Novruz Quliyev - Wikipedia
Novruz Quliyev (22 mart 1952, Əmirvarlı, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini (2005–2020), Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001).[1]
Novruz Quliyev | |
---|---|
Novruz Məhəmməd oğlu Quliyev | |
29 dekabr 2005 – 16 aprel 2020 | |
1995 – 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya | Yeni Azərbaycan Partiyası |
Fəaliyyəti | professor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Həyatı
redaktəNovruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-ci ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrini alıb.
2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir.
1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib[2].
2005–2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ "Quliyev Novruz Məhəmməd oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
- ↑ Quliyev, Novruz. "QULİYEV Novruz Məhəmməd oğlu". QULİYEV Novruz Məhəmməd oğlu (ingilis). Archived from the original on 2022-07-07. İstifadə tarixi: 2023-12-11.