Ob Yenisey Kanali - Wikipedia
Ob-Yenisey kanalı və ya Ket-Kap kanalı — su nəqliyyatının hərəkəti üçün nəzərdə tutulan kanal Ob və Yenisey çaylarının birləşdirir. Bununlada iki iri çayın hövzələrinin birləşdirilməsinə imkan verir. Bu kanal XIX əsrin axırlarından XX əsrin ortalarına qədər istifadə edilmişdir. Hazırkı Tomsk vilayəti və Krasnoyarsk diyarı ərazisində yerləşir.
Ob-Yenisey kanalı | |
---|---|
Обь-Енисейский канал | |
Axdığı yerlər | Rusiya |
Giriş | Ob |
Mənsəb | Yenisey |
Uzunluğu | 8 km |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHələ 1797-ci ildə Ob və Yenisey çaylarının hövzələrinin birləşdirilməsi haqqında söz-söhbət gedirdi. Hətta 1800, 1810 və 1814-cü illərdə bu bölgəyə xüsusi mühəndislər göndərilmişdir. Onlar əlverişli yerin aşkarlamasına çalışmışlar. Ancaq ərazisin əlverşsiz olması tikinti planlarının unudulmasına səbəb olmuşdur. 1873-cü ildə Yenisey taciri hazırkı Ob-Yenisey kanalının yerləşdiyi ərazinin araşdırması məqsədi ilə 8000 publ pul ayırır. Kapitan-leytenant Sindser deyilən bölgəyə gəlmiş, ərazini araşdıraraq təsvirini vermişdir. 1878-ci ildə Aleksandr Sibiryakovun vəsaiti və baron Aminovun rəhbərliyi ilə bölgəyə ikinci ekspedisiya göndərilir. Onların da hədəfi dəqiq məlumatın əldə edilməsi olur.
1883-cü ildə kanalın tikintisinə rəhbər baron Borka Aleksandroviç Aminov təyin edilir. Artıq kanal 1891-ci ilə elə də böyük olmayan gəmilərin hərəkəti üçün hazır vəziyyətdə olmuşdur. Butün işlərin bitməsi və qurğuların alınaraq burada yerləşdirilməsi üçün hələ bir neçə milyon rubl tələb olunurdu. Ancaq Transsibir dəmiryolunun inşası ilə bütün işlər dayandırılmışdır. Kanalın tikintisi zamanı sahildə çoxlu sayda arxeoloji tapıntılar aşkarlanmışdır. Bu isə onu sübut edir ki, burada insanlar hələ 6 min il öncə yaşamışlar.
Kanalın tikintisi dövlət büdcəsinə 3 milyon gümüş rubla başa gəlmişdir.
Kanal olduqca dayaz olmuşdur. Belə ki, buradan ilin naviqasiyaya açıq olduğu dövrünün böyük hissəsi yalnız 500 pud (8 ton) ağırlığında yüklər daşına bilirdi. May ayları yüklərin ağırlığı suyun qalxması ilə 5000 puda (80 ton) çatdırılırdı. Jalyuzlarda uzunluğu 22 metr, eni isə 7,5 metr olan barjalar hərəkət edə bilirdi.
1911-ci ildə kanalın genişləndirilməsi qərara alınır. Ancaq 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi işlərin yarımçıq qalmasına səbəb olur. Ağ qvardiyaçılar çay gəmiləri ilə kanalla Yeniseyə keçmək istəsələr də buna kanalın jalyuzları maneə törətmişdir. Bundan sonra onlar jalyuz və kanalı dağıtmışdılar.
1942-ci ildə Yeniseydən Oba təkərli paraxodlar hərəkət etmişdir. Ancaq bu zaman da kanala atılan hissələr və gəmiləri oradan çıxartmaq lazım gəlmişdir[1].
1990-cı ildə Krasnoyarsk televiziyası istifadəsiz qalmış kanal haqqında film hazırlamışdır [2].
2012-ci ildə isə bir qrup Ob-Yenisey kanalına ekspedisiya təşkil edərək burada çəkilişlər həyata keçirmişdir. Nəticədə («Kop» filmi) "Krasnoyarsk diyarının 7 möcüzəsi" adlı sənədli filmlər toplusu meydana gəlmıişdir.
Sergey Alekseyevin "Kramola. Stolpotvorenie" romanında qırmızı ordu qüvvələri ilə Oliferovun dəstələri arasında kanal ətrafında döyüşü əks olunmuşdur.
Kanalın təsviri
redaktəKanalın keçdiyi ərazilər sıx keçilməz tayqa zonasıdır. Bir-biri ilə bağlı olan çay şəbəkəsi nəhayət jalyuzlara gətirib çıxarır. Üstəlik, bölgəni tanımayanların burdan baş çıxarması və hərəkəti olduqca çətin ola bilər.
XXI əsrin əvvələri kanal artıq başdı-başına qalmışdır. 1930-cu illərdə əhali cəmləşdirilməsinə baxmayaraq bölgə hazırda boşalmağa doğru gedir. Bəzən kanalda turizm məqsədləri üçün istifadə edilir.
2010-cu illərdə kanalın bərpa edilməsi planlaşdırılmır.
İstinadlar
redaktə- ↑ "Dmiti Lapın. Nəhəng layihənin qəmgin taleyi // Krasoyarski raboçi qəzeti 05.09.2003". 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
- ↑ "Krasnoyarsk televiziyası". 2015-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
Ədəbiyyat
redaktə- Евсеева Н. С. География Томской области. (Природные условия и ресурсы.). — Томск: Изд-во Томского ун-та, 2001. — 223 с. — С. 28-30. — ISBN|5-7511-1930-X