Negev - Wikipedia
Negev səhrası (ivr. הנגב [ɦaˈnegev], q.yəh. הַנֶגֶב [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev.
Negev səhrası | |
---|---|
ivr. הנגב | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 12 000 km² |
Temperatur | |
• Yanvarda orta | +7°С — +16°С |
• İyulda orta | +20°С — +32°С |
• İllik yağıntı | 50 — 300 mm |
Yerləşməsi | |
30°30′ şm. e. 34°55′ ş. u.HGYO | |
Ölkə | İsrail |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir. Bu relyef forması karst suxurlarında formaşmışdır. Quraq iqlimi ilə əlaqədar əraziyə Ümumisrail su kəməri çəkilmişdir. Burada Sderot, Netivot kimi şəhərlər və Qəzzə zolağı yerləşir.
Neqevin şimalında ölkənin ən böyük meşə massivlərindən biri olan Yatir yerləşir. Bölgədə ağaların əkilməsi 1964 ildən başlanılmışdır. Hazırda bölgədə dörd milyon ağac əkilmişdir.
2011-ci ildə İsrail Nazirlər Kabineti bölgədə qanunsuz tikililərin sökülərək yahudilər üçün yaşayış məntəqəsi tikintisini nəzərdə tutan planı təsdiqləmişdir. Knesset 40 min əhalinin bölgədən çıxarılmasını təsdiqləmişdir[1].
İstinadlar
redaktə- ↑ "İsrail yerliləri ənənəvi yerlərindən köçürür". Islamnews.ru. 2013-05-07. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-07.