[3][4], İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb.
Naim Süleymanoğlu | |
---|---|
türk. Naim Süleymanoğlu bolq. Наим Сюлейманов | |
Şəxsi məlumatlar | |
Tam adı | Naim Süleymanoğlu (Naum Shalamanov Bolqarıstanı təmsil edərkən) |
Ləqəbi | The Pocket Hercules[5] |
Vətəndaşlığı | Türkiyə |
Doğum tarixi | 23 yanvar 1967[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 noyabr 2017[3][4] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz |
Dəfn yeri | |
Təhsili | |
Boyu | 147 sm. |
Çəkisi | 64 kq. |
İdman növü | Ağır atletika |
Məşqçisi | may |
Medallar |
|
14 aprel 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
redaktəNaim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb.
Bolqarıstan
redaktəQərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı.
Türkiyə
redaktəArtıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi. Sığınacaq Avstraliyadakı Olimpiya Oyunlarında Türklər tərəfindən təmin edildi Əfsanəvi çempion bu andan etibarən artıq Türkiyə bayrağını dalğalandıracaqdı. Elə həmin il Naim, Avropa çempionatında Türkiyə adına yarışaraq, üstəlik yeni dünya rekordu qıraraq 3 qızıl medal qazandı.
Cəmi 5 ay sonra, 1988-ci ilin avqustunda Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Olimpiya oyunlarında Naim, 9 dünya, 6 olimpiya rekordu qıraraq möhtəşəm zəfər əldə etdi. 1992-ci il Barselona Olimpiadasında rəqibləri üzərində böyük üstünlük təmin edən Naim, qızıl medalı yenidən Türkiyəyə gətirir. Və həmin il Naim, Beynəlxalq Ağırlıqqaldırma Komitəsi tərəfindən "Dünyanın Ən Yaxşı idmançısı" seçilir.
Daha sonraki illərdə də türk idmançı saysız-hesabsız rekordlar qırmağa davam edir. Və nəhayət 2000-ci ildə o, mərkəzi Afinada yerləşən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti seçilir.
1988 Yay Olimpiya Oyunları
redaktə1988 Seul Olimpiadasında 60 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırmada ardıcıl olaraq 145, 150.5 və 152.5 və təkanla qaldırmada 175, 188.5 və 190 kq-ın öhdəsindən gələrək ümumilikdə 320, 339 və 342.5 kiloqramı ram edərək 6 dünya 9 olimpiada rekordu qırıb və möhtəşəm qələbə əldə etmişdir.
1992 Yay Olimpiya Oyunları
redaktə1992 Barselona Olimpiadasındada rəqiblərinə böyük fərqlə qalib gələn Naim 2. dəfə qızıl medalı boynundan asdı.
1996 Yay Olimpiya Oyunları
redaktə1996 Yay Olimpiya Oyunlarında əfsanəvi atlet 64 kiloda 4 dünya rekordu qıraraq 3. dəfə qızıl medal qazandı və tarix yazdı. Sidney-2000-də 33 yaşında və zədəli olaraq kürsüyə çıxsa da, bütün cəhdlərində uğursuz oldu.
Vəfatı
redaktəSerroz xəstəliyi ilə bağlı qaraciyər çatışmazlığından əziyyət çəkən əfsanəvi Süleymanoğlu’na 6 oktyabr 2017'də əməliyyatla qaraciyər köçürüldü. Əməliyyat sonrası beyin qanaması ilə əlaqəli ödəm səbəbilə əməliyyata aparılan Süleymanoğlunun həyati təhlükəsinin davam etdiyi açıqlandı.[6] O gündən bəri reanimasiya şöbəsində müalicə alan Naim Süleymanoğlu, 18 noyabr 2017-ci ildə vəfat etdi, cənazəsi 19 noyabr 2017 Bazar günü Fatih Məscidindən çıxarıldı və Edirnekapı Şəhidliyində dəfn edildi.[7]
Uğurları
redaktə• İlk dünya rekordunu qırarkən 15 yaşında idi.
• 1984, 1985 və 1986-cı illərdə dünyada 'ilin ağır atleti' seçildi.
• Üç dəfə Olimpiya çempionu oldu: 1988 Seul, 1992 Barselona və 1996 Atlanta Olimpiadaları.
• 8 dəfə dünya çempionu oldu, 46 dünya rekordunu qırdı.
• Öz kilosunun üç qatından 10 kilo çox qaldıraraq 'əfsanə' oldu.
• İdman orqanlarına görə 'bütün zamanların ən yaxşı ağır atletidir'
• O, 1988-ci il Seul Olimpiadasında 60 kq-da 152,5 kq qaldıraraq öz ağırlığının 2,5 qatını qaldıran yeganə ağırlıqqaldırandır.
• 1988-ci ildə Time jurnalının üz qabığı oldu.
• 1988-ci il Seul Olimpiadasında 60 kq silkələnmədə 190 kq qaldıraraq dünya rekordunu qırdı.
• 1988-ci ildə Seul Olimpiadasında 6 dünya və 9 olimpiya rekordu qıraraq böyük bir qələbə qazandı.
• Türkiyəyə Olimpiadalarda güləş xaricində ilk qızıl medalı qazandırdı.
• 1992-ci ildə Beynəlxalq Ağır Atletika Mətbuat Komissiyası tərəfindən "Dünyanın Ən Yaxşı İdmançısı" seçildi.
İstinadlar
redaktə- ↑ 1 2 Naim Suleymanoglu // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 SULEYMANOGLOU NAÏM // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
- ↑ 1 2 Weightlifting legend Naim Süleymanoğlu dies at age 50.
- ↑ 1 2 Haltérophilie : Naim Süleymanoglu est mort à l'âge de 50 ans.
- ↑ Olympedia (ing.). 2006.
- ↑ "Arxivlənmiş surət". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Əfsanəvi "Türk Herakl" vəfat etdi". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.