Oguldere - Wikipedia
Oğuldərə — Azərbaycan Respublikasının Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Oğuldərə kəndi Qorçu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oğuldərə kənd Soveti yaradılmışdır.[1]
Oğuldərə | |
---|---|
39°53′30″ şm. e. 46°18′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.800 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oğuldərə kəndi mahalın bir hissəsi olmuşdur.[2] Kürdüstan qəzası ləğv edildikdən sonra Oğuldərə Laçın rayonunun tərkibinə daxil edilmişdir.[3]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[4] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[5]
Əhalisi
redaktəKəndin əhalisi türk mənşəli[6][7][8]
Tanınmış şəxsləri
redaktə- Müseyib Əfəndi (İlyasov) – ADR-in maarif müdiri.
- Ağa Laçınlı – azərbaycanlı şair, pedaqoq.
- Saday Məcnunov – şair
- Nəcəfov İbadət Nəcəf oğlu
- Məmmədov Pənah Balay oğlu
- Xəqani Vaqif oğlu Məcnunov
- Cabbarov Şahgündüz Habil oğlu- Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçının Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon Meşəçilik qəsəbə tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə fəxri fərmanla təltif edilib. Azərbaycan Ordusunun əsgəri olan Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib və 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şahgündüz Cabbarov ölümündən sonra " Vətən uğrunda ", " Füzulinin azad olunmasına görə " və " Xocavəndin azad olunmasına görə " medalları ilə təltif olunub.
- Əliyev Bəhruz Elman oğlu
- Seyid Məmməd İbrahimov. Ağır şəcərələli seyid Məmməd ağa Sultan bəy Sultanovun silahdaşı olmuş, ermənilərə qarşı 1918-22 arası döyüşmüşdür.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
- ↑ Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
- ↑ Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (az.). Şuşa. 2000. səh. 471. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ Гейбуллаев, Гиясаддин Аскер оглы. Топонимия Азербайджана (rus). Баку: Элм. 1986. səh. 101–102.
- ↑ "M. R. Izady: Khurasani Kurdish Exclave in the 19th Century". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
Xarici keçidlər
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |