Nazim Mustafa - Wikipedia
Nazim Yusif oğlu Mustafayev (Nazim Mustafa; 2 yanvar 1957, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı.
Nazim Mustafa | |
---|---|
Doğum tarixi | 2 yanvar 1957 (67 yaş) |
Doğum yeri | |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
|
nazimmustafa.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNazim Mustafa 2 yanvar 1957-ci ildə Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1963–1972-ci illərdə Güllübulaq kənd orta məktəbində, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1977–1980-ci illərdə təyinatla Güllübulaq kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980–1981-ci illərdə Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komsomol Komitəsində məktəblər üzrə üçüncü katib işləmiş, 1980-ci ilin noyabr-dekabr aylarında Ermənistan LKGİ MK-nin göndərişi ilə Bakı Zonal Komsomol Məktəbinin müdavimi olmuşdur. 1981-ci ilin sentyabr ayında Amasiya Rayon Komsomol Komitəsində ideoloji məsələlər üzrə ikinci katib seçilmiş, 1982-ci ilin dekabr ayınadək bu vəzifədə işləmişdir. 1983–1984-cü illərdə Amasiya Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir. 1983-cü ilin mart ayında Ermənistan LKGİ MK nəzdində Komsomol Məktəbinin müdavimi olmuşdur.[1]
Nazim Mustafa 1985-ci il yanvarın 1-dən 1988-ci il dekabrın 1-dək Ermənistan KP Amasiya Rayon Komitəsində idoloji məsələlər üzrə təlimatçı işləmişdir. Həmin il dekabrın 10-da isə ermənilərin Dağlıq Qarabağa ərazi iddiası ilə əlaqədar olaraq Ermənistandan deportasiya edilmiş və Bakı şəhərində məskunlaşmışdır. 1990–1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində təlimatçı, baş təlimatçı, 1992–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, sonra Milli Münasibətlər İnstitutunda elmi işçi olmuşdur. 1993–2004-cü illərdə "Vətəndaş", "Avrasiya", "Dövran", "Xalq qəzeti" qəzetlərində müxbir və redaktor vəzifələrində işləmişdir. 2003-cü ildən Tarix İnsitutunda elmi işçi vəzifəsində işləmişdir. 2004–2023-cü illərdə Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində işləmişdir. 2024-cü ildən AMEA Tarix və Etnologiya İnstitutunda çalışır. "1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" mövzusunda yazdığı dissertasiya işini 2014-cü ildə müdafiə etmişdir.[1]
Yaradıcılığı
redaktəQərbi Azərbaycanın tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, habelə "Erməni məsələsi" ilə bağlı 200-dən çox məqaləsi Azərbaycan, Türkiyə və Gürcüstanda dərc edilmişdir. "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım Qaçqınlıq." (Bakı, 1998), "İrəvan xanlığı" (Bakı, 2010), "Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı" (Bakı, 2013) monoqrafiyalarının müəlliflərindən biridir. Müəllifin "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918–1920)" kitabı AMEA Tarix İnstitutu tərəfindən 2015-ci ildə çap edilmişdir. O, həmçinin Azərbaycan və ingilis dillərində çap edilən "Vandalizm. Tarixi adlara qarşı soyqırımı" (Bakı, 2006, yenilənmiş nəşri Bakı, 2014) kitabının tərtibçisidir.
Müəəlifin "İrevan Şehri. Türk-İslam Varlığı Nasıl Yok Edildi" kitabı 2015-c ildə Ankarada "Berikan Yayınevi"ndə türk dilində çap edilmişdir..
Nazim Mustafa Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı və Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, elm sahəsində Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.
"1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir.
Prezident Kitabxanasında Nazim Mustafanın "İrəvan şəhəri" əsərinin Azərbaycan və rus dillərində web saytı (www.iravan.info) yaradılmışdır.
Müəllifin əsərləri onun fərdi internet səhifəsində yerləşdirilir. (http://nazimmustafa.info).
Dərc olunanlar
redaktəKitabları
redaktə- Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. (Vaqif Arzumanlı ilə). Bakı: Qartal, 1998.
- İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. (həmmüəllif). Bakı: Çaşıoğlu, 2010.
- The Iravan Khanate: The Russian Occupation and the Relocation of Armenians to the Lands of North Azerbaijan (həmmüəllif). Baku: Çaşıoğlu, 2010.
- Иреванское ханство: российское завоевание и переселение армян на земли Северного Азербайджана. (həmmüəllif). Баку: Чашыоглу, 2010.
- Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. (həmmüəllif). Bakı: Turxan, 2013.
- Gubadly the ancient Azerbaijani land Zangazur's gateway. (həmmüəllif). Baku: Turxan, 2013.
- Губадлы. Ворота древней Азербайджанской земли Зангезура.(həmmüəllif). Баку: Турхан, 2013.
