Nquen Nqok Loan - Wikipedia
Nguyen Ngoc Loan (11 dekabr 1930, Hué, Fransız Çinhindi (Vyetnam) –14 iyul 1998, Burke, Virginia, ABŞ), Cənubi Vyetnam Polis Rəisi.
Nquen Nqok Loan | |
---|---|
vyet. Nguyễn Ngọc Loan | |
Doğum tarixi | 11 dekabr 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1998 (67 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
1968 – də Viet Kong — lu Nguyen Van Lem – in AP jurnalisti Eddie Adams və NBC kameramanı Vo Suu — nun gözü önündə başından vuruluraq öldürülməsindən saniyələr əvvəl çəkilən foto[[1]]. Adamsın çəkdiyi bu rəsm insanların müharibə əleyhinə çıxmasında mühüm rol oynamışdır. Adams 1969-cu ildə bu fotoya görə "Politser mükafatı" – na layiq görülmüşdür.
Bioqrafiya
redaktəNguyen Ngoc Loan, Vyetnam ordusunda general idi. Nguyen 1975-ci ildə Saygonun məğlubiyyətindən sonra Cənubi Vyetnama sonra isə ABŞ – a qaçır və Virginiada şəhərətrafı Burke adlanan yerdə Rolling Valley Mall – da pizza restoranı açır. 1991-ci ildə kimliyi bəlli olanda təqaüdə çıxmaq məcburiyyətində qalır. Fotoğraf Eddie Adams, həmin restorana son dəfə gedərkən tualetin divarında "Sənin kim olduğunu bilirik!" yazısının olduğunu deyib. Nguyen Ngoc Loan, Chinh Mai Nguyen ile izdivacından 5 övlad atası olur. 1998-ci ildə 14 İyul ayında xərçəng xəstəliyindən vəfat edib.
Rəsmin Tarixi
redaktə"Fotoda qətlə yetirilən adamın kimliyi ətrafında da dəqiq məlumat yoxdur. Belə ki, rəsmdə ki adamın Nguyen Van Lem və ya Viet Kong üzvü olan Le Cong Na olduğu iddia edilməkdədir. Hər iki Şəxsin ailələri rəsmdəki adamın öz qohumlarına bənzədiyini desələr də dəqiq məlumat əldə etmək olmayıb. Ehtimallara görə Lemin üzərində daha qətiyyətlə dayanılmışdır. Lem tutularaq Vyetnam Polis rəisi olan general Nguyen Ngoc Loan – a təhvil verilmişdir. General Nguyen Lemi Eddie Adams ve Vo Suu – un qarşısında şəxsi "revolver" – i ilə qətlə yetirmişdir. Cənubi Vyetnam mənbələrinin verdiyi məlumata görə Lem Viet Kong ölüm manqasının başçısı olub və həmin gün Cənubi Vyetnam Polis təşkilatının məmur və ya məmur ailəsi üzvlərini qətl etdiyi deyilir. Eyni mənbələrdə Lemin içində 34 məmur, məmur ailə üzvü meyitləri olan xəndəyin yaxınlığında tutulduğu deyilir. Cəsədlərinin bəzilərinin General Nyugenin köməkçisinə, yaxın dostunun ailəsinə, 6 – ı isə Xaç qardaşlarına məxsus olduğu bildirilir. Lem – in dul həyat yoldaşı ərinin Viet Kong üzvü olduğunu təsdiqləmişdir. Qətldən bir müddət sonar Cənubi Vyetnamlı bir məmur Lemin sadəcə siyasi etirazçı olduğunu demişdir. Fotoğraf Adams1969-cu ildə Putilser Mükafatına layiq görülsədə fotonu çəkdiyinə peşman olduğunu bildirmişdir. Eddie Adams Time – a verdiyi müsahibədə belə demişdir: " General Viet Konglunu öldürdü; Mən də kameramla general öldürdüm. Fotolar dünyada ən güclü silahlardır. İnsanlar onlara inanır, amma manipulyasiya olmasa belə forolar yalançıdırlar. Onlar sadəcə gerçəyin bir hissəsini deyirlər. Foto bunu deməmişdi: "Bir neçə Amerika əsgərini öldürən mənfur birini siz elə bir yerdə və zamanda general olaraq yaxalasanız nə edərdiniz?" Adams sonrada General Nyugenin ailəsinə verdiyi zərərlərə görə üzr istəmişdir. General Virginyadakı evində xərçəng xəstəliyindən vəfat etdiyini biləndə Adams demişdir: "O bir qəhrəman idi. Amerika buna ağlamalı idi. Onun belə hamıdan xəbərsiz aramızdan getməsini pisləyirəm".
Mənbə
redaktə- Nguyễn Ngọc Loan Türk dilində olan Wikipedia məqaləsi http://tr.wikipedia.org/?q=Nguy%E1%BB%85n_Ng%E1%BB%8Dc_Loan
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |