Namiq Allahverdiyev - Wikipedia
Allahverdiyev Namiq Müslüm oğlu (5 oktyabr 1967, Jdanov rayonu – 9 iyul 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Namiq Allahverdiyev | |
---|---|
Namiq Müslüm oğlu Allahverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyul 1992 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
Rütbəsi | çavuş |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəNamiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə şəhər 1-nömrəli tam orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.
Döyüşlərdə iştirakı
redaktə1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilmişdi. 9 iyun 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.[1]
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respubliksaı prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.
Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
İstinadlar
redaktə- ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
redaktə- Əsgərov V. Allahverdiyev Namiq Müslüm oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.22.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 35.
- Fətullayeva G. Mən döyüşə gedirəm //Fətullayeva G. Beyləqan bahadırları.- B., 1997.- S.20-23.
- İnsan yaddaşlarda əməli ilə yaşayır //Naxçıvan.- 1996.-1 may.- S.3.
- Qəhrəmanın büstü: [Beyləqanda] //Azərbaycan.- 1996.-20 yanvar.- S.2.
- Nazim N. Allahverdiyev Namiq Müslüm oğlu: (1967-1992) //Nazim N. İstiqlal ulduzları.- B., 1995.- S.22-23.
- Zeynalov R. Allahverdiyev Namiq Müslüm oğlu: (1967-1992) //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B.,1996.- S. 91.