Neft Daslarinda Facie 1957 - Wikipedia
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək[1] və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur.[2] Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.[1][kimə görə?]
Neft Daşlarında faciə | |
---|---|
Tarix | 21 noyabr 1957 |
Yeri | Neft Daşları |
Qurbanlar | |
Ölənlərin sayı | 21 |
Səbəbləri
redaktəFaciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış[3] və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır.[1]
Həlak olanlar
redaktəHadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.[2]. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır[1] 1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidədə həlak olan 21 neftçinin adı həkk olunmuşdur:
- Mixail Pavloviç Kaveroçkin;
- Süleyman Orucəli oğlu Bağırov;
- İbrahim Qurban oğlu Sadıqov[4];
- Ağa Hüseyn oğlu Bağırov;
- Nikolay Qriqoryeviç Duplixin;
- Seyid Məmməd oğlu Əliyev;
- Fərman Məmməd oğlu Rzayev;
- İxtiyar Abı oğlu Həsənov;
- Əmir Fərzəliyev;
- Səyyad Muxtar oğlu Məmmədov;
- Əmir Məmmədov;
- Vladimir İvanoviç Kojanov;
- Məmmədəli Məmmədhüseyn oğlu Muradov;
- Balaəli Ağababa oğlu Mirzəyev;
- Xeyrulla Nemətulla;
- Nikolay Vasilyeviç Şenov;
- Mustafa Əli oğlu Əhmədovxanov;
- Həsənbala Ağabəy oğlu Hacıyev;
- Ağa Əli oğlu Əliyev;
- Rəcəb Kaziyev;
- Əbdülhəsən Qurbanəli oğlu Babayev.
Xatirəsi
redaktə- Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir[1].
- 1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə abidə ucaldılmışdır[2].
- 2009-cu ildə Neft Daşlarının yaranmasının 60 illik yubiley ərəfəsində parkın yenidən qurulması ilə əlaqədar həlak olan neftçilərin xatirəsinə yeni memorial kompleks yaradılmışdır[2].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Neft Daşları" NQÇİ-də 1957-ci il faciəsinin 55-ci ildönümü qeyd edıldi. [ölü keçid] (az.)
- ↑ 1 2 3 4 "Neft Daşları"nda 13 metrlik dalğanın qurbanı olan 21 neftçinin xatirəsi anıldı. Arxivləşdirilib 2015-12-10 at the Wayback Machine (az.)
- ↑ Flora Sadıqlı. Fatehlər. Arxivləşdirilib 2019-09-13 at the Wayback Machine "Azərbaycan" qəzeti. 24 iyul 2009. səh. 6. (az.)
- ↑ "Neft Daşları"nda baş vermiş 22 noyabr 1957-ci il faciəsi zamanı həlak olmuş neftçi İbrahim Sadıqov yad edildi. [ölü keçid] (az.)