Okomtun - Wikipedia
Okomtun - Wikipedia - Haqqında Məlumat
Okomtun (isp. Ocomtún) — Meksikanın Yukatan yarımadasında arxeoloji sahə. Meksika Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları 2023-cü ilin iyununda Kampeçe ştatının nisbətən tədqiq olunmamış ərazisində hündürlüyü təxminən 15 m (49 ft 2 1⁄2 düym) olan bir neçə piramida strukturunun qalıqlarını aşkar etmiş, sonradan şəhərin kəşf edildiyini elan etmişdilər. Ərazidən tapılan dulusçuluq fraqmentlərinin təhlili göstərir ki, ərazidə b.e. 600–800-cü illəri arasında Mayya xalqı məskunlaşmış, şəhər təxminən b.e. 1000-ci illərində Klassik Mayya süqutu ilə üst-üstə düşərək xarabaya çevrilmişdir. Alimlər arxeoloji sahəni Mayya dilində "daş sütun" mənasını verən sözə əsasən "Okomtun" adlandırmışdılar.[1]
Qədim şəhər | |
Okomtun | |
---|---|
Ocomtún | |
18°50′17″ şm. e. 89°52′26″ q. u.HGYO | |
Ölkə | |
Dağılma tarixi | təq. güm. 1000 |
|
İstinadlar
redaktə- ↑ Buschschlüter, Vanessa. "Maya civilisation: Archaeologists find ancient city in jungle". BBC News. BBC. June 21, 2023. June 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 21, 2023.