Nataliya Sinisin - Wikipedia
Nataliya İqorevna Sinişina (3 iyul 1985, Sosnovka[d], Lvov vilayəti) — 2005–2014-cü illərdə Ukraynanı, 2014–2017-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Nataliya Sinişin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal medala sahib olub.
Nataliya Sinişin | ||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Nataliya İqorevna Sinişin | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna (2005—2017) → Azərbaycan (2014—2016) |
|||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Lvov, Ukrayna SSR | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 158 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 58 kq | |||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1998—2017 | |||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Məhəmməd Əliömərov | |||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Atasport İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Nataliya Sinişin həmçinin 2006-cı ildə Çində, 2007-ci ildə isə Azərbaycanda baş tutan Dünya Çempionatlarının bürünc medallarına sahib olub. Nataliya Sinişin həmçinin üç dəfə — 2009, 2012 və 2016-cı illərdə Avropa Çempionatlarının qalibi olub.
2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına sahib olan Natali Sinişin həm də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da gümüş medalına sahib olub.
Nataliya Sinişib Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Həyatı
redaktəNataliya Sinişin 1985-ci il iyulun 3-də Lvov şəhərində anadan olub.[1] 1998-ci ildən güləşlə məşğul olur. Ali təhsilini Odessa şəhərində Milli Pedaqoji Univeirsitetdə alıb.
Nataliya Sinişin 2013-cü ildə Gürcüstan güləşçisi Malxaz Kurdiani ilə evləndi. 2014-cü ilin aprelində qızı, 2018-ci ilin iyununda isə oğlu dünyaya gəldi.
Karyerası
redaktə2005-ci il: Gənclər arasında Avropa çempionluğu
redaktəNataliya Sinişin 2005-ci ilin mayında Fransanın Klermon-Feran şəhərində baş tutan Komandalararası Dünya Kubojunda mübarizə apardı və nəticələrə əsasən dördüncü pillədə qərarlaşdı.[2]
2005-ci ilin iyulunda Nataliya Sinişin Litvanın Vilnüs şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Nataliya Sinişin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Andrea Cuca 14:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi Anna Zviridovsxa oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (4:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Yaponiya nümayəndəsi Kei Yamana oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 4:10 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə onun rəqibi Latviya nümayəndəsi Victoriya Grigoryeva oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə məğlub oldu (1:6) və gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.[3]
2005-ci ilin avqustunda isə 20 yaşlı Nataliya Sinişin Polşanın Vrotslav şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Nataliya Sinişin, final görüşündə Belarus nümayəndəsi Yuliya Ratkeviç üzərində də qələbə qazandı və gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.[4]
2006-cı il: Dünya Çempionatında bürünc
redaktəNataliya Sinişin 2006-cı ilin mayında Yaponiyanın Naqoya şəhərində baş tutan Komandalararası Dünya Kubojunda mübarizə apardı və nəticələrə əsasən dördüncü pillədə qərarlaşdı.[5]
2006-cı ilin əsas turniri Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatı oldu. Nataliya Sinişin bu turnirdə mübarizə aparmaqla Dünya Çempionatlarında debüt elədi. Nataliya Sinişin 1/16 final mərhələsində Qazaxıstan nümayəndəsi Olqa Çerxaşevaya 2:0 (6:0, 6:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Su Lihui oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Nataliya Sinişin rəqibinə 1:2 (1:1, 0:2, 0,1) hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu qrupun birinci görüşündə onun rəqibi Kanada nümayəndəsi Breanna Qraham oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 2:0 (4:0, 1:0) hesabı ilə qalib gəldi və növbəti görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi ABŞ nümayəndəsi Erin Tomeo oldu. Bu səfər də Nataliya Sinişin rəqibinə (2:0, 4:1) hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həmin görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Marianna Sastin oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0, 2:1) və Dünya Çempionatını bürünc medalla başa vurdu.[6]
2007-ci il: Avropa Çempionatında final
redaktəNataliya Sinişinin 2007-ci ildə birinci turniri 16–22 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatı oldu. Avropa Çempionatlarında debüt edən Nataliya Sinişin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Georgiana Filipa 2:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Anna Qomiş oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Moldova nümayəndəsi Lyudmila Krista oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Nataliya Sinişin rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Nataliya Qolts oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.[7]
2007-ci ilin əsas turniri isə 16–24 sentyabrda Azərbaycanda şəhərində baş tutan Dünya Çempionatı oldu. 2008-ci il olimpiadasına lisenziya verən Dünya Çempionatında Nataliya Sinişin 1/16 final mərhələsində Cənubi Koreya nümayəndəsi Kim Hi-Yona 2:0 (4:1, 1:0) hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Larisa Kanayeva oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 2:0 (4:0, 8:0) hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi üç dəfə Dünya Çempionatının qalibi olan Yaponiya nümayəndəsi Ayaxo Şoda oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 2:1 (0:1, 1:0, 2:0) hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Adrey Prieto oldu. Gərgin idman mübairizəsi şəraitində baş tutan görüşün birinci dəqiqəsində Nataliya Sinişin rəqibinə məğlub oldu və mübairizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə onun rəqibi Kolumbiya nümayəndəsi Sandra Roa Velandi oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi (4:0, 4:1) və Dünya Çempionatını bürünc medalla başa vurdu.[8]
2008-ci il: Olimpiada da uğursuzluq
redaktəNataliya Sinişinin 2008-ci ildə birinci turniri 1–6 apreldə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatı oldu. Keçən il Avropa Çempionatının finalçısı olan Nataliya Sinişin 1/8 final mərhələsində Latviya nümayəndəsi Victoriya Grigoryevaya 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Azərbaycan nümayəndəsi Elvira Mürsəlova oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə məğlub oldu (0:2) və mübarizəsini təsəlliverici qrupda davam elədi. Bu qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Aqata Peterzi oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 1:18 dəqiqə ərzində qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həmin görüşdə onun rəqibi Belarus nümayəndəsi Tatyana Boxan oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və Avropa Çempionatının bürünc medalına sahib oldu.[9]
2008-ci ilin əsas turniri 8–24 avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunları oldu. Avqustun 16-da mübarizə aparan Nataliya Sinişin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Mersi Van Dusen ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində Nataliya Sinişin rəqibinə 4:0 hesabı ilə qalib gəldi. Görüşün növbəti hissəsi isə gərgin idman mübairizəsi şəraitində baş tutdu və nəticədə rəqib son balı qazandığına görə Nataliya Sinişin məğlub oldu (1:1). Üçüncü hissədə isə Mersi Van Dusen Nataliya Sinişina 7:0 hesabı ilə qalib gəldi. Bununla da Nataliya Sinişin olimpiadanı 12-ci pillədə başa vurdu.[10]
2009-cu il: Litvada Avropa çempionluğu
redaktəNataliya Sinişinin 2009-cu ildə birinci turniri 31 mart-5 apreldə Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatı oldu. 2007 və 2009-cu illərdə çempionatların gümüş və bürünc medalçısı olan Nataliya Sinişin 1/8 final mərhələsində Polşa nümayəndəsi Silviya Bilensxaya 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İtaliya nümayəndəsi Valentina Mincuzzi oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Ana Mariya Paval oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Belarus nümayəndəsi Alyona Filipava oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və Avropa Çempionatının qalibi oldu.[11]
Dünya Çempionatından əvvəl Nataliya Sinişin iyulda Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu.[12]
2009-cu ilin əsas turniri 20–28 sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatı oldu. Son Dünya Çempionatlarında bürünc medallara sahib olan Nataliya Sinişin bu səfər uğursuzluqla üzləşdi. Nataliya Sinişin 1/16 final mərhələsində Cənubi Koreya nümayəndəsi Um Ci-Una 1:35 dəqiqə ərzində qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi beş ay əvvəl Avropa Çempionatında qalib gəldiyi Rumıniya nümayəndəsi Ana Mariya Paval oldu. Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə son balı qazandığına görə Nataliya Sinişin qalib gəldi (1:1). Görüşün növbəti hissəsində isə Ana Mariya Paval rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Həlledici hissə də gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Ana Mariya Paval rəqibinə 1:22 dəqiqə ərzində qalib gəldi. Bununla da Nataliya Sinişin Dünya Çempionatında mübarizəsini dayandırdı və turniri 11-ci pillədə başa vurdu.[13]
2010-cu il: Uğursuz mövsüm
redaktəNataliya Sinişin 2010-cu ilin yanvarında Rusiyada baş tutan İvan Yarıginin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və turniri beşinci pillədə başa vurdu.[14]
İlin birinci nüfuzlu turniri isə 12–18 apreldə Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. Son Avropa Çempionatının qalibi olan Nataliya Sinişin bu səfər uğursuzluqla üzləşdi və 1/8 final mərhələsindəcə Rumıniya nümayəndəsi Ana Mariya Pavala gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində məğlub oldu (1:2) və Avropa Çempionatını 10-cu pillədə başa vurdu.[15]
Avropa Çempionatından üç ay sonra Nataliya Sinişin Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Bütün rəqibləri üzərində qələbə qazanan Nataliya Sinişin turnirin qalibi oldu.[16]
2010-cu ilin əsas turniri 6–12 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Bu turnirdə də Nataliya Sinişin uğursuzluqla üzləşdi. Nataliya Sinişin 1/16 final mərhələsindəcə İsveç nümayəndəsi Yohanna Mattssona 0:2 (0:1, 0:4) hesabı ilə məğlub oldu və Dünya Çempionatını 22-ci pillədə başa vurdu.[17]
2011-ci il: Tatyana Lazareva ilə rəqabət
redaktəNataliya Sinişin 2011-ci ilin yanvarında Rusiyada baş tutan İvan Yarıginin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[18]
Apreldə Nataliya Sinişin ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatında mübarizə aparmadı. Onun əvəzinə turnirdə gənc İrina Xariv mübarizə apardı və nəticədə çempionatı 8-ci pillədə başa vurdu.
Avqustda isə Nataliya Sinişin Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Nataliya Sinişin 1/8 final mərhələsində İsveç nümayəndəsi Sofiya Mattssona qalib gəlsə də (2:0), 1/4 final mərhələsində həmyerlisi Tatyana Lazarevaya məğlub oldu (0:2) və turniri 8-ci pillədə başa vurdu.[19]
2011-ci ilin əsas turniri 12–18 sentyabrda İstanbul şəhərində baş tutan Dünya Çempionatı oldu. Həmin turnirdən əvvəl Nataliya Sinişin iyulda Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Komandanın heyətinin formalaşdırılması üçün həmin turnir önəmli idi. Nəticədə Nataliya Sinişin həmin turnirin final görüşündə Tatyana Lazarevaya məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[20] Həmçinin Nataliya Sinişin yığmanın "bir nömrəsi" statusunu əldən verdi. Buna əsas səbəb isə Tatyana Lazarevanın sentyabrda baş tutan Dünya Çempionatının həm bürünc medalına sahib olması, həm də bir il sonra baş tutacaq olimpiadaya lisenziya əldə eləməsi oldu.
2012-ci il: Serbiyada Avropa çempionluğu
redaktəNataliya Sinişinin 2012-ci ildə birinci turniri fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turnir oldu. Nəticədə Nataliya Sinişin final görüşündə Kanada nümayəndəsi Tonya Verbeyə məğlub oldu və turniri gümüş medalla başa vurdu.[21]
2012-ci ilin birinci əsas turniri 8–11 martda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatı oldu. Əsasən əvəzedici heyətlərin mübarizə apardığı turnirdə Nataliya Sinişin qızıl medala iddialı idi. Nataliya Sinişin 1/8 final mərhələsində Türkiyə nümayəndəsi Zeynəb Yıldırıma 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Emese Bara oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Ana Mariya Paval oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İsveç nümayəndəsi Sofiya Mattsson oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə qalib gəldi (2:0) və növbəti dəfə Avropa Çempionatının qalibi oldu.[22]
İyunda isə Nataliya Sinişin Polşada baş tutan Poland Open beynəlxalq turnirində mübarizə apardı. Nəticədə Nataliya Sinişin final görüşündə Rusiya nümayəndəsi Mariya Qurovaya məğlub oldu və turniri gümüş medalla başa vurdu.[23]
London Olimpiadasından sonra 26–30 sentyabrda Kanadada Dünya Çempionatı baş tutdu. Bu turnirdə əsasən əvəzedici heyətlər mübarizə apardı. Nataliya Sinişin 1/8 final mərhələsində Fransa nümayəndəsi Areli Baseta 2:0 (4:0, 4:1) hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Yan Çen oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (4:2, 1:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Yaponiya nümayəndəsi Saori Yoşida oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 1:2 (4:0, 0:1, 1:4) hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə onun rəqibi Hindistan nümayəndəsi Qeta Foqat oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə məğlub oldu (0:1, 0:1) və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[24]
2013-cü il: İdmana fasilə verməsi
redaktəNataliya Sinişinin 2013-cü ildə birinci turniri fevralda Kiyev şəhərində baş tutan Avropa Çempionatı oldu. Nəticədə Nataliya Sinişin həmin turniri bürünc medalla başa vurdu.[25]
Nataliya Sinişin həmin il nə Avropa Çempionatında, nə də Dünya Çempionatında mübarizə aparmadı. Həm yığmada gənc idmançılarla rəqabətin olması, həm də ailə həyatı qurması Nataliya Sinişinin bir müddət idmandan uzaqlaşması ilə nəticələndi.
2014-cü il: Azərbaycan yığmasına gəlişi
redaktə2014-cü ilin aprelində ana olan Nataliya Sinişin 2014-cü ilin sonlarında məşqlərini bərpa elədi, amma Nataliya Sinişinin yığmada 24 yaşlı İrina Xariva rəqabətlə məğlub olduğuna görə başqa bir yığmanı heyətində mübairizə aparmağı qərara aldı. Həmin periodda qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının heyətinin gücləndirilməsi ilə məşğul olan Azərbaycan Güləş Federasiyası (AGF) Nataliya Sinişini heyətinə cəlb elədi.
Nataliya Sinişin 2014-cü ilin noyabrında Rusiyada baş tutan "Moscow Lights" beynəlxalq turnirində mübarizə apardı və bürünc medalın sahibi oldu.[26]
2015-ci il: Avropa Oyunlarında bürünc
redaktəNataliya Sinişin 2015-ci ilin yanvarında Fransanın Paris şəhərində baş tutan Paris Qran-Prisində mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Nataliya Sinişin, həlledici görüşdə Finlandiya nümayəndəsi Petra Olliyə məğlub oldu və Paris Qran-Prisinin gümüş medalına sahib oldu.[27]
Daha sonra Nataliya Sinişin fevralda İsveçin Klippan şəhərində baş tutan Klippan Lady Open beynəlxalq turnirində mübarizə apardı. Birinci görüşdəcə rəqibinə məğlub olan Nataliya Sinişin, həmin turniri 16-cı pillədə başa vurdu.[28]
Martda Nataliya Sinişin qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının heyətində Rusiyanın St. Peterburq şəhərində baş tutan Dünya Kubojunda mübarizə apardı. Nəticədə Azərbaycan yığması turniri beşinci pillədə başa vurdu.[29]
Apreldə isə Nataliya Sinişin Bolqarıstanın Sofiya şəhərində baş tutan D. Kolov & N. Petrov beynəlxalq turnirində mübarizə apardı. Final görüşündə Azərbaycan nümayəndəsi Alyona Kolesnik üzərində qələbə qazanan Nataliya Sinişin, turnirin qalibi oldu.[30]
2015-ci ilin birinci nüfuzlu turniri 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunları oldu. İyunun 15-də mübarizə aparan Nataliya Sinişinin təsnifat mərhələsində rəqibi İtaliya nümayəndəsi Patrisiya Luzzi oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Bediha Gün oldu. Həmin görüşdə də Nataliya Sinişin rəqibinə vaxtından əvvəl qalib gəldi (12:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi olan İsveç nümayəndəsi Sofiya Mattsson oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 5:6 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə isə onun rəqibi Tatyana Kit oldu. Bu görüşdə Nataliya Sinişin rəqibinə vaxtından əvvəl qalib gəldi (10:0) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.[31]
