Nukuoro Atollu - Wikipedia
Nukuoro — ekvatordan bir qədər şimalda, Mikroneziya Federativ Ştatlarının Ponpei ştatında yerləşən qum atollu. Təxminən 900 nəfər əhalisi var.[1] Atol klassik halqaşəkilli formasındadı, ortasında diametri 6 kilometrə yaxın olan laqun yerləşir.[1]
Adada hava limanı yoxdur, ayda bir dəfə qeyri-müntəzəm olaraq sərnişin gəmisi gəlib gedir. Həmçinin buranın ibtidai məktəbi var.[2]
İnsanların Nukuoroda nə vaxt peyda olması məlum deyil, lakin miqrasiya çox güman ki XII əsrdə başlayıb və qeyri-bərabər yayılıb.[3] Ağlagələn miqrasiya istiqaməti Tuvaludu.[3] Avropalılar atollu 1806-ci ildə tapıblar: ispan dənizçi Xuan Batista Monteverdinin komandanlığı altında olan gəmidən görüblər.[4]
Əhalisi Polineziya dili olan Nukuoro dilində danışırlar, bundan başqa yaşlılar ponapey dilini də bilirlər. Taro və kopra yetişdirilməsi (əsasən atollun cənub-şərq hissəsində), maldarlıq və balıqçılıqla məşğul olurlar [1] Sahilində qara istridyələrə rast gəlmək mümkündü, onlar mirvari istehsal edirlər.[5]
Atollda uşaqların ailədən ailəyə keçməsi çox yayılıb, belə ki, 1999-cu ildə edilən tədqiqatda müəyyən edilmişdir ki, uşaqların təxminən üçdə ikisi (61%) ögeydilər. 1965-ci ildə isə yaşlı əhalinin cəmi 2% -ı ömrümdə heç vaxt onlara doğma olmayan ailədə böyümüyüblər.[6]
2011-ci ildə BMT-nin yerli xalqların məsələləri üzrə Daimi forumunda Nukuoro rezidentlərin təmsilçisi Bestina Mencamin bildirdi ki, atol qlobal istiləşmənin səbəb olduğu sunamiyə görə daim təhlükədədi, və o, təkçə sığınacaqların yoxluğunu yox, həm də aclığa aparan münbit torpaqların dağıdılmasını nəzərdə tuturdu.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 Nukuoro Atoll, Federated States of Micronesia Arxivləşdirilib 2012-09-07 at the Wayback Machine. Earth Observatory. NASA (10 iyul 2006).
- ↑ Nukuoro Elementary School[ölü keçid] (ingiliscə). Micronesian Seminar.
- ↑ 1 2 Kirch P.V. On the Road of the Winds: An Archaeological History of the Pacific Islands before European Contact Arxivləşdirilib 2020-09-13 at the Wayback Machine. — University of California Press, 2000. — ISBN 9780520928961.
- ↑ Quanchi M., Robson J. Historical Dictionary of the Discovery and Exploration of the Pacific Islands Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — Scarecrow Press, 2005. — С. xviii. — (Historical Dictionaries of Discovery and Exploration). — ISBN 9780810865280.
- ↑ Neil Sims, Dale Sarver. Round pearl seedings in Nukuoro, FSM Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (англ.). SPC Pearl Oyster Information Bulletin (1996).
- ↑ Попов В. А. Алгебра родства: родство, системы родства, системы терминов родства Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine. — РАН, Музей антропологии и этнографии им. Петра Великого, 1999. — С. 84. — (Алгебра родства: родство, системы родства, системы терминов родства).
- ↑ With Indigenous Children Facing ‘Lifetime of Exclusion’, UN Children’s Fund Developing Framework Strategy to Address Challenges, Permanent Forum Told Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine (ingiliscə.). BMT (23 May 2011).