Normativ Huquqi Akt - Wikipedia
Normativ-hüquqi akt — səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 21 dekabr 2010-cu il tarixində qəbul edilən Normativ-hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.1-ci maddəsində Normativ-hüquqi akt anlayışı aşağıdakı şəkildə göstərilir:
- Normativ-hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
Normativ-hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ-hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ-hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
Mənbə
redaktə- Normativ-hüquqi akt Arxivləşdirilib 2012-05-14 at the Wayback Machine
- Normativ-hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu