Nigar Elekberova - Wikipedia
Nigar Ələkbərova (9 mart 1956, Bakı)— fəlsəfə elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı,[1] Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri.
Nigar Ələkbərova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 mart 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası |
Həyatı
redaktəNigar İbrahim qızı Ələkbərova 9 mart 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında almışdır.
Fəaliyyəti
redaktəƏmək fəaliyyətinə ilk dəfə Azərbaycan Dövlət İncəsənət İnstitutunda başlayan Nigar Ələkbərova, 1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda aparıcı elmi işçi olmuşdur. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinə (1-ci çağırış) deputat seçilmiş, Milli Məclisin Mədəniyyət məsələləri komissyiası sədrinin müavini olmuşdur. Gənc Filosoflar Beynəlxalq Assosiasiyası şurasının üzvüdür (1989).
Hal-hazıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi İdarəetmə kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Nigar Ələkbərova 51 beynəlxalq konfransda çıxış etmişdir. O, Sonuncu dəfə Rusiya Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyası, Rusiyanın Təhsil Nazirliyyi tərəfindən Moskva şəhərinda keçirilən "Gənclər arasında ekstrimizm: mənbələri, qarşısını alınması və profilaktika" mövzusunda elmi-praktiki konfrasın iştirakçılarından biri olmuşdur.[2]
Elmi əsərləri
redaktəNigar Ələkbərova 53 elmi məqalə, 24 publitistik məqalə, 6 fənn proqramı, o cümlədən 4 kitab müəllifidir. Kitabları:
- "Mədəniyyət və siyasət" (Baki 2000)
- Ali məktəb üçün iki dərslik: "Siyasi elmin tarixi və metodologiyası" (Baki 2005)
- "Siyasi elmin müasir problemləri" (Bakı, 2013)
İstinadlar
redaktə- ↑ Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine (az.)
- ↑ Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.