Neo Paqanizm - Wikipedia
Modern paqanizm, müasir bütpərəstlik və ya neopaqanizm tarixi çoxtanrılı inanclarının, xüsusən də çağdaş Avropadan öncəki çoxtanrılı inancların davamı və ya onlardan irəli gəldiyini iddia edən müasir dini cərəyanlara verilən ümumi addır. Onların bir çox oxşaqları olsa da, çağdaş çoxtanrılı dinlər tək bir inanc, ibadət forması və ya qutsal yazı ətrafında toplaşmır.
Çağdaş çoxtanrılıq tarixi təcrübə ilə çağdaş anlayış arasında sintez edilir, xristianlıq və islamdan öncəki folklor və etnoqrafik qaynaqlardan təsirlənir. Bir çoxları bu inancı tamamilə çağdaş anlayışla, bəziləri isə tarixi qaynaqlarda gördükləri kimi canlandırmaq istəyir. Ümumiyyətlə, politeizm, animizm və panteizm çoxtanrılı inancın ümumi elementləridir. Çoxtanrılı bayramlar arasında ən çox yayılmışları mövsümi festivallar və il dəyişimi.
İnanclar
redaktəÇoxtanrılı sözü bu gün də fərqli çoxtanrılı inancaları cəmləyir və başqa adlarla yeni inanclar yaradır. Çağdaş bütpərəstlər çoxlu tanrı varlığına inanır. Onlar həmçinin bir çox “aşağı səviyyəli” varlıqlara inanır. Bəziləri “uca varlığa ” inansalar da, ona insani keyfiyyətlər aid etmirlər. Bu ali varlıq Zevs, Yupiter kimi tanrıya və ya İslamdan əvvəlki çoxtanrılı ərəb dinlərinə deyil, Tao və ya güc kimi anlayışlara daha yaxındır. Belə bir varlığa inananlar olsa da, neopaqanizm ümumiyyətlə politeist, yəni konkret bir Tanrının olmadığı, bir inancdır və daha çox təbiəti, iqlimi idarə edən varlıqlara itaət edilir. Neopaqanlar kişi və qadınların eyni dərəcədə müqəddəs olduğuna inanırlar. Tanrılar və ilahələr arasında cins əsaslı fərq yoxdur. Qadın və kişi davranışları, dəyərləri və rolları onları həyata keçirən bədənin cinsindən asılı olmayaraq eyni əhəmiyyətə malikdir.
Yerləşmə
redaktəÇoxtanrıçıların sayı barədə dəqiq rəqəm demək olduqca çətindir. Gizlilik və işgəncə qorxusundan yalnız az sayda insan öz inancını açıq şəkildə bəyan edə bilir. Bütpərəstliyin mərkəzləşdirilməməsi və hansısa topluma ayıd olmadan təkbaşına ibadət edən insanlar, inanclıların sayını bilməkdə daha bir problem yaradır. Ancaq bu mövzuda məlumatlarda artım var. Qərb ölkələrində olan statistika bütpərəstlərin dünyada bir milyondan çox olduğunu sayır.