Nurvest Spitsbergen Milli Parki - Wikipedia
Nurvest-Şpitsbergen Milli Parkı (norv. Nordvest-Spitsbergen nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının şimal-qərbində yerləşən milli park. Park I Albert Torpağı, VII Hokon Torpağı, Danskyoya və Moffen adaları əhahə edir. Milli park 1 iyun 1973-cü ildə kral əmri ilə təsis edilmişdir. Milli park ərazisi 9 914 km²-dir. Park ərazisində dəniz quşları, Şimal maralı, Qütb tülküsü kimi canlıları görmək mümkündür. Ağ ayılar isə əraziyə qışlamağa gəlirlər. Həmçinin morjları belə müşahidə etmək olur. Park ərazisində 17-ci əsrə aid olan Balina ovçusularının məzarları vardır. Əraziyə daxil olan Danskyoya adasından Şimal qütbünə təşkil olunmuş bir çox ekspedisiyalar başlandışdır.
Nurvest-Şpitsbergen Land Milli Parkı | |
---|---|
norv. Nordvest-Spitsbergen nasjonalpark | |
Sahəsi | 9 914 km² |
Yaradılma tarixi | 1973 |
Faunası | Morj, Ağ ayı |
Yerləşməsi | |
79°35′ şm. e. 11°30′ ş. u.HGYO | |
Ölkə | Norveç |
dirnat.no/nvspitsbergen/ | |
|
Geotermal mənbələr
redaktəNurvest-Şpitsbergen Milli Parkı ərazisində 80° şimal enliyində, Bokfiorden körfəzindən şimalda, Şimal qütbünə ən yaxın Trol və Yotun geotermal mənbələri yerləşir. İlk dəfə onlar haqqında yazılı məlumat 1800-cü illərin sonlarına aiddir. Hoel (ing. Hoel) və Haltedal (ing. Haltedahl)[1] bu mənbələrdə tədqiqat işləri aparmışdır. Onlar müəyyən etmişlər ki, suyun temperaturu Yotunda 24,5 °C, Trolda isə 28,3 °C-dir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Lavadaekkerne, vulkanerne og de varme kilder ved Wood Bay paa Spitsbergen, A. Hoel, O. Haltedahl, Naturen 37, 3–19 (Oslo), 1913. (norv.)