Nisi Oyama Stansiyasi - Wikipedia
Nişi-Oyama stansiyası (西大山駅, Nişi-Oyama-eki?) – Yaponiyanın Kaqoşima prefekturasının İbusuki şəhərində, İbusuki Makurazaki xətti üzərində yerləşən dəmiryol stansiyası. Yaponiyanın ən cənubda yerləşən dəmiryol stansiyasıdır.
Nişi-Oyama stansiyası yap. 西大山駅 | |
İbusuki Makurazaki xətti | |
Ölkə | Yaponiya |
İstismar ili | 22 mart 1960 |
Operatoru | JR Kyushu |
Platforma sayı | 1 |
Nişi-Oyama stansiyası Vikianbarda |
Xüsusiyyətlər
redaktəNişi-Oyama stansiyası Kaymon dağının yaxınlığında yerləşir. Stansiya qısa platformadan və kiçik dayanacaqdan ibarət olsa da, ölkənin ən cənubda yerləşən qatar stansiyası olması qatar həvəskarlarını cəlb edir. Burada Yaponiyanın ən cənub stansiyası olduğunu bildirən obelisk və xəritə yerləşdirilib.[1]
Stansiyanın yaxınlığında sarı rəngli poçt qutusu yerləşir. Rəvayətə görə bu poçt qutusu ilə göndərilmiş məktub həm göndərənə, həm də qəbul edənə xoşbəxtlik gətirir. Stansiyanın yaxınlığında yerləşən suvenir dükkanında açıqcalar, kartlar, poçt markaları satılır.[1]
Qalereya
redaktə-
Yaponiyanın ən cənub stansiyası olduğunu göstərən xəritə.
-
Kaymon dağının stansiyadan görünüşü.
-
Skamyanın görünüşü.
-
Stansiyanın görünüşü (2006).
İstinadlar
redaktə- ↑ 1 2 "Nishi-Ōyama Station". Atlas Obscura (ingiliscə). 25 iyun 2024. 7 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.