Naxcivan Avtomobil Zavodu - Wikipedia
Naxçıvan Avtomobil Zavodu və ya qısaca NAZ – 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodu.
Naxçıvan Avtomobil Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Avtomobil sənayesi |
Məhsulu | Minik avtomobilləri |
Təsis tarixi | 2006 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 50 nəfər (2010) |
Ana şirkət | Cahan Holdinq |
Rəhbərlik | |
Təsisçi | Vugar Abbasov |
Rəhbərlik | Direktor Səxavət Hümbətov |
nazauto.az |
Tarixi
redaktəNaxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu.
Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir.
İstehsal
redaktəZavodda "Lifan" modellərinin yığılmasını həyata keçirilir. Zavodun "NazLifan" brendi altında buraxdığı avtomobillər daxili bazarda populyar deyil. Zavod gah fəaliyyətini dayandırır, gah məhdud həcmdə avtomobillərin yığılmasını həyata keçirir. 2019-cu ilə olan məlumata görə, 2010-cu ildən bəri "NazLifan" cəmi 5 minə yaxın avtomobil buraxmışdı.[1]
Şəkilllər
redaktə-
Naz Lifan 320
-
Naz Lifan 520i
-
Naz Lifan 520
-
Naz Lifan 620
-
Naz Lifan X60
İstinadlar
redaktə- ↑ "Çində "Lifan" müflis olur, bəs Naxçıvanda "NazLifan"?". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.