Narikala - Wikipedia
Narikala (gürc. ნარიყალა; azərb. Narınqala və ya İsgəndər qalası[1]) – Gürcüstanın paytaxtı Tbilisi və şəhərdən keçən Kür çayını nəzarətdə saxlayan qədim qaladır.
Narikala | |
---|---|
ნარიყალა | |
41°41′16″ şm. e. 44°48′31″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Tikilmə tarixi | IV əsr |
Üslubu | Gürcü memarlığı |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəİki qatlı divarlara malik qala, Tbilisi botanika bağı və mineral su hamamları arasındakı hündür təpənin üstündə yerləşir. Qalanın aşağı həyətində yeni restavrasiya edilmiş Müqəddəs Nikolay kilsəsi yerləşir. Bu kilsə, yanğın nəticəsində məhv olmuş XIII əsr kilsəsinin yerində 1996-1997-ci illərdə inşa edilmişdir. Xaçvari plana malik yeni kilsənin üç tərəfində giriş qapıları vardır.[2] Kilsənin interyeri Gürcüstan tarixinə və Bibliya mövzularına həsr olunmuş freskolarla bəzədilmişdir.[3]
Tarixi
redaktəIV əsrdə əsası qoyulmuş[4] qala Suris-tsixe (Qısqanclıq doğuran qala) adlandırılmışdır. VII əsrdə qala Əməvilər, daha sonra Qurucu David (1089-1125) tərəfindən ələ keçirilmişdir. Monqollar qalanın adını dəyişərək “Narın qala” (Kiçik qala) qoymuşlar. Qala daxilində dövrümüzə çatmış binaların əksəri XVI-XVII əsrlərə aid edilir. 1827-ci ildə baş vermiş zəlzələ nəticəsində qalanın bir hissəsi zədələnmiş və sökülmüşdür.
İstinadlar
redaktə- ↑ Mirzə Məmmədoğlu. www.multitolerant.gpb.ge "Qədim Tiflisin qədim cizgiləri – İsgəndər qalası" (#bad_url). «1st Channel» (gürc. «პირველი არხი»). 29 May 2017. 6 November 2017 tarixində arxivləşdirilib. (#apostrophe_markup) (az.)
- ↑ "About Sights – Narikala Fortress". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "Narikala Fortress in Tbilisi". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ Nodar Dzhanberidze, Irakli Nikolozis - Architectural Monuments of Georgia, Stroyizdat, 1996, səh. 362
Xarici keçidlər
redaktə- Narikala Geocities saytında
- Narikala World66 saytında Arxivləşdirilib 2008-06-09 at the Wayback Machine
- Narikala Tbilisi şəhərinin rəsmi saytında Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine