Novruz Aslanov - Wikipedia
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri.
Novruz Aslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1913 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1942 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru |
Hərbi hissə | 396 saylı atıcı diviziya |
Vəzifəsi | Alay komandiri |
Döyüşlər | II Dünya müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur.[1]
İkinci dünya müharibəsi
redaktə1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi. Lakin o, öz yolundan dönmədi. Novruz Aslanovun başçılıq etdiyi qüvvələr komandirlərinin bu qətiyyəti və cəsarətindən ilhamlanaraq onları dəfələrlə üstələyən düşmən qüvvələrinə 4 saatdan artıq müddət ərzində qabağa getməyə icazə vermədilər. Aslanov bu döyüşdə yaralandı. O, heç kəsdən kömək istəməyərək öz yarasını özü sarıdı. Axşama doğru artıq artilleriya qurğuları təhlükəsiz zonaya çəkilmişdi. Aslanovun dəstəsindən yalnız o sağ qalmışdı. Qaranlıqdan birdən səs eşidildi:- "Rus təslim ol". Faşistlər Aslanovu canlı ələ keçirmək üçün atəşi dayandıraraq onun olduğu mövqeyə doğru sürünməyə başladılar. Aslanov təslim olmadı və avtomatı əlinə alaraq son damla qanınadək vuruşdu. Daha sonra isə düşmən bu mövqeləri ələ keçirdiyi zaman onlara qarşı cəmi 10–15 nəfərlik dəstənin vuruşduğunu anladıqda bu dəstənin qətiyyətinə heyran qalmışdılar. N.Aslanov bu döyüşdə qəhrəmancasına həlak oldu.[2]
Xatirəsi
redaktə- Saray qəsəbəsində Novruz Aslanovun adını daşıyan küçə var.[3]
- İki dəfə dövlət mükafatı laureatı adına layiq görülmüş Fuad Əbdürəhmanov tərəfindən Novruz Aslanovun xatirəsinə həsr olunmuş portret və büstü
-
Novruz Aslanovun büstü
-
Novruz Aslanov küçəsi
Ədəbiyyat
redaktə- Академия Наук Азербайджанской ССР: Г.А.Мадатов " Азербайджан В Великой Отечественной Войне " стр.94–95[4]
- Выписка из Приказа Начальника Главного Управления Кадров Министерство Обороны СССР /по личному составу/ 14 марта 1979 года[5]
- Газета "Правда" 8 октября 1942 г.[6]
- Azərbaycan Respublikası Xatirə Kitabı, 1-ci cild, Bakı, 2002. səh.749.[7]
İstinadlar
redaktə- ↑ Novruz Aslanov // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). I cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 1998. səh. 749.
- ↑ qəzet məqaləsi Arxivləşdirilib 2021-02-01 at the Wayback Machine (rus.)
- ↑ "Novruz Aslanov adına küçə". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
- ↑ Г.А.Мадатов, "Азербайджан В Великой Отечественной Войне", Стр. 94
- ↑ Выписка из Приказа Начальника Главного Управления Кадров Министерство Обороны СССР /по личному составу/ 14 марта 1979 года
- ↑ Газета "Правда", 8 октября 1942 г. Arxivləşdirilib 2021-02-01 at the Wayback Machine (rus.)
- ↑ Azərbaycan Respublikası Xatirə Kitabı, 1-ci cild, Bakı, 2002. səh.749