On Albom - Wikipedia
ON – Azərbaycanlı bəstəkar-müğənni Aiselin Azərbaycan dilindəki ilk studiya albomudur.[1]
ON | |||||||
---|---|---|---|---|---|---|---|
AISEL tərəfindən ifa olunmuş studiya albomu | |||||||
Yayımlanma tarixi | 3 mart 2023 | ||||||
Yazılma tarixi | 2022–2023 | ||||||
Studiya | STKHA | ||||||
Janr | Pop, Folk-Pop, Elektronik | ||||||
Müddət | 30:26 | ||||||
Dil | Azərbaycanca | ||||||
Leybl | BEAT Music | ||||||
Prodüser | Emin Kərim | ||||||
|
Fon və yazılma
redaktəAisel 2022-ci ilin payızından "SS Production" şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. "SS Production"-dan Şuşa sinqlını təqdim edən ifaçı, şirkətlə albom hazırlıqlarına başlamışdır. Albomdakı bütün mahnıların musiqisi ifaçının özünə aiddir. Albomdakı "Dönən Deyiləm" və "Unuda Bilmədim" mahnıları xaric digər 8 mahnının sözləri Aiselə məxsusdur. "Dönən Deyiləm" mahnısının sözləri Nəriman Abbaszadə, "Unuda Bilmədim" mahnısının sözlərini isə Ceyhun Bayramlı (red. Jay Hun) yazmışdır. Albomdakı mahnıların aranjimanı və miks-masterinqi Aiselin illərdir əməkdaşlıq etdiyi Emin Kərimə aiddir. [2] Aisel albomdan ilk öncə 23 yanvar 2023-cü il tarixində "Yağış" mahnısına[3], 3 mart 2023-cü ildə isə "Qaradan Qara"[4]mahnısına çəkilən klipi təqdim etmişdir.
Tanıtım
redaktəİfaçı albomu "BEAT Music" etiketi ilə 3 mart 2023-cü ildə ilk öncə rəqəmsal musiqi platformalında təqdim etmişdir. 3 mart 2023-cü ildə "Xəzər FM" və "Araz FM"-də yayımlanan radio proqramlarında qonaq olmuşdur. 6 mart 2023-cü ildə "MTV"-də yayımlanan "Səhərin səsi" verlişində qonaq olmuşdur. Proqramda albomdan "Yenə, Yenə", "Dönən Deyiləm" və "Qaradan Qara" mahnılarını ifa etmişdir. 8 mart 2023-cü ildə Elekta Event Hall-da dünyaca məşhur fransalı DJ, müğənni Willy William, Azərbaycanlı DJ Kənan Hüseynovla (səhnə adı DJ Kenan Drums) birlikdə konsertdə səhnə alan ifaçı albomdakı mahnılarını səsləndirmişdir. Müğənni konsertdə hər bir mahnını rəqs nömrəsi ilə təqdim etmişdir. Onu səhnədə dörd ukraynalı rəqqasə müşayət etmişdir.
Albom rəqəmsal musiqi platformalına çıxdığı gündən 3 gün sonra Apple Music-də Azərbaycanın ən çox dinlənilən musiqi albomları siyahısında birinci pilləyə qədər irəliləmişdir. [5]
Mahnıların siyahısı
redaktə№ | Başlıq | Sözlər | Musiqi | aranjiman, miks-masterinq | Müddət |
---|---|---|---|---|---|
1. | "Yenə, Yenə" | AISEL | AISEL | Emin Kərim | 3:03 |
2. | "Yarımsan" | AISEL | AISEL | Emin Kərim | 3:25 |
3. | "Dönən Deyiləm" | Nəriman Abbaszadə | AISEL | Emin Kərim | 3:07 |
4. | "Yağış" | AISEL | AISEL | Emin Kərim | 3:46 |
5. | "Gedirəm" | AISEL | AISEL | Emin Kərim | 3:08 |
6. | "Səssiz" | AISEL | AISEL | Emin Kərim | 1:56 |
7. | "Unuda Bilmədim" | Ceyhun Bayramlı | AISEL | Emin Kərim | 3:02 |
8. | "Bu Gecə" | AISEL | AISEL | Emin Kərim | 2:19 |
9. | "Filmin Sonu" | AISEL | AISEL | Emin Kərim | 3:38 |
10. | "Qaradan Qara" | AISEL | AISEL | Emin Kərim | 3:02 |
Ümumi müddət: | 30:26 |
Video kliplər
redaktəYağış
