Niyazi Bayramov - Wikipedia
Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən).[1]
Niyazi Bayramov | |
---|---|
Vəzifədədir | |
28 avqust 2018-ci ildən | |
Əvvəlki | Elmar Vəliyev |
14 aprel 2012 – 28 avqust 2018 | |
Əvvəlki | Mübariz Ağayev |
Sonrakı | İlham İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 mart 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | Polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNiyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur.
Təhsili
redaktə1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.[2]
Fəaliyyəti
redaktə1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.[3][4]
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[5]
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir.
Ailəlidir, 2 övladı var.
İstinadlar
redaktə- ↑ "Gəncənin yeni icra başçısı Niyazi Bayramov kimdir?". BBC Azərbaycanca. 2020-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Avqust 2018.
- ↑ "Gəncənin yeni icra başçısı Niyazi Bayramov kimdir". www.bizimyol.info/. 2019-10-18 tarixində arxivləşdirilib.
- ↑ President.Az. "N.M.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.08.2018. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
- ↑ "Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb". www.ganja-ih.gov.az. 2019-10-18 tarixində arxivləşdirilib.
- ↑ President.Az. "N.M.Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.08.2018. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.