Nazim Abdullayev - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Abdullayev Nazim Abdulla oğlu (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) — Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984–2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır.
Nazim Abdullayev | |
---|---|
Nazim Abdulla oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Şamaxı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Abdulla Abdullayev |
Anası | Rəhilə Atamalıbəyova |
Milliyyəti | azərbaycanlı |
İxtisası | nevropatoloq |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Fəaliyyəti | həkim |
Mükafatları |
Həyatı
redaktəNazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Atası jurnalist olub. Nazim Abdullayev orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir. Üç övladı var.
Nailiyyətləri və mükafatları
redaktəİdman fəaliyyəti
redaktə- 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birincisi olmuşdur.
- 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində III yerə layiq görülmüşdür.
- 1958-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birincisi olmuşdur.
Tibb fəaliyyəti
redaktə- 1976 və 1978-ci illərdə SSRİ "Sosialist yarışmalarının qalibi" olmuşdur .
- 1977-ci ildə SSRİ Səhiyyə Nazirinin 298 №-li əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmişdir.
- 1981-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 26 iyun 1981-ci il sərəncamı ilə "ŞƏRƏF NİŞANI" ordeni ilə mükafatlandırılmışdır.
- 1985-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 503-k №-li əmri ilə birinci dərəcəli həkim — nevropatoloq adı verilmişdir.
- 1994-cü ildə Azərbaycan Səhiyyə Nazirliyinin 430-k №li əmri ilə ali dərəcəli həkim – nevropatoloq adı verilmişdir.
- 2006-cı ildə Azərbaycan Respublikasının "ƏMƏKDAR HƏKİM" fəxri adı ilə təltif edilmişdir.[1]
Mənbə
redaktə- "Azərbaycan bədən tərbiyəçisi" qəzeri № 41, 5 aprel 1966-cı il;
- "Yeni Şirvan" qəzeti № 82, 18 iyul 1968-ci il;
- "Yeni Şirvan" qəzeti № 67, 14 iyun 1969-cu il;
- "Yeni Şirvan" qəzeti № 86, 29 iyul 1969-cu il;
- "Yeni Şirvan" qəzeti № 70, 16 iyun 1973-cü il;
- "Yeni Şirvan" qəzeti № 71, 17 iyun 1978-ci il;
- "Yeni Şirvan" qəzeti № 135, 14 noyabr 1981-ci il;
- "Yeni Şirvan" qəzeti № 16, 6 fevral 1982-ci il;
- "Yeni Şirvan" qəzeti № 41, 8 aprel 1982-ci il;
- "Yeni Şirvan" qəzeti № 88, 27 iyul 1982-ci il;
- "Yeni Şirvan" qəzeti № 112, 21 sentyabr 1982-ci il;
- "Yeni Şirvan" qəzeti № 16, 20 fevral 1986-cı il;
- "Yeni Şirvan" qəzeti № 140, 28 noyabr 1987-ci il;
- "Yeni Şirvan" qəzeti № 143, 5 dekabr 1987-ci il;
- "Yeni Şirvan" qəzeti № 7, 16 yanvar 1987-ci il;
- "İnsan hüquqları" qəzeti № 03(51), 1–15 aprel 1997-ci il;
- "Şəfqət" qəzeti № 11(365), 2 iyun 2006-cı il;
- "Prezident" qəzeti 5 iyul 2006-cı il.