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. (tərtibçi). Bakı: Təhsil, 2006; Bakı: Turxan, 2014.
- Vandalism: genocide against the historical names. (tərtibçi). Baku: Təhsil, 2006.
- İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918–1920). Bakı: Turxan, 2015.
- İrevan şehri. Türk-islam varlığı nasıl yok edildi. Ankara: Berikan, 2015.
- The Iravan khanate: Khan’s Palace wiped out by armenian vandals. Baku. Baku: 2016.
- The Iravan knanate: Mosques of Iravan obliterated by Armenian vandals. Baku: 2016.
- Иреванское ханство: Мечети Иревана, разрушенные армянскими вандалами. Баку: 2016.
- Иреванское ханство: Ханский дворец, разрушенный армянскими вандалами. Баку: 2016.
- İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı: 2016 .
- İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı. Bakı: 2016 .
- Azərbaycan xalğına qarşı 1918‐ci il soyqırımları. Bakı: 2016. (Həmmüəllif).
- İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918–1920). Bakı: Elm, 2017, 328 s..
- Erməni saxtakarlığı: Yalan üzərində qurulan tarix. (Araz Qurbanov və Elşad Əlili ilə birgə). Bakı: Strateji Araşdırmalar Mərkəzi, 2018, 270 s.
- Հայ վանդալների կողմից ոչնչացված Իրևանյան մզկիթները / Նազիմ Մուստաֆա.- Բաքու: Ադրբեջանցի պատմաբանների հասարակական միավորում, 2018.- 44 էջ.- Erməni dilində. (Erməni vandallarının yox etdiyi İrəvan məscidləri)
- Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918–1920). Araşdırmalar, məqalələr. Bakı: Ulu, 2018, 255 s.
- Las mezquitas de Iraván, destruido por los armenios vándalos / Nazim Mustafa.-Bakú, Asociación Pública de Historiadores Azerbaiyán, 2019.- 44 p.- İspan dilində.
- Das Khanat Irevan: Russische Invasion und Umsiedlung der Armenier in die nordaserbaidschanischen Gebiete / Nazim Mustafa [et.al]; ANAW A. A. Bakikhanov‐Institut für Geschichte.- Baku, 2020.- 592 S.- Alman dilində.
- İrəvan şəhəri. Bakı: Red N Line MMC, 2020, 292.səh.
- Ermənilərin İrəvan quberniyasında və Zəngəzur qəzasında törətdikləri terror və qırğınlar: (1905–1906) : [monoqrafiya]. Bakı: Elm və Təhsil, 2022, 400 səh.
- Nazim Mustafa. Biblioqrafiya. Bakı: Elm və Təhsil, 2022, 290 səh.
- Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması. Prof. İbrahim Bayramova birgə. Bakı:Şərq-Qərb, 2021, 463 səh.
- The Onomastics of the Truth. Baku: MaxOfset, 2022, 456 p. İngilis dilində. Prof. İbrahim Bayramova birgə. Qədim Azərbaycan şəhəri İrəvan. // Məktəbəqədər və ibtidai təhsil. Elmi metodik jurnal. Xüsusi Buraxılış – 2022, № 2, S. 10–29.
- Ономастика истины: изменение и фальсификация историко-географических названий на территории нынешней Республики Армения. Баку: MaxOfset, 2023. — 464 с. Rus dilində. Prof. İbrahim Bayramova birgə.
Jurnallarda və toplularda dərc olunan məqalələri
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ərazi münaqişələri və qaçqınlıq problemi. "Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasəti". Məqalələr toplusu. Bakı, "Qartal", 1998, səh.151–175.
- Erməni saxtakarlığı, erməni xəyanəti. "Deportasiya". Toplu. Bakı, "Azərbaycan Ensiklopediyası", 1998, səh.154–156, 392–404.
- Milli Mücadilə qəhrəmanı İbrahim bəy Cahangiroğlu. "Hərbi bilik" hərbi elmi-nəzəri, publisistik jurnal. Bakı, 1998, № 6, səh.80–82.
- İndiki Ermənistanda azərbaycanlılara qarşı sonuncu soyqrımı. "Hərbi bilik" hərbi elmi-nəzəri, publisistik jurnal. Bakı, 1998, № 6, səh.74–76.
- Репрессии против азербайджанцев на территории нынешней Армении в 1920–1930 гг.. "Азербайджан и азербайджанцы" jurnalı, № 7–8, 2001.
- Gümrü tarihinden sayfalar. "Türkiyat Araştırmaları Enstitüsü" dərgisi. Ərzurum Atatürk Universiteti. sayı 20, 2002, səh.253–261.
- Ağbaba və Şörəyeldə Dədə Qorqud izləri, "Dədə Qorqud" jurnalı, ADPU-nun nəşri, № 2, 2002-ci il, səh.37–40.