Avropa Oyunlarından sonra Nataliya Sinişin iyulda Polşanın Varşava şəhərində baş tutan Poland Open beynəlxalq turnirində mübarizə apardı. Nəticədə Nataliya Sinişin həmin turniri beşinci pillədə başa vurdu.[32]
2015-ci ilin əsas turniri isə 6–12 sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatı oldu. Nataliya Sinişin həmin turnirdə uğursuzluqla üzləşdi. Çempionatın birinci görüşündəcə Çin nümayəndəsi Pan Kyuya 0:10 hesabı ilə məğlub olan Nataliya Sinişin turniri 16-cı pillədə başa vurdu.[33]
Daha sonra Nataliya Sinişin noyabrın əvvəlində Rusiyada baş tutan Alrosa Cup beynəlxalq turnirində uğursuz çıxış elədi və beşinci pillənin sahibi oldu.[34]
Noyabrın sonunda isə Nataliya Sinişin Azərbaycanda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirinin final görüşündə Çin nümayəndəsi Hu Liya məğlub oldu və turniri gümüş medalla başa vurdu.[35]
2016-cı il: Rio-de-Janeyro Olimpiadasında bürünc
redaktəNataliya Sinişinin 2016-cı ildə birinci turniri fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turnir oldu. Həmin turnirin final görüşündə Oxana Kuxta üzərində qələbə qazanan Nataliya Sinişin, turnirin qalibi oldu.[36]
8–14 martda isə Latviyanın Riqa şəhərində ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatı baş tutdu. Nataliya Sinişin 1/8 final mərhələsində Belarus nümayəndəsi Veranixa İvanova ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 4:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Anna Vasilenxo oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibinə qalib gəldi (5:0) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İsveç nümayəndəsi Elin Nilsson oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə vaxtından əvvəl 12:2 hesabı ilə qalib gəldi və dörd ildən sonra Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Norveç nümayəndəsi Qras Bullen oldu. Həmin görüşdə rəqibinə 4:1 hesabı ilə qalib gələn Nataliya Sinişin Avropa Çempionatının qızıl medalına sahib oldu.[37]
İyunda isə Nataliya Sinişin olimpiadadan əvvəl sonuncu turnirində mübairizə apardı. Polşanın Spala şəhərində baş tutan Poland Open beynəlxalq turnirinin nəticələrinə əsasən Nataliya Sinişin bürünc medalın sahibi oldu.[38]
2016-cı ilin əsas turniri isə 5–22 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunları oldu. 8 ildən sonra olimpiada da mübarizə aparan Nataliya Sinişin medalı iddialı idi. Avqustun 18-də mübarizə aparan Nataliya Sinişinin 1/8 final mərhələsində rəqibi Yaponiya nümayəndəsi Saori Yoşida oldu. Saori Yoşida üç dəfə Olimpiya Oyunlarının, dörd dəfə Asiya Oyunlarının, on üç dəfə isə Dünya Çempionatlarının qalibi olan məğlubedilməz güləşçi idi. Bu görüşdə Nataliya Sinişin rəqibinə 0:4 hesabı ilə məğlub oldu. Saori Yoşida final görüşünə vəsiqə qazandığına görə Nataliya Sinişin təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Seneqal nümayəndəsi İzabella Sambu oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 4:0 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Venesuela nümayəndəsi Betzabet Argüello oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 2:1 hesabı ilə qalib gəldi və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[39]
2017-ci il: Karyerasını başa vurması
redaktəOlimpiadadan sonra Nataliya Sinişinin birinci turniri 2017-ci ilin aprelində oldu. Bolqarıstanın Sofiya şəhərində baş tutan D. Kolov & N. Petrov beynəlxalq turnirinin nəticələrinə əsasən Nataliya Sinişin bürünc medalın sahibi oldu.[40]
2017-ci ilin birinci nüfuzlu turniri 2–8 mayda Serbiyanın Novi-Sad şəhərində baş tutan Avropa Çempionatı oldu. Son Avropa çempionu Nataliya Sinişin təsnifat mərhələsində İtaliya nümayəndəsi Karola Raynero üzərində təmiz qələbə qazandı (4:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi bir il əvvəl Avropa Çempionatının final görüşündə qalib gəldiyi Norveç nümayəndəsi Qras Bullen oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin bu səfər rəqibinə məğlub oldu (2:4) və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu qrupun birinci görüşündə Nataliya Sinişin Polşa nümayəndəsi Katarzina Madrovsxaya vaxtından əvvəl 10:0 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Macarıstan nümayəndəsi Emese Bara oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 2:6 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[41]
Avropa Çempionatından dərhal sonra Nataliya Sinişin 12–22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Nataliya Sinişin turnirin birinci turunda Qazaxıstan nümayəndəsi Emma Tissinaya 5:0 hesabı ilə qalib gəldi, növbəti turunda isə Nigeriya nümayəndəsi Odunayo Adequoroyeya 2:6 hesabı ilə məğlub oldu. Üçüncü turda Türkiyə nümayəndəsi Bediha Günə 8:4 hesabı ilə qalib gələn Nataliya Sinişin IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[42]