redaktəAlbomun ilk sinqlı olan "Yağış" mahnısını albomun çıxış tarixindən 1 ay əvvəl klipi ilə birlikdə təqdim edilmişdir. Söz və musiqisi Aiselə məxsus olan klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında "İlin ən yaxşı qısametrajlı filmi" kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Klipdə Aiselin tərəf müqavili rəqqas İsmayıl Məmmədzadə olmuşdur. İfaçı klipin təqdimatı zamanı mətbuata açıqlamasında bu fikirləri bildirmişdir:
“Bu il dinləyicilər həm ifa olaraq, həm də görüntü olaraq başqa bir Aisel görəcəklər. Keçən il “SS production”la “Şuşa” musiqili-qrafik layihəsini təqdim etdikdən sonra qərara gəldik ki, işbirliyimizi albomla davam etdirək. Albomdan ilk sinqlı sizə təqdim edirəm. Sevgini, ayrılığı, həsrəti özündə birləşdirən mahnıya çəkilən klip 2 gün ərzində lentə alınıb. Klip üzərində 25 nəfərlik çəkiliş qrupu iştirak edib. Ümid edirəm ki, bu mahnı soyuq havada sınıq qəlblərə məlhəm olacaq”[6] |
Qaradan Qara
redaktəAlbomun ikinci tanıtım sinqlı olan "Qaradan Qara" klipini albomla birlikdə təqdim etmişdir. Söz və musiqisi Aiselə məxsus olan klipin rejissoru Röyal Cəfərovdur. Klipdə Aiseli 6 ukraynalı rəqqasə müşayət etmişdir. [7]
Hit parad
redaktəSiyahı | Ən yüksək |
---|---|
Apple Music Azərbaycan Top 100 [8] | 1 |
Çıxış tarixi
redaktəÖlkə | Tarix | Format(lar) | Leybl |
---|---|---|---|
Dünya miqyasında | 03 mart 2023 | Rəqəmsal yükləmə | "BEAT Music" |
Albom üzərində çalışanlar
redaktə- Vokal: AISEL
- Arxa Vokal: AISEL
- Söz: AISEL (1,2,4,5,6,8,9,10), Nəriman Abbaszadə (3), Ceyhun Bayramlı (7)
- Musiqi: AISEL
- Aranjiman, Miks, Masterinq, Səs yazma: Emin Kərim
- Albom qapaq şəkli: Azər Cəfər
- Albom qapaq şəkli geyim: “Larc Collection”
- Qrafik dizayner: Pavel Luzhetskiy
- Baş prodüser: Aysel Rəcəbli
- Səsyazma studiyası: STKHA
- Musiqi leyblı: BEAT Music
- Leybl menecer: Amal Əlili
- İstehsal şirkəti: SS Production
İstinadlar
redaktə- ↑ oxu.az. "AİSEL-dən "ON"luq layihə - FOTO/VİDEO" (az.). xəbər. 4 fevral 2023. 29 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2023.
- ↑ publika.az. "Aysel yeni layihə üçün kamera qarşısına keçdi - VİDEO" (az.). xəbər. 3 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
- ↑ wiwibloggs.com. "New Music this week: Songs from Loïc Nottet, Miki Núñez, MARO, We Are Domi and more" (ingilis). xəbər. 23 yanvar 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2023.
- ↑ wiwibloggs.com. "New music this week (part 1): Songs from TVORCHI, Konstrakta, Alfred García and more" (ingilis). xəbər. 5 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
- ↑ azernews.az. "Azerbaijani pop singer releases new album that is top chart of best music [VIDEO]" (ingilis). xəbər. 3 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
- ↑ olay.az. "Bu il başqa Aisel görəcəksiniz!" (az.). xəbər. 3 fevral 2023. 28 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2023.
- ↑ 12xal.com. "3 AVROVİZİYA ULDUZU VƏ EYNİ GÜNDƏ MAHNI TƏQDİMATI" (az.). xəbər. 3 mart 2023. 28 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2023.
- ↑ AISEL обошла The Weekend и Лану Дель Рей – ФОТО Arxivləşdirilib 2023-03-27 at the Wayback Machine 7 mart 2023 tarixində yüksəlmişdir