- Ermənilərin ruslara qarşı törətdikləri terror və qırğınlar (1900–1920-ci illər). Azərbaycan Xalq Cümhuriyyətinin 86-cı ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı, "Nurlan", 2004-cü il, səh. 29–34.
- Cənub-Qərbi Qafqaz Cümhuriyyəti. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, Bakı, 2004, səh.283–285.
- Azərbaycan erməni separatizmi. "Ümid çırağı", Müstəqil ictimai-siyasi, elmi-kütləvi jurnal. № 34, 2005-ci il, səh.23–26.
- 15 iyun-tariximizin mühüm mərhələsinin başlanğıcı. "Ümid çırağı", Müstəqil ictimai-siyasi, elmi-kütləvi jurnal, № 5–6, 2005-ci il, səh.18–20.
- Moral genocide. "Азербайджан и азербайджанцы" jurnalı, № 1–4, 2006-cı il, səh.33–52.
- About Donations of Baku Moslem Charity. Society to Refugees in 1905–1917. "Азербайджан и азербайджанцы" jurnalı, № 9–12, 2008, səh 182–185.
- About Deportation of Azerbaijanis and Process of Changing. Demographic Situation in Favour of Armenians after Occupation of Pambak and Shorayel Districts by Russian Troops (the 1st Quarter of the XIX Century. "Азербайджан и азербайджанцы" jurnalı № 1–4, 2008-ci il, səh.117–120.
- Ermenilerin Kars vilayetinde 1914–1915 yıllarında yaptıkları soykırım üzerine yeni araştırmalar. Erciyez. Aylık Fikir ve Sanat Dergisi. Sayı 361. Ocak-2008, səh.11–13.
- Ermənilərin 1905–1906-cı illərdə Zən-gəzur qəzasında törətdikləri kütləvi qırğınlar. AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 36-cı cild, Bakı, 2011, s. 173–185.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə sülh danışıqları. AMEA Tarix İnstitutunun elmi əsərləri, 38-ci cild, 2011, səh.201–209.
- Cənub-Qərbi Qafqaz Cümhuriyyəti. "Millət və dövlət" jurnalı, № 8, sentyabr-2012, səh. 30–33.
- Qədim Azərbaycan şəhəri İrəvan. "Təfəkkür", Elmi xəbərlər jurnalı. – 2013. – № 1. – s. 88–93.
- Массовая резня, совершенная армянами в 1905–1906 гг. в г. Иреван. "Geostrategiya" jurnalı, 2013, № 4, s. 51–54.
- Erməni silahlı dəstələrinin 1905–1906-cı illərdə Cənubi Qafqazda törətdikləri qırğınlar. "Hərbi bilik" hərbi elmi-nəzəri, publisistik jurnal, Bakı, 2013, № 5, s. 92–100.
- Ermənilərin 1905-ci ildə Naxçıvan və Şərur-Dərələyəz qəzalarında törət-dikləri qırğınlar. Naxçıvan Dövlət Universi-tetinin Elmi əsərləri, İctimai elmlər seriyası, Naxçıvan, 2013, № 2, s. 52–61.
- Ermənilərin 1905-ci ildə Eçmiədzin qəzasında törətdikləri qırğınlar. "Tarix və onun problemləri" jurnalı, Bakı Dövlət Universiteti, 2013, № 4, s. 62–67.
- Ermeni Silahlı Birliklerinin 1905–1906 Yılları Arasında Güney Kafkasyada Yaptıkları Katliamlar. "Erciyez", Aylık Fikir ve Sanat dergisi, Ercyez, 2014, sayı 434, Şubat, s. 28–32.
- Резня, совершенная армянскими вооруженными отрядами против азербайджанцев в 1905–1906 гг.. "Кавказ и мир". Междуна-родный научный журнал. Тбилиси, 2014, № 17, с. 174–178.
- Ermenilerin 1905–1906 Yıllarında Güney Kafkasya’da Yaptıkları Katliamlar //Yeni Türkiye. — 2014,- Eylül-Aralık, sayı 62.- s. 2477–2483.
- Ermenilerin 1905–1906 Yillarinda Güney Kafkasya’da Yaptiklari Katliamlar. Elektron nəşr."Atatürk Dergisi", Erzu-rum Atatürk Üniversitesi Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü, 2014, Cilt 3, Sayı 1.;http://e-dergi.atauni.edu.tr/atauniad/issue/view/5000007402/showToc[ölü keçid], s. 1–12.
- Ermenilerin 1905–1906 Yıllarında Güney Kafkasya’da Yaptıkları Katliamlar. Yeni Türkiye, Eylül-Aralık 2014, sayı 62, s. 2477–2483.
- 1918–1920-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri soyqırım. (Azərbaycan arxivlərində saxlanılan sənədlər əsasında). Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914–1920-ci illər) III beynəlxalq elmi konfransın materialları. 07–10 aprel 2016-cı il, s. 559–565.
- İrevan (Revan) Şehrinde Türk Halk Törenleri Ve Tiyatro Kültürü Uluslararası Kafkasya Halk Kültürü Kongresi. Kars. 09–11 Ekim 2017, s. 145–150.
- Азербайджанцы Армении // Азербайджанцы. Серия Народы и культуры. Москва: Наука – 2017. — с. 653–659.
- Diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyevə qarşı Ermənistan hökumətinin həyata keçirdiyi cinayətin təfsilatı // Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi: beynəlxalq elmi konfransın materialları. Bakı, 2018.- s. 400–403.
- XX əsrdə erməni rəsmi dairlərinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında: etno-siyasi analiz // Strateji təhlil.- 2018.- № 1/2.- s. 125–134.
- 1918–1920-ci illərdə İrəvan quberniyasında erməni işğalına qarşı azərbaycanlı əhalinin mübarizəsi tarixindən // "Azərbaycanlıların soyqırımı — 100": VII Dəyirmi masa, Bakı, 2018.- S. 187–194.
- Uydurma erməni soyqırımının ideya müəllifləri və onların "aksioma" çevrilən kitabları haqqında // "Erməni soyqırımı" real tarix, yaxud tarixin yalanı" mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları: Bakı, 24 aprel 2017-ci il. Bakı, 2018.- S. 17–27.
- Погромы азербайджанцев начала XX века под углом зрения армянских авторов // İRS-Наследие.- 2018.- № 6.- С. 36–40.
- 1918–1920 Yılları Arasında Ermenistan İstihbarat Kurumlarının Türkiye ve Azerbaycan Aleyhine Faaliyetleri // Osmanlı Hâkimiyetinin 500. ve Kurtuluşun 100. Yılında Uluslararası Erzurum Sempozyumu / Erzurum Teknik Üniversitesi Yayınları.- Erzurum, 2018.- S. 602–614.
- Qaçqın və məcburi köçkün problemi "Azərbaycan" qəzetində: 100 ilin xronologiyası // 100 yaşlı "Azərbaycan" / Bakı, 2019.- S. 241–254.
- 1918–1920-ci illərdə İrəvan quberniyasında erməni işğalına qarşı azərbaycanlıların mübarizəsi haqqında // 31 Mart — tariximizin faciəli səhifəsi / Bakı, 2019.- S. 292–316.
- Nahçıvan ile Azerbaycan'ı birbirinden ayırmak üzere tertiplenen Zengezur'un Ermenistan'a katılma süreci // Avrasya İncelemeleri Merkezi (AVİM).- 2019.- 11 dekabr.- № 69.- S. 1–18.
- Ermənilərin 220 illik "qalib" eyforiyasının süqutu // Carçı express. — 2021. — № 3. — S. 21–27
- Qədim Azərbaycan şəhəri İrəvan. // Məktəbəqədər və ibtidai təhsil. Elmi metodik jurnal. Xüsusi Buraxılış – 2022, № 2, S. 10–29.
- XX əsrin əvvəlilərində İrəvan şəhəri və ətrafında türk müsəlman əhalisinə qarşı kütləvi qırğınlar və soyqırimları: 1905-1906 və 1918-1920-ci illər. // İrəvan necə varsa: Keçmişdən bu günə. Bakı: Aspoliqraf LTD, 2022, s. 200-216.
- İrəvan şəhərində müsəlman mesəlman dini-tarixi abidələri. // İrəvan necə varsa: Keçmişdən bu günə. Bakı: Aspoliqraf LTD, 2022, s. 346-354.
- Qədim Azərbaycan şəhəri – İrəvan. // Peşə təhsili və insan kapitalı. Elmi-praktiki, metodik jurnal. — 2023. — № 1. — S. 84–88.
- İrəvan şəhərinin əhalisi // Peşə təhsili və insan kapitalı. — 2023. — № 4. — S. 78–83
- İrəvan Şəhərində İslam İrsinə Qarşı Erməni Vandalizmi. Akademik Tarih ve Düşünce Dergisi, 11 (4). 2361-2372.
Qəzetlərdə dərc olunan məqalələri
redaktə- Azərbaycanın əsgər və zabitləri Türkiyə ordusunda. "Vətəndaş" qəzeti, № 61 (75), 4 noyabr 1994-cü il.
- Əlimərdan bəy Topçubaşov. "Xalq qəzeti", № 117, 24 may 2002-ci il
- Fətəli xan Xoyski. "Xalq qəzeti", 25 may 2002-ci il.
