Navarin Qetliami - Wikipedia
Navarin qətliamı[1] — Yunanıstanın müstəqillik qazandığı zaman baş verən qətliam silsiləsinin bir hissəsi olan bir vəhşilikdi. Qırğın 1821-ci il 19 Avqust günü Mora Yarımadasındakı Navarin şəhərində baş tutdu və şəhərin təxminən 3000 nəfərlik Türk sakini qətlə yetirildi.
Şəhərin mühasirəsi
redaktəŞəhərin Türk sakinləri, aclıq üzündən təslim olmağı təklif etdi. Yunanlar da bunun üzərində şəhərin sakinlərini Misirə etibarlı bir şəkildə aparmağı təklif edib. Təslim olma prosesi bitəndə, Türklər şəhərdəki bütün mallarını, bütün pullarını və zinətlərini Yunanlara təslim etdi.[2] Amma Yunanlar söz verdikləri etibarlı səfəri həyata keçirməyə niyyətli deyildilər.[3] Müzakirə edən Yunanlardan biri olan Poniropoulos, illər sonra General Qordona təslim olma sənədinin Türklərdə surətini yox etdiyini və beləliklə də geridə belə bir razılaşmaya dair bir dəlil olmadığını söylədi.
Türklərin qətlə yetirilməsi
redaktə1821-ci il 19 avqust günü qapılar açılanda, Yunanlar dərhal içəriyə hücum etdi və qaçan 160 nəfər başqa, 3000 nəfərlik bütün əhali öldürdü. Tarixçi Corc Finlay, Phrantzes adlı Yunan keşişin qətliama şahidlik etdiyini söylədi və onun danışdıqlarından yola çıxaraq aşağıdakı tərifi edib:
Güllələr və qılınclarla yaralanmış qadınlar qaçmaq ümidi ilə dənizə qaçdı, bu zaman qəsdən vuruldular. Qollarında körpələri olan anaların paltarları oğurlandı və tək gizlənmə yeri olan dənizə qoşdular, suda mənasız insan olmayan tüfəngli əsgərlər tərəfindən döyüldülər. Yunanlar körpələri analarının əllərindən aldı və qayalara çırpdı. Üç və dörd yaşlarındakı uşaqlar dənizə atılaraq boğulub. Qırğın qurtaranda cəsədlər ya dənizə atıldı, ya da sahilə yığılıb və bir epidemiya xəstəlik təhdidi ilə qarşı-qarşıya qaldı.
Hadisələrin sonrası
redaktəHadisələrdən öncə Yunanıstanda 50 minə qədər Türk yaşayırdı. 1821-ci ilin yay fəsli gəldikdə demək olar ki, hamısı öldürülmüş və ya qaçmaq məcburiyyətində qalmışlar. Yunanıstan Türkləri özlərindən sonra çox az iz qoydular. Onlar birdən-birə və tamamilə 1821-ci ilin yayında yox oldular. Bu yox oluş bütün dünyanın gözlərindən uzaq oldu və arxalarınca ağlanmadı. 20 mindən çox Türk; qoca, kişi, qadın, uşaq.Öz qonşuları Yunanlar tərəfindən bir neçə həftə ərzində öldürüldülər. Bu qətliam amansızlıqla və tərəddüdsüz həyata keçirildi.
İstinadlar
redaktə- ↑ William St. Clair, That Greece Might Still Be Free The Philhellenes in the War of Independence, Oxford University Press, London, 1972 sf.40 ISBN 0192151940
- ↑ George Finlay, History of the Greek Revolution and the Reign of King Otho, edited by H. F. Tozer, Clarendon Press, Oxford, 1877 Reprint London 1971, sf. 214
- ↑ St. Clair, sf. 41