Natiq Sirinov - Wikipedia
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018).
Natiq Şirinov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1975 (49 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janrlar | xalq musiqisi, dünya musiqisi[d] |
Musiqi aləti | nağara |
Mükafatları | |
natigshirinov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAzərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir.
Fəaliyyəti
redaktəNatiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır. Bu qrupu o, nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə yaratmışdır.
Azərbaycan ritmlərini nağarada genişləndirmək üçün 2002-ci ildə Natiq Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başlamışdır. O, 2005, 2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb Alətləri festivalının prodüseri, möhtəşəm perkussiya ifaçısı Tofiq Cabarov tərəfindən festivalda iştirak etmək üçün dəvət almışdır.
"Network Medien" şirkətinin Azərbaycanın əməkdar artisti, müğənni Sevda Ələkbərzadənin 2007-ci ildə işıq üzü görən "Gül açdı" və 2009-cu ildə "Sevdalı dünya" adlı albom yazıları üçün Natiq müğənni tərəfindən dəvət almışdır.
Ad və mükafatlar
redaktə- 2004 — "World Music Festival on Drum & Dance" – "Certificate of Appreciation"
- 2005 — "Beynəlxalq Bakı Caz Festivalı" – "Fəxri Diplom"
- 2006 — "İlin Instrumental Qrupu" – "QRAND Müstəqil Milli Ictimai Mukafatı Laureatı"
- 2006 — "MDB — 15 il: əməkdaşlıq və inteqrasiya" – "Fəxri Diplom"
- 2007 — Azərbaycan Respublikasının "Əməkdar Artisti" fəxri adı
- 2009 — "Qafqaz Media İctimai Birliyi" – "Təşəkkürnamə"
- 2011 — "World Perucission Performing Arts Festival" – "World Grand Prize"
- 2013 — "Kempo üzrə XVI Respublika Çempionatı" – "Fəxri Diplom"
- 27 may 2018 — Azərbaycan Respublikasının "Xalq Artisti" fəxri adı[1]
Konsertlər
redaktəAzərbaycan
- 2008 — "Jazz Center"da "Ritm varsa, həyat var" adlı solo konsert (Bakı)
- 2009 — "Face Club"da "Natiq Ritm Show" adlı solo konsert (Bakı)
- 2013 — "Yaşıl teatr"da "Ritm Show" adlı solo konsert (Bakı)
- 2014 — "Kanal S"in 5 illik yubileyi ilə bağlı konsert proqramı (Şəki)
- 2014 — Ümumilli lider "Heydər Əliyev"in 91 illik yubileyi ile bağlı ritm yürüşü ve konsert proqramı (Şəki)
- 2015 — "Beynalxalq Muğam Mərkəzi"ndə "Həyatın Nəbzi" adlı solo konsert (Bakı)
- 2015 — Bakıda keçirilən I avropa oyunlarının açılış mərasimi (Bakı)
- 2015 — "Yaşıl teatr"da "Yayın Ritmi" adlı solo konsert (Bakı)
- 2015 — Tərəfindən Azərbaycanın Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçirilmişdir. (Şəki)
- 2015 — "Hollywood" ulduzu Steven Seagal ilə birlikdə "Heydər Əliyev Mərkəzin"də solo konsert (Bakı)
- 2016 — "Bakı Olimpiya Stadion"unda 17 yaş üzrə UEFA Avropa Çempionatının açılış mərasimi (Bakı)
- 2016 — Baku Formula 1 açılış mərasimi (Bakı)
Digər ölkələr
- 2004 — Taypeyin 120-ci il dönümünə həsr olunmuş "Təbil və Rəqs üzrə Dünya Musiqisi Festivalı"da konsert proqramı ilə çıxışları (Taypey, Tayvan)
- 2006 — Pianoçu və bəstəkar Emil İbrahimin kvarteti ilə birlikdə Jazz Festivalında (Brüssel, Belçika)
- 2006 — Azərbaycan mədəniyyəti günləri (Moskva, Rusiya)
- 2007 — Azərbaycan mədəniyyəti günləri (Moskva, Rusiya)
- 2007 — Azərbaycan mədəniyyəti günləri (Paris, Fransa)
- 2008 — Azərbaycan mədəniyyəti günləri (Fas, Mərakeş)
- 2008 — Azərbaycan mədəniyyəti günləri (Berlin, Almaniya)
- 2008 — "Eurovision" Mahnı Müsabiqəsinə dəstək konsertində möhtəşəm açılış mərasimi proqramı (İstanbul, Türkiyə)
- 2008 — "Eurovision" Mahnı Müsabiqəsinə dəstək konsertində möhtəşəm açılış mərasimi proqramı (Belqrad, Serbiya)
- 2008 — Sevda Ələkbərzadə ilə birgə konsert proqramı ilə çıxışı (Berlin, Almaniya)
- 2008 — Sevda Ələkbərzadə ilə birgə konsert proqramı ilə çıxışı (Vyana, Avstriya)
- 2008 — Sevda Ələkbərzadə ilə birgə konsert proqramı ilə çıxışı (Buxarest, Rumıniya)
- 2009 — Sevda Ələkbərzadə ilə birgə konsert proqramı ilə çıxışı (Berlin, Almaniya)
- 2009 — Beynəlxalq Qafqaz Festivalı — TransQafqaz 2009 (Varşava, Polşa)
- 2009 — Kamera Orkestrı ilə Azərbaycan mədəniyyəti günlərinin açılış mərasimi (Bern, İsveçrə)
- 2010 — Eurovision 2010 Party (Oslo, Norveç)
- 2010 — "EXPO 2010" sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Şanxay, Çin)
- 2011 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi (Paris, Fransa)
- 2011 — "Qarabağ" fondunun təşkil etdiyi konsert (Vaşinqton, ABŞ)
- 2011 — Azərbaycanın müstəqilliyinin 20 illiyi (Moskva, Rusiya)
- 2011 — AMOR-un 3 illiyi (Sankt Peterburq, Rusiya)
- 2011 — Beynəlxalq Qafqaz Festivalı — TransQafqaz 2011 (Drezden, Almaniya)
- 2011 — Beynəlxalq Qafqaz Festivalı — TransQafqaz 2011 (Varşava, Polşa)
- 2011 — "Natiq" ritm qrupunun konserti (İstanbul, Türkiyə)
- 2011 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə konsert (Berlin, Almaniya)
- 2011 — "Natiq" ritm qrupu ilə 54 dövlət arasında keçirilmiş "Geumsan World Percussion Performance Art Festival 2011" yarışmasında N. Şirinov uğurla iştirak etmiş və I-lik qazanaraq "World Grand Prize" mükafatını vətənə gətirmişdir. Azərbaycanın milli aləti olan "nağara"nın dünya arenasında ilk qalibiyyəti olmuş və qalibiyət N. Şirinov tərəfindən Həyata keçirilmişdir. (Geumsan, Koreya)
- 2011 — "Baku" jurnalının növbəti sayının buraxılışı (Moskva, Rusiya)
- 2011 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə konsert (Roma, İtaliya)
- 2012 — Royal Belum Drum Festival 2012 (Perak, Malayziya)
- 2012 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə konsertlər (Roma; Milan, İtaliya)
- 2012 — Montrö festivali (Cenevrə, İsveçrə)
- 2012 — "EXPO 2012" sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Düsseldorf, Almaniya; Niderland)
- 2012 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə konsert (Moskva, Rusiya)
- 2013 — Royal Belum Drum Festival 2013 (Perak, Malayziya)
- 2013 — "Natiq" Ritm Qrupunun konserti (İstanbul, Türkiyə)
- 2013 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə konsert proqramı (Vaşinqton, ABŞ)
- 2013 — Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə konsert proqramı (Seul, Koreya)
- 2014 — İranın muğam ustası "Şəhram Nazeri" ile "sərbəst güləş" üzrə yarışın açılışı (Tehran, İran)
- 2014 — "Xocalı faciəsini anma" tədbiri (İstanbul, Türkiyə)
- 2014 — "Yarat" mediasının ildönünümü münasibətilə konsert proqramı (Dubay, BƏƏ)
- 2014 — "28 may Respublika günü" münasibətilə konsert proqramı (Dubay, BƏƏ)
- 2014 — New Taipei City International Drum Arts Festival (Taypey, Tayvan)
- 2014 — "Montrö" jazz festival master class və konsert proqramı (Cenevrə, İsveçrə)
- 2014 — Azərbaycan mədəniyyəti günləri (Paris, Fransa)
- 2014 — "Azerbaijan-America Alliance" tədbiri (Vaşinqton, ABŞ)
- 2014 — "Tofiq Bəhramovun 90 illik yubileyi" ilə əlaqədar tədbir (Moskva, Rusiya)
- 2015 — "TANAP" layihəsinin təməl qoyma mərasimi (Qars, Türkiyə)
- 2015 — "EXPO 2015" sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Milan, İtaliya)
- 2015–194 dövlət üzrə keçirilən "WOMEX"musiqi festivalında Azərbaycanı təmsil etmişdir (Budapeşt, Macarıstan)
- 2015 — Azərbaycan mədəniyyəti günləri (Moskva, Rusiya)
- 2016 — Taichung City International Drum Arts Festival (Tayçunq, Tayvan)
- 2016 — Lamphun International Drum and Culture Festival (Lampun, Tayland)
- 2016 — "EXPO 2016" sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Ankara, Türkiyə)
- 2024 - "Azərbaycanın şanlı zəfərinin 4-cü il dönümü", Natiq Ritm Qrupu və Mənsum İbrahimovun iştirakı ilə konsert proqramı (İstanbul, Türkiyə)
Məhşurlarla çıxışları
- Natiq Şirinov-Ruslana (2005)
- Natiq Şirinov-Billy Cobham (2007)
- Natiq Şirinov-Misirli Ahmet (2008)
- Natiq Şirinov-Rihanna (2012)
- Natiq Şirinov-Shahram Nazeri (2014)
- Natiq Şirinov-Sami Yusuf (2015)
- Natiq Şirinov-Abbos Kosimov (2015)
- Natiq Şirinov-Harem qrupu (2015)
- Natiq Şirinov-Mohsen Sharifian (2015)
- Natiq Şirinov-Steven Seagal (2015)
Diskoqrafiya
redaktə- "Mənim dünyam I" (2004)
- "Mənim dünyam II" (2006)
- "Ritm varsa həyat var" (2012)
Filmoqrafiya
redaktəİfaçı kimi
- Ərazi (film, 2005) (qısametrajlı bədii film)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)
Aktyor kimi
- Əlvida, cənub şəhəri (film, 2006) (tammetrajlı bədii film) (rol: nağara ifaçısı)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: özü)
Çəkilişinə köməklik etdiyi film
- Top həm düşər, həm qalxar (film, 2011) (sənədli film)
İstinadlar
redaktə- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
Xarici keçidlər
redaktə- Rəsmi Web Saytı Arxivləşdirilib 2010-11-11 at the Wayback Machine
- Rəsmi İnstagram Səhifəsi
Video