- Nəsib bəy Yusifbəyli. "Xalq qəzeti", 28 may 2002-ci il
- Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri. "Dədə Qorqud" qəzeti, 15.09.2003
- Azərbaycanda erməni separatizmi. "Xalq qəzeti".20 fevral 2003-cü il.
- Sumqayıt hadisələri M. Qorbaçovun razılığı və DTK-nın nəzarəti altında törədilmişdi. "Xalq qəzeti", 28 fevral 2003-cü il.
- Ermənilərin saxta "soyqrımı" iddiası. "Xalq qəzeti", 24 aprel 2003-cü il.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi bütövlüyü problemi. "Xalq qəzeti", 25 may 2004-cü il, № 114, s.6.
- 1905–1906-cı illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqrımı. "Xalq qəzeti", 27 mart 2005, № 68, s.4, 29 mart, № 69, s. 4.
- Ağbaba Milli Şurası. "Vətən uğrunda" qəzeti, 20 aprel 2006-cı il.
- İki qardaş dövlətin qızıl hərflərlə yazılan gün: 19118-ci il sentyabrın 15-də Türkiyə-Azərbaycan qoşunları Bakını bolşevik daşnak işğalından azad etdilər. 15 sentyabr 2006-cı il, "Xalq qəzeti", № 209, s.4.
- Erməni-rus birləşmələrinin 1914–1915-ci illərdə Qars vilayətində törətdikləri soyqırım haqqında. "Xalq qəzeti", 31.04.2007, № 66, s.6.
- 1948–1953-cü illər deportasiyasının bəzi məqamları. "Xalq qəzeti".-2009.-6, 7 yanvar.- № 2, s. 5, № 3, s. 6.
- Mənbələr azərbaycanlıların 1905–1906-cı illər soyqırımı haqqında. "Xalq qəzeti", 31.03.2009, № 66, s. 4.
- 20 Yanvar – Qan yaddaşımız: 20 Yanvar faciəsinə aparan hadisələrin xronologiyası "Xalq qəzeti" – 2010.-16 yanvar. – № 11. – s. 5; № 12. – s. 3–5.
- Azərbaycanlıların 1948–1953-cü illər deportasiyasını səbəbləri. "XXI əsr" qəzeti, 26-fevral-05 mart 2010-cu il, № 02.
- 1918–1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlıların soyqırımı. "Xalq qəzeti".-2010.-31 mart.- № 66.-S.4., 1 aprel.- № 67.-s.4., 3 aprel.- № 69.-s.4., 4 aprel.- № 70, s.4.
- Uydurma erməni soyqırımının anatomiyası: "Erməni məsələsi"ndən "erməni soyqırımı"na qət edilən yol. "Xalq qəzeti". – 2010.-24 aprel. – № 87. – S. 4; № 88, s. 3.
- Müsəlman Şərqində ilk demokratik cümhuriyyət "Xalq qəzeti". – 2010.-28 may. – № 115. – s. 5.
- "Erməni məsələsi"ndən "erməni soyqırımı"na aparan yol. " Zaman" qəzeti – 2011.-19–20 aprel. – № 47, s. 11, № 48, s. 12.
- 1918–1920-ci illərdə Ağbaba və Şörəyel nahiyələrində ermənilərin törətdikləri soyqırımı. "Xalq qəzeti", 31 mart, 1 aprel 2012-ci il, № 68, s.5, № 69, s.4.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi. "Xalq qəzeti".-2012.-25 may.- № 114, s. 6.
- Ermənilərin 1905–1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar. "Xalq qəzeti".-2013.-31 mart.- № 66.-s.3., 4 aprel. № 69.-s.5.
- Milli tariximizin İrəvan səhifələri haqqında həqiqətlər. "Xalq qəzeti".-2013.-6 avqust.- № 171.-s.3.
- Azərbaycanlıların əzəli torpaqlarından sonuncu – 1988–1989-cu illər deportasiyası. "Xalq qəzeti", 8–10 dekabr 2013-cü il, № 271, s.5, № 272, s. 6.
- Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti, "Xalq qəzeti", 29–30 may 2015-ci il. — № 113, 114.
- Ermənilərin ruslara qarşı törətdikləri terror və qırğınlar, "Xalq qəzeti" ? 24 may 2015. — № 110. — S. 9 ; № 112. — S. 10.
- 1918–1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı, "Azərbaycan" qəzeti, 1 aprel 2015-ci il
- 100 ilin yalanı — "erməni soyqırımı", "Azərbaycan" qəzeti, 24–25 aprel 2015-ci il
- Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaləyyəti, "Xalq qəzeti", 29–30 may 2015-ci il. — № 113, 114.
- Azərbaycanlıların etnik təmizlənməsinin ilk mərhələsi. "Azərbaycan" qəzeti, 29 mart 2016-cı il, № 64.
- Ağbaba və Şörəyel milli şuraları erməni təcavüzünə qarşı qəti müqavimət təşkil etmişdi. "Azərbaycan" qəzeti, 31 mart 2016-cı il, № 66.
