Nepentes - Wikipedia
Nepentes (lat. Nepenthes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinə aid bitki cinsi.
Nepentes | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Nepentes |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı küpə otu bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki küpənin ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir. New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və heyəti bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçiriblər (New Phytologist (156, 479–489; 2002).Tədqiqatçılar bu tədqiqatlarında uçma qabiliyyəti olmayan meyvə ağcaqanadı və qarışqaları istifadə etiblər. Bu iki canlı adi halda səthlərə çox güclü şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilməyiblər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm şirəsinin olduğu hissəyə düşərək bitkiyə qida oldular. Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların balmumuna bənzər maddəylə örtülü olduğunu kəşf etdilər. Adi halda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu balmumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğunu aşkar etdilər. Meyvə ağcaqanadı və ya qarışqa möhkəm səth kimi görünən balmumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi. Küpə otu bitkisinin ona yaxınlaşan canlıları ustalıqla tuta bilməsi və bunları tutmaq üçün sahib olduğu möhtəşəm dizaynın bir yaradıcısı olduğunu sübut edir.
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 409. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 955.