Naxcivan Paxlavasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naxçıvan paxlavası- unlu Azərbaycan şirniyyatı
Lazım olan ərzaqlar
redaktəXəmir üçün
redaktə- 500 qram un
- 150 qram kərə yağı
- 1 ədəd yumurta
- 1 stəkan süd
- 1 çay qaşığı quru maya
- yarım çay qaşığı duz
İç üçün
redaktə- 600 qram qoz
- 600 qram şəkər tozu
- hil, vanil
üzünə çəkmək üçün
redaktə- 1 yumurtanın sarısı və zəfaran şirəsi
şərbət üçün
redaktə- 2 stəkan şəkər tozu
- 1 stəkan su
- çay qaşığın ucunda limon duzu
Hazırlanma qaydası
redaktəLap iri kündədən yuxa yayırıq, hər tərəfini yağladığımız listin içinə salıb, kənarlarını düzəldirik. Yuxanı (təxminən 1,5 x.q ərinmiş yağ) yağlayıb, üstünə iç (1 çay fincanı) səpirik. İkinci yuxanı açırıq, eyni qaydada davam edirik. Beləliklə, bütün yuxalar qurtarandan sonra, axırıncı iri kündəni açıb, üstünə salırıq, alt yuxa ilə birləşdirib, artıqlarını kəsirik. Əvvəlcə romb formasını işarələyib, sonra kəsirik. Zəfəran şirəsi qatılmış yumurta sarısını üstünə çəkəndən sonra hər rombun ortasına qoz qoyub basırıq. Hazır paxlavanı 200 dərəcədə üstü tam qızarana qədər bişirirk. Qızarandan sonra sobadan çıxarırıq. Bıçaqla bir də kəsirik ki, tökəcəyimiz şərbət məsamələrdən lap altına qədər hopsun.(2 st. şəkər tozuna 1 st. su töküb qaynamağa qoyuruq, kəfini yığıb, qaşığın ucunda limon duzu salırıq, oddan götürürük) Şərbəti tökəndən sonra temperaturu 50 dərəcəyə endirib təzədən sobaya qoyuruq. Şirə hopandan sonra sobadan çıxarır. Bir az soyuyandan sonra paxlavanı listdən çıxarırıq.[1]
İstinadlar
redaktə- ↑ "Qadın.net". 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
Mənbə
redaktə- Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.