Namaz Bedelov - Wikipedia
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru.
Namaz Bədəlov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Faxralı, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi |
Həyatı
redaktəNamaz Bədəlov 20 may 1932-ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.[1] İbtidai və orta təhsilini Faxralıda almışdır.[1] 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959-cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir.[2] 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur.[2] Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961-ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir.[2] Namaz Bədəlov 1964-cü ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.[2] O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.[2] 1972-ci ildən 1990-cı ilədək Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.[2] 1985-ci ildə Rostov vilayətinin Don Kənd Təsərrüfatı İnstitutunda "Tut ipəkqurdunda yemi ödəmənin yüksəldilməsinin ekoloji və genetik seleksiya əsasları" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır.[2] O, 1990-cı ildən ömrünün sonuna kimi institutun direktoru vəzifəsində çalışmışdır.[2] 1964-cü ildə namizədlik müdafiəsindən sonra Namaz Bədəlov tərəfindən tut ipəkqurdunun seleksiyası və damazlıq işinə aid aktual məsələlər müvəffəqiyyətlə işlənmiş, nəticələri Ümumittifaq (keçmiş SSRİ), respublika və zona elmi-təsərrüfat müşavirələrində mə’ruzə edilmiş, məqalələr çap olunmuş və istehsalata tətbiq edilmişdir.[3] Namaz Bədəlov 150-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 6 ixtiranın müəllifi olmuşdur.[3] Onun rəhbərliyi altında 5 nəfər elmlər namizədi müdafiə etmişdir. O, eyni zamanda 60-dan çox elmi-publisistik məqalələr müəllifidir.[3] 15 il daimi olaraq AzKTİ-da və H. Əliyev adına özəl Aqrar Ekologiya İnstitutunda ixtisas fənnindən mühazirələr oxumuşdur.[3] Namaz Bədəlov keçmiş ÜKTEA Koordinasiya Şurasının üzvü, AzSSR-də ipəkçilik üzrə kənd təsərrüfatının idarə edilməsi sisteminə baxan komissiyanın sədri, AzSSR Dövlət Aqrar Sənaye Komitəsinin heyvandarlıq problemləri üzrə elmi-metodiki Şuranın üzvü, "Şelk" elmi-texniki Ümumittifaq məcmuəsi redkollegiyasının üzvü kimi ipkəçiliyin inkişaf etdirilməsi üçün tədbirlər planının işlənməsində və elmi nailiyyətlərin həyata keçrilməsində fəal iştirak etmişdir. Yüksəkixtisaslı elmi kadrların hazırlanmasında fəal iştirak etmişdir. F. A. Məlikov adına Heyvandarlıq İnstitutunda təşkil olunmuş ixtisaslaşmış müdafiə şurasının bir neçə seçki üzvü seçilmiş, 12 beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Namaz Bədəlovun elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, aqrarçı alim kimi 1970-ci ildə "Rəşadətli əməyə görə", "Lenin yubiley medalı", 2 dəfə ÜXTNS-nın gümüş medalı və 1974-cü ildə "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.[3] Namaz Bədəlov 1999-cu ildə vəfat etmişdir.[4]
Mənbə
redaktə- Tarixində çox Namazlar qalacaq…, səh. 78 – 82. // Ağır elsən, Borçalıda adın var… . — Müəllif: Səməndər Məmmədov; Redaktor: Musa Nəbioğlu. Bakı: "Elm və Təhsil", 2010, 208 səhifə.
İstinadlar
redaktə- ↑ 1 2 Tarixində çox Namazlar qalacaq…, səh. 78 // Ağır elsən, Borçalıda adın var… . — Müəllif: Səməndər Məmmədov; Redaktor: Musa Nəbioğlu. Bakı: "Elm və Təhsil", 2010, 208 səhifə.
- ↑ 1 2 3 4 5 6 7 8 Tarixində çox Namazlar qalacaq…, səh. 79 // Ağır elsən, Borçalıda adın var… . — Müəllif: Səməndər Məmmədov; Redaktor: Musa Nəbioğlu. Bakı: "Elm və Təhsil", 2010, 208 səhifə.
- ↑ 1 2 3 4 5 Tarixində çox Namazlar qalacaq…, səh. 80 // Ağır elsən, Borçalıda adın var… . — Müəllif: Səməndər Məmmədov; Redaktor: Musa Nəbioğlu. Bakı: "Elm və Təhsil", 2010, 208 səhifə.
- ↑ Tarixində çox Namazlar qalacaq…, səh. 82 // Ağır elsən, Borçalıda adın var… . — Müəllif: Səməndər Məmmədov; Redaktor: Musa Nəbioğlu. Bakı: "Elm və Təhsil", 2010, 208 səhifə.
Xarici keçidlər
redaktə- "Bədəlov Namaz Hüseyn oğlu — Arıçılıq İpəkçilik İnstitutu". Archived from the original on 2015-07-03. İstifadə tarixi: 3 iyul 2015..
- "Elmlər doktorları: Namaz Bədəlov — www.faxrali.com". Archived from the original on 2015-07-03. İstifadə tarixi: 3 iyul 2015..