Nikolay Baratov - Wikipedia
Nikolay Nikolayeviç Baratov (rus. Николай Николаевич Баратов; 1 fevral 1865, Vladiqafqaz – 22 mart 1932, Paris) — Birinci Dünya müharibəsi və Rusiyada vətəndaş müharibəsi illərində Rusiya İmperator Ordusunun generalı.[1]
Nikolay Baratov | |
---|---|
rus. Николай Николаевич Бараташвили | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1865 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1932 (67 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | tam süvari generalı[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
redaktəNikolay Nikolayeviç Baratov 1 fevral 1865-ci ildə Rusiya imperiyasının Terek vilayətinin Vladiqafqaz şəhərində anadan olmuşdur. Etnik gürcüdür. O, həmçinin Terek kazaklarının atamanı idi. 1882-ci ildə hərbi xidmətə getmiş, 1885-ci ildə Konstantinovski Artilleriya Məktəbini və Sankt-Peterburq Hərbi Mühəndis-Texniki Universitetini (Nikolayevski) bitirmişdir. Terek kazak ordusunun 1-ci Sunca-Vladiqafqaz alayına təyin edilmiş və həmin ilin dekabrında sotnik rütbəsinə yüksəlmişdir.
1891-ci ildə Nikolayev Baş Qərargah Akademiyasını kapitan rütbəsi ilə bitirmiş və Qafqaz Hərbi Dairəsinə xidmətə təyin edilmişdir. O, 1893–1894-cü illərdə draqunlar eskadrilyasına komandanlıq etmiş, 1895–1897-ci illərdə Stavropol Kazak Kadet Məktəbinə təlimatçı təyin edilmişdir. 1900-cü ilin iyulunda süvarilərdə polkovnik rütbəsi almışdır. 29 mart 1901-ci ildə 1-ci Sunca-Vladiqafqaz alayının komandiri təyin edilmiş və Rusiya–Yaponiya müharibəsi zamanı döyüşlərdə göstərdiyi hərəkətlərə görə ""Müqəddəs Anna"" ordeni Qızıl qılıncı ilə təltif edilmişdir. O, general-mayor rütbəsinə yüksəlmiş, 1905-ci ilin avqustundan 1906-cı ilin martına qədər Konsolidasiya edilmiş Süvari Korpusunun qərargah rəisi olmuşdur. 1907-ci ilin iyulundan 2-ci Qafqaz Ordusu Korpusunun qərargah rəisi vəzifəsində çalışmış, 26 noyabr 1912-ci ildə general-leytenant rütbəsinə yüksəlmişdir.
Birinci Dünya müharibəsi
redaktəBirinci Dünya müharibəsi başlayandan sonra Qafqaz cəbhəsində 1-ci Qafqaz kazak korpusuna rəhbərlik etmiş və Sarıqamış döyüşündə yer tutmuşdur. İran kampaniyası zamanı Baratov 5 avqust 1915-ci ildə Qarakilsə döyüşündən sonra Kərim Paşanın arxa qoşunlarını məğlub etməkdə müvəffəq olmuşdur. Onun vəzifəsi Georg fon Kanitsin başçılığı altında İranda yerləşdirilmiş almanpərəst qüvvələrə qarşı çıxmaq və Rusiya qüvvələrini İrandakı Britaniya ekspedisiya qüvvələri ilə əlaqələndirmək idi. 1915-ci ilin oktyabrında Bəndər-i Ənzəliyə enmiş və 3 dekabr 1915-ci ildə Həmədanı ələ keçirmişdir. Qum və Kirmanşahın işğalı ilə Baratovun tabeliyində olan Rusiya qüvvələri İranı Osmanlı Türkiyəsindən faktiki olaraq təcrid etmiş və bununla da Antanta dövlətləri üçün İranı təmin etmişdir. Baratov 1916-cı ilin oktyabrında IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir. 24 mart 1917-ci ildə Rusiyaya qayıtdıqdan sonra Qafqaz Hərbi Dairəsinə komandanlıq etmişdir. 25 may 1917-ci ildə 5-ci Qafqaz Ordu Korpusunun komandiri təyin olunmuş, lakin Kut döyüşündə ingilislərin məğlubiyyətindən sonra türklər Baratovu İrana qayıtmağa məcbur edərək kütləvi hücuma keçmişdir. O, 8 sentyabr 1917-ci ildə süvari generalı olmuşdur.
Rusiyada vətəndaş müharibəsi
redaktə1917-ci il Oktyabr inqilabından sonra Baratov öz korpusunu dağıtmış və beş ay Britaniya Hindistanında sürgündə yaşamışdır. O, Rusiyada vətəndaş müharibəsi zamanı Ağ hərəkatına qoşulmuşdur. 1919-cu ilin iyununda antisovet Könüllü ordu və Cənubi Rusiya Silahlı Qüvvələrinin lideri general Denikin Baratovu Gürcüstan Demokratik Respublikası ilə qeyri-münasib münasibətləri nizamlamaq üçün göndərmiş və Gürcüstanın şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək vəd etmişdir. Ağ hərəkat qüvvələri Gürcüstandan keçmişdir. 13 sentyabr 1919-cu ildə Tiflisdə törədilmiş terror hadisəsi zamanı Baratov ağır yaralanmış, ayağı amputasiya edilmişdir. 1920-ci ilin martından aprel ayına qədər Baratov Cənubi Rusiya hökumətinin xarici işlər naziri vəzifəsində çalışmışdır. 1920-ci ilin noyabrında Ağ hərəkatın son məğlubiyyətindən sonra Fransada sürgündə yaşamış, burada müxtəlif rus mühacir təşkilatlarına rəhbərlik etmişdir.
Mükafatları
redaktə- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (1893)
- 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1895)
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1899)
- 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1904)
- "Cəsarət üçün" qızıl silah (1905)
- "Müqəddəs Anna" ordeninin qılıncları 2-ci dərəcəli (1906)
- 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni, qılınc və yay ilə (1906)
- 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (6 dekabr 1909)
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (6 dekabr 1912)
- 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (15 oktyabr 1916)
- "Fəxri legion" ordeni (1916)
İstinadlar
redaktə- ↑ "Nikolai Nikolaevich Baratov papers". digitalcollections.hoover.org (ingilis). 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.