Nizami Tehmezov - Wikipedia
Nizami İsa oğlu Təhməzov (19 oktyabr 1947, Dəmirçilər, Qubadlı rayonu – 20 yanvar 2018, Bakı) — general-mayor, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının hərbi prokuroru (1993–1995).
Nizami Təhməzov | |
---|---|
25 avqust 1993 – 20 iyun 1995 | |
Baş prokuror | Əli Ömərov |
Əvvəlki | Rövşən Əliyev |
Sonrakı | Ramiz Rzayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 oktyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 2018 (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Rütbəsi |
Ədliyyə general-mayoru |
Həyat və fəaliyyəti
redaktəNizami İsa oğlu Təhməzov 19 oktyabr 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. İlk ibtidai təhsilini ana yurdu Dəmirçilərdə, orta təhsilini isə qonşu Dondarlı kəndində almışdır. 1965–1969-cu illərdə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilir. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyir. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan Nizami Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışmışdır.
Nizami Təhməzov 25 avqust 1993-cü ildə H. Əliyevin fərmanı ilə Respublika Hərbi prokuroru təyin olunmuş və fəaliyyətin ilk vaxtlarında ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilmişdir.
Nizami Təhməzov 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişmişdir.[1]
İstinadlar
redaktə- ↑ "hərbi prokuror". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.