Nazik Bagirsaq Xercengi - Wikipedia
Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri.
Nazik bağırsaq xərçəngi | |
---|---|
XBT-10-KM | C17, C17.9 |
XBT-9-KM | 152.9[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Xoşxassəli törəmələr
redaktəLeyomioma
redaktəLeyomioma nazik bağırsağın mezenximal hüceyrələrindən inkişaf edən və differensasiya olunmuş saya əzələlərindən ibarət törəmələrdir. Törəmələr ekstraluminal istiqamətdə inkişafa meyilli olduqları üçün klinik əlamətlər törətmədən böyük ölçülərə çata bilirlər.[3]
Lipoma
redaktəLipoma OBB və qalça bağırsaqda çox rast gəlir. Selikaltı əsas və ya seroz qişanın yağ toxumasından inkişaf edir. Malignizasiya ehtimalı yox dərəcəsindədir.
Hamartoma
redaktəÇoxsaylı hamartomalar Peutz-Jegher sindromunda rast gəlir (dəri və selikli qişalarda piqmentasiyalar və mədə-bağırsaq sistemində çoxsaylı poliplər). Hamartomaların malignizasiya ehtimalı çox aşağıdır. Lakin qanaxma və BK kimi ağırlaşmalar törədirlər.
Bədxassəli törəmələr
redaktəAdenokarsinoma
redaktəAdenokarsinomalar nazik bağırsağın ən çox rast gələn bədxassəli törəmələridir (25–40%). Selikli qişadan inkişaf edir və əksər hallarda (40%) OBB-da yerləşirlər. Villyoz adenomalar (şək. 56), polipoz sindromu (şək. 57), Crohn xəstəliyi, ailəvi qeyri-polipoz sindromu və kolon kanseri risk amilləri sayılır.
Limfoma
redaktəNazik bağırsaqda birincili (bağırsağın öz limfa toxumasından inkişaf edən ekstranodal limfoma) və ikincili (limfa düyünlərindən inkişaf edən sistemik limfoma(lar) nın yayılması) limfomalar rast gəlir.
Karsinoid törəmələr
redaktəKarsinoid törəmələr (neyroendokrin törəmələr və ya APUDomalar) bağırsağın selikli qişasının endokrin hüceyrələrindən (Kulchitsky, enteroxromaffin, APUD hüceyrələr) inkişaf edən törəmələrdir. Bəzi törəmələr I və II tip çoxsaylı neyroendokrin neo- və ya hiperplaziyalarla (ÇEN, rus və ingilis ədəbiyyatlarında MEN) ilə birgə rast gəlir.
İstinadlar
redaktə- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ Bayramov N.Y., Rüstəm Ə.M., Zeynalov B.M. Nazik bağırsağın cərrahi xəstəlikləri (PDF). Bakı: Təbib. 2016. 171. ISBN 978-9952-536-20-1.