- 1905–1906-cı illər qırğınları. "Vedibasar" qəzeti, 19 iyul-31 avqust 2016-cı il, № 15–16.
- Azərbaycanın Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski // Azərbaycan — 2018–27 may.
- İrəvan quberniyasında azərbaycanlıların müqavimət hərəkatı və AXC-nin xilaskarlıq missiyası // Xalq qəzeti – 2018–25 may.
- Tariximizin şanlı və ibrətamiz səhifəsi. Azərbaycan Parlamenti-100 // Azərbaycan – 2018–28 sentyabr.
- Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi ("Azərbaycan" (rusca) qəzetinin materialları əsasında) // Azərbaycan – 2018–16 sentyabr.
- Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti // Xalq qəzeti – 2015–28, 30 may.
- Diplomat Teymur bəy Makinski // Azərbaycan- 2018 −1 iyun.
- Qaçqın və məcburi köçkün problem "Azərbaycan" qəzetində: 100 ilin xronologiyası // 100 yaşlı Azərbaycan. Bakı: — Azərbaycan – 2019 — s. 241–254
- Səfir Əbdürrəhim bəy Haqverdiyev Ermənistan hökumətinin sifarişi ilə qarət edilmişdi: [Azərbaycan Xalq Cümhuriyyəti- 100] / Azərbaycan. — 2018.- 4 may. — № 100. — S. 10 .
- İrəvan quberniyasında azərbaycanlıların müqavimət hərəkatı və AXC-nin xilaskarlıq missiyası / Xalq qəzeti. — 2018.- 26 may. — № 118. — S. 4 .
- Azərbaycanın Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski: [Azərbaycan Xalq Cümhuriyyəti — 100] / Azərbaycan. — 2018.- 27 may. — № 119. — S. 14 .
- Diplomat Teymur bəy Makinski : ermənistan hökuməti onu həbs etmək üçün cinayət işi açmışdı: [Azərbaycan Xalq Cümhuriyyəti — 100] / Azərbaycan. — 2018.- 1 iyun. — № 122. — S. 10
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi / Vətən səsi. — 2018.- 31 avqust. — № 32/33. — S. 4 .
- Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi / Azərbaycan. — 2018.- 16 sentyabr. — № 207. — S. 10 .
- Tariximizin şanlı və ibrətamiz səhifəsi: [Azərbaycan Parlamenti — 100] / Azərbaycan. — 2018.- 28 sentyabr. — № 217. — S. 10
- Azərbaycanlıların etnik təmizlənməsinin ilk mərhələsi : Ermənilər 1905–1906-cı illərdə Cənubi Qafqazda 200-dən artıq yaşayış məntəqəsində kütləvi qərğınlar törətmişlər: I Yazı / Türküstan qəzeti. — 2018.- 25 sentyabr −1 oktyabr. — № 81. — S. 12, 2–8 oktyabr. — № 82. — S. 12 .
- Ulu öndər qaçqınların problemlərinin həllini əsas vəzifələrdən biri hesab edirdi / Xalq qəzeti. — 2018.- 9 dekabr. — № 278. — S. 3 . Ermənilərin 1918–1920-ci illərdə Qars vilayətində törətdikləri soyqırımı : arxiv sənədləri çoxsaylı faktlardan "söz açır" / Xalq qəzeti. — 2019.- 31 mart. — № 68. — S. 8
- İrəvan şəhərində azərbaycanlıların 1918–1920-ci illər soyqırımı / Azərbaycan. — 2019.- 31 mart. — № 68. — S. 4 .
- İrəvan şəhərinin əhalisi / Birlik. — 2019. — № 32. — S. 49–51 .
- "Həm 1918-ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən hücum edirdilə // Vedibasar. — 2019.- 1–15 noyabr. — № 22. — S. 2 .
- 20 Yanvar — tariximizin qanla yazılan şanlı səhifəsi / Vedibasar. — 2020.- 18–31 yanvar. — № 2. — S. 1–2 .
- Ermənilər tarixi saxtalaşdırmaq yolu ilə ərazi iddialarına bəraət qazandırmağa çalışırlar : Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olundu / Xalq qəzeti. — 2020.- 20 fevral. — № 38. — S. 2 .
- Azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar barədə erməni etirafları / Xalq qəzeti. — 2020.- 26 aprel. — № 80. — S. 7 .
- Tariximizin şanlı və ibrətamiz səhifəsi — Azərbaycan Xalq Cümhuriyyəti / Vedibasar. — 2020.- 1–31 may. — № 9/10. — S. 4–5
- Tariximizin şanlı və ibrətamiz səhifəsi : 28 May Respublika Günüdür / Xalq qəzeti. — 2020.- 23 may. — № 101. — S. 11 .