2017-ci ilin əsas turniri 20–26 avqustda Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatı oldu. Nataliya Sinişinin turnirin təsnifat mərhələsindəcə Belarus nümayəndəsi İrina Kuraçixinaya 1:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 18-ci pillədə başa vurdu.[43]
Bu turnirdən sonra 32 yaşlı Nataliya Sinişin idmanla vidalaşdı.
Nəticələri
redaktə
|
|
Dövlət təltifləri
redaktəNataliya Sinişin Azərbaycan Prezidentinin sərəncamlarına əsasən bir dəfə medalla, bir dəfə isə fəxri diplomla təltif edilib.
- "Tərəqqi" medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Nataliya İqorevna Sinişina "Tərəqqi" medalı ilə təltif edildi
- Azərbaycan Prezidentinin fəxri diplomu — Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Nataliya İqorevna Sinişina Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ International Wrestling Database. "NATALYA SINISIHIN". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2005 // World Cup // Seniors // Female wrestling // Teams // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2005 // World Championship // Juniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2005 // European Championship // Juniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2006 // World Cup // Seniors // Female wrestling // Teams // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2006 // World Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2007 // European Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2007 // World Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2008 // European Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2008 // Olympic Games // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2009 // European Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2009 // Golden Grand Prix // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2009 // World Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2010 // Golden Grand Prix // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2010 // European Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2010 // Golden Grand Prix // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2010 // World Championship // Seniors // Female wrestling // 59 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2011 // Golden Grand Prix // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2011 // Golden Grand Prix // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2011 // International Kyiv Tournament // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2012 // International Kyiv Tournament // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2012 // European Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2012 // Poland Open // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2012 // World Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2013 // International Kyiv Tournament // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2014 // Moscow Lights // Seniors // Female wrestling // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Grand Prix of Paris // Seniors // Female wrestling // 60 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Klippan Lady Open // Seniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // World Cup // Seniors // Female wrestling // Teams // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // D. Kolov - N. Petrov Tournament // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // European Games // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Poland Open // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // World Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Alrosa Cup // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Golden Grand Prix // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2016 // International Kyiv Tournament // Seniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2016 // European Championship // Seniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2016 // Poland Open // Seniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2016 // Olympic Games // Seniors // Female wrestling // 53 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // D. Kolov - N. Petrov Tournament // Seniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // European Championship // Seniors // Female wrestling // 58 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // Islamic Solidarity Games // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // World Championship // Seniors // Female wrestling // 55 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.