Nordkap Burnu - Wikipedia
Nordkap (ing. North Cape, norv. Nordkapplatået) — Skandinaviya yarımadasından şimalda, Barens dənizi sahillərində yerləşən, Norveçə məxsus Maqeyoya adasının ucqar şimal nöqtəsi. İnzibati baxımdan inzibati mərkəzi adanın cənubunda olan Nordkap kommunasına daxildir. Bəzən Avropanın ən ucqar şimal nöqtəsi hesab edilsə də, materikin deyil adanın ucqar nöqtəsidir. Üstəlik Şpitsbergen, Frans-İosif Torpağı və Yeni Torpaq adaları ondanda şimalda yerləşir. Knivşellodden burnu Nordkapdan 1,5 km şimaldadır.
Nordkin burnu | |
---|---|
Nordkapp | |
Yerləşməsi | |
71°10′16″ şm. e. 25°46′59″ ş. u.HGYO | |
Akvatoriya | Şimal buzlu okeanı |
Ölkə | Norveç |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buruna ən yaxın liman Honninqsvok balıqçı limanıdır.
Nordkap burnu öz növbəsində bir qranit qaya parçasının bir hissəsidir. Qayanın zirvə hissəsi hamardsır və burada tundra gölləri vardır.
Nordkapo burnuna adı Riçard Çensler 1553-cü ildə Şimal keçidini tapmaq məqsədi ilə bölgəyə gələrkən vermişdir. Burunu 1873-cü ildə Norveç kralı II Oskar və 1907-ci ildə isə Tayland kralı Çulalonqkorn ziyarət etmişdir. Hazırda turizm obyeti kimi yanaşılır. Burada baxış meydançası vardır[1][2].
1943-cü ildə alman və britaniya güvvələri arasında Nordkap döyüşü olmuşdur. Britaniyalılar döyüşdə qalib gəlmişlər.
Qalereya
redaktə-
Nordkap və Knivşellodden burunları
-
Çenslorun gəmisi (1553)
İstinadlar
redaktə- ↑ "Store norske leksikon" (norveç). 2013-08-06 tarixində arxivləşdirilib.
- ↑ "Borealis livecam Nordkapp 360" (ingilis). 2013-08-21 tarixində arxivləşdirilib.