- Ermənistanın toponomik cinayətləri : Bu, cəzasız qalmayacaq / Xalq qəzeti. — 2020.- 9 iyun. — № 108. — S. 6 .
- Tarix ermənilərin mənfur sifətlərinin dəfələrlə dəyişdiyinə şahidlik edib / Azərbaycan. — 2020.- 2 oktyabr. — № 201. — S. 11 .
- Zərbə almasalar, ermənilərin ağılları başlarına gəlmir : tarix dəfələrlə buna şahidlik etmişdir / Vedibasar. — 2020.- 2–30 noyabr. — № 21/22. — S. 2–3 .
- 220 ağrılı-acılı illərin 2020-ci il qurtuluşu : məqalə "Vedibasar" qəzetinin sifarişi ilə yazılmışdır. / Vedibasar. — 2021.- 05–31 yanvar. — № 01/02. — S. 1–2 .
- 2020-nin zəfərini 220 il gözlədik / Xalq qəzeti. — 2021.- 17 yanvar. — № 11. — S. 3 .
- Azadlıq mübarizəmizin qanlı və şanlı səhifəsi: [20 Yanvar faciəsindən 31 il ötür] / Xalq qəzeti. — 2021.- 20 yanvar. — № 13. — S. 7 Xocalı soyqırımı qan yaddaşımızda / Xalq qəzeti. — 2021.- 26 fevral. — № 44. — S. 5 .
- Türk–müsəlman əhaliyə qarşı erməni soyqırımları / Xalq qəzeti. — 2021.- 31 mart. — № 64. — S. 6 .
- Qondarma erməni soyqırımına aparan yol : real tarixi faktlar bu saxtakarlığı tam ifşa edir / Respublika. — 2021.- 24 aprel. — № 85. — S. 5–6 .
- Türkiyə ABŞ-ın təzyiqlərindən daha da güclənmiş dövlət olaraq çıxacaq / Azərbaycan. — 2021.- 2 may. — № 92. — S. 5 .
- Əsrə bərabər 23 ay: [Azərbaycan Xalq Cümhuriyyəti — 103] / Vedibasar. — 2021.- 26 may-30 iyun. — № 13/14. — S. 1–2 .
- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün parlaq səhifələri / Xalq qəzeti. — 2021.- 28 may. — № 109. — S. 9 .
- 15 iyun — Tariximizin mühüm mərhələsinin başlanğıcı / Xalq qəzeti. — 2021.- 12 iyun. — № 121. — S. 3 .
- Zəngəzur 1905–1906-cı illərdə : unudulmayan erməni vəhşilikləri / Respublika. — 2021.- 20 avqust. — № 174. — S. 5 , 21 avqust. — № 175. — S. 5 .
- Zəngəzurla bağlı tarixi ədalətsizliyin aradan qaldırılması vaxtıdır / Vedibasar. 2021.- 27 sentyabr-30 oktyabr. — № 21/22. — S. 2–4,- 01–30 sentyabr. — № 19/20. — S. 2
- İki qardaş ölkənin ortaq tarixinin parlaq səhifələri: [15 sentyabr Bakının qurtuluş günüdür] / Xalq qəzeti. — 2021.- 15 sentyabr. — № 196. — S. 5 .
- Ermənistanın toponimik cinayətləri : tarixi saxtalaşdırmaq vasitəsi / Azərbaycan müəllimi. — 2021.- 3 sentyabr. — № 33. — S. 4 , 10 sentyabr. — № 34. — S. 5 , 1 oktyabr. — № 37. — S. 11 .
- "Bəşir bəy Aşurbəyov və zəmanəsi": [Əməkdar jurnalist, "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri İradə xanım Əliyevanın "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı haqqında] / Xalq qəzeti. — 2021.- 28 dekabr. — № 283. — S. 12 .
- İrəvan: elm, təhsil və mədəniyyət mərkəzimiz / Vedibasar. — 2022.- 1–28 fevral. — № 3/4. — S. 4–5 .
- 1918–1920-ci illərdə İrəvan quberniyasında erməni işğalına qarşı azərbaycanlıların mübarizəsi tarixindən / Vedibasar. — 2022.- 1–31 mart. — № 5/6. — S. 2–3
- Soyqırımlarına məruz qoyulan xalqdan qalib xalqa doğru gedən yolun xronikası / Respublika. — 2022.- 31 mart. — № 64. — S. 7–8 .
- "Erməni soyqırımı" uydurması real tarix kontekstində / Xalq qəzeti. — 2022.- 24 aprel. — № 85. — S. 7 .
- Azərbaycan Xalq Cümhuriyyəti — tariximizin parlaq səhifəsi / Vedibasar. — 2022.- 4–31 may. — № 9/10. — S. 4–5 .
- Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçilik tariximizin parlaq səhifəsi / Xalq qəzeti. — 2022.- 26 may. — № 110. — S. 7
- Heç kim unudulmur, heç nə yaddan çıxmır : İkinci dünya müharibəsində həlak olan və itkin düşən göyçəlilərin yaddaş abidəsi: [İqtisadiyyat üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibovun "Göyçə mahalı II Dünya savaşında: həlak olanlar, itkin düşənlər" kitabı haqqında] / Xalq qəzeti. — 2022.- 7 iyun. — № 118. — S. 7
- Ümummilli liderin xilaskarlıq missiyasının təməlinin qoyulduğu gün / Xalq qəzeti. — 2022.- 15 iyun. — № 125. — S. 5
- Qədim İrəvan şəhəri — sahibi olduğumuz maddi-mədəni irs / Respublika. — 2022.- 16 iyul. — № 147. — S. 11, 17 iyul. — № 148. — S. 5, 19 iyul. — № 149. — S. 7 .
- İrəvan Xan Sarayı / Respublika. — 2022.- 16 avqust. — № 173. — S. 6 .
- 140 yaşlı İrəvan teatrının salnaməsi / Vedibasar. — 2022.- 3–31 oktyabr. — № 19/20. — S. 2–3
- Azərbaycanlıların Qərbi Azərbaycandan 1988–1989-cu illər deportasiyası : hədəfimiz tarixi torpaqlara qayıtmaqdır / Respublika. −2022. 7 dekabr. — № 267. — S. 9 , 8 dekabr. — № 268. — S. 6 , 9 dekabr. — № 269. — S. 9.
- Azərbaycanlıların Qərbi Azərbaycandan 1988–1989-cu illər deportasiyası : hədəfimiz tarixi torpaqlara qayıtmaqdır / Respublika. — 2022.- 10 dekabr. — № 270. — S. 10 .
- Azərbaycan xalqına qarşı böyük ədalətsizlik – 1948–1953-cü illər deportasiyası / Xalq qəzeti. — 2022.- 23 dekabr. — № 281. — S. 10 .
- Şuşa müqəddəs Azərbaycan şəhəri / Respublika. — 2023.- 31 yanvar. — № 21. — S. 15 .
- Keçmişin dərslərindən ibrət götürməli və qalib ruhumuzu əbədi yaşatmalıyıq: [31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür] / Azərbaycan müəllimi. — 2023.- 31 mart. — № 12. — S. 1,9 .
- Qərbi Azərbaycan salnaməsi — "Vedibasar" / Vedibasar. — 2023.- 1–31 mart. — № 5/6. — S. 1
- İrəvandan Azərbaycana nur paylayanlar / Xalq qəzeti. — 2023.- 21 fevral. — № 39. — S. 9 .
- Ermənilərin Osmanlı ərazisindən Azərbaycana köçürülməsi / Xalq qəzeti. — 2023.- 5 fevral. — № 26. — S. 9 .
- "Lək-lək"dən "Vedibasara" Qərbi Azərbaycan salnaməsi / Vedibasar. — 2023.- 1–30 noyabr. — № 21/22. — S. 2–3 Ulu Öndər Heydər Əliyevin çağırışlarının Qayıdış Konsepsiyasında təsbiti: [2023-cü il Heydər Əliyev İlidir] / Respublika. — 2023.- 27 oktyabr. — № 235. — S. 5
- İki qardaş ölkənin ortaq tarixinin parlaq səhifələri: [15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür] / Respublika. — 2023.- 15 sentyabr. — № 199. — S. 8 .
- Qərbi Azərbaycan "Azərbaycan" (rusca) qəzetinin səhifələrində : Azərbaycan-105 / Azərbaycan. — 2023.- 12 sentyabr. — № 196. — S. 8 .
- Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması / Respublika. — 2023.- 15 dekabr. — № 274. — S. 4. 6 dekabr. — № 275. — S. 6 , 17 dekabr. — № 276. — S. 6 .
- İrəvan şəhərinin tarixi və mədəniyyət abidələri müasir kontekstdə. / “Elm” qəzeti, 26 iyul, 6 sentrabr 2024.
- Keçmişdən bu günə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının parlaq səhifələri / Respublika” qəzeti. 15 sentyabr 2024-cü il /
Filmoqrafiya
redaktə- Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)
- İRƏVAN: gizlədilmiş həqiqətlər — (sənədli film, 2016)
- Zəngəzur — (sənədli film , 2017)
- Qarabağ: Əcdadlarımızın mirası – (sənədli film, 2018)
- Göyçə:itirilmiş ocaq. (sənədli film, 2021)
- Ermənilərin Qafqaza köçü. (sənədli film, 2022)
İstinadlar
redaktəXarici keçidlər
redaktə- 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
- Müəllifin şəxsi veb səhifəsi