Onurgalilarin Bineqedi Qebiristanligi - Wikipedia
Onurğalıların Binəqədi qəbiristanlığı dünyada məşhurdur və UNESCO-nun Ümumdünya Mədəniyyət və Təbiət İrsinin siyahısına daxil edilmişdir. Binəqədi qəbiristanlığı 70-80 min il bundan öncə, orta pleystosendə əmələ gəlmişdir. Bu bitum gölü köklü süxurlardan səthə neft sızması nəticəsində yaranmışdır və burada su içməyə gəlmiş müxtəlif nov heyvanların qalıqları balzamlanmışdır. Alimlər göldə öküz, nəhəng maral, onurğalıların, sürünənlərin, məməlilərin, həşərat və quşların nümayəndələrinın qalıqlarını aşkar etmişlər. Binəqədinin dördüncü dövr faunası kolleksiyasında 41 məməli, 110 quş, 2 sürünənlər, 1 suda-quruda yaşayanlar, 107 həşərat və 22 bitki növlərinin qalıqları toplanmışdır. Onların arasında bu gün Azərbaycanda rast gəlinməyən qazıntı halında tapılmış atların, kərgədanın, nəcib maralın (binəqədi növü), ceyran və sayqakların, demək olar ki, bütöv skeletləri böyük elmi maraq doğurur. Yırtıcı məməlilərdən pleystosen canavarı, mağara kaftarı, binəqədi ibtidai öküzü, ayı və b. növ heyvanların qalıqları, quşlardan isə çölördəyinin, qaz, durna, qutan, berkut, çalağan, yapalaq, qırğı və başqalarının skeletləri müəyyən edilmişdir. Hazırda bu tapıntılar Azərbaycan MEA Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət-Tarix Muzeyində saxlanılır. Sümük qalıqlarının ətraflı tədqiqi dördüncü dövr heyvanlarının xarici görünüşünü bərpa etməyə və bu günə qədər gəlib çıxmış növlərin təkamül prosesi nəticəsində uğradıqları dəyişiklikləri aydınlaşdırmağa imkan vermişdir. Binəqədi bitum gölündə tapılmış material öz zənginliyi və müxtəlifliyinə görə Kaliforniyanın asfalt yataqlarında (Ranço-lə-Brea) tapılmış dördüncü dövrə aid analoji təbiət fenomenini üstələyir.
Onurğalıların Binəqədi qəbiristanlığı | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Həmçinin bax
redaktəMənbə
redaktə- "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''