Orinoko Timsahi - Wikipedia
Orinoko timsahı (lat. Crocodylus intermedius) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi Amerikanın şimalındakı Orinoko çayı hövzəsində yaşayır.
Orinoko timsahı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Orinoko timsahı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Görünüş
redaktəƏn böyük timsah növlərindən biri və Cənubi Amerikanın ən böyük heyvanıdır: yetkin erkəklər ən az 5.2 m, bəzən daha böyük uzunluğa çata bilir[3]. Yeddi metrdən uzun olan nümunələr haqqında da məlumatlar vardır, lakin etibarlı mənbə deyillər. Hal-hazırda 5 m-dən böyük olan fərdlər olduqca nadirdir. Dişilər erkəklərdən xeyli kiçikdir və nadir hallarda uzunluğu 3.6 m-dən yuxarı olur.
Orinoko timsahının rəngi qara ləkələri olan açıq yaşıl və ya bozumtuldan tünd yaşıl rəngə qədər dəyişə bilər. Sifət nisbətən uzun və ensizdir. Baxmayaraq ki, Hind qavialındakı ilə eyni dərəcədə deyil. Afrika ensizburun timsahının burnuna bənzəyir. Dişlərin sayı 68-dir.
Həyat tərzi
redaktəYetkinlər əsasən iri balıq və sürünənlərlə (məsələn:kaymanlar və anakondalar), həmçinin kapibaralar kimi məməlilərlə, daha az dərəcədə quşlarla və böyük onurğalılarla qidalanırlar. Nisbətən dar burunlu olmasına baxmayaraq, böyük fərdlər at və mal-qaranın öhdəsindən gələ bilirlər[4]. Orinoko timsahının insanlara hücum etməsi barədə məlumatlar vardır, lakin bu heyvanların yaşayış yerlərinin azlığı və insan məskənlərindən uzaqlığı səbəbindən bu cür hallar son dərəcə nadirdir. Quru mövsümdə çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalır və bu da yaşayış üçün uyğun sahələrin azalmasına səbəb olur. Timsahlar ümumiyyətlə bu vaxtı çayların kənarında olan çuxurlarda keçirirlər.
Dişi yanvar-fevral aylarında, quru fəslin başlaması ilə, ümumiyyətlə cütləşdikdən 14 həftə sonra çay sahilində 15–70 yumurta qoyur. 70 gündən sonra gecə timsahlar yumurtadan çıxır. Onları tapıb suya aparan analarını səslə çağırırlar. Annaları övladlarını həyatının ilk ilində, bəzən üç ilə qədər qoruyur. Bala timsahlar tez-tez tequ, anakonda, yaquar, puma və kayman kkmi yırtıcılar tərəfindən ovlanılır. Baxmayaraq ki bu yırtıcılar bəzən balaları qoruyan dişi tərəfindən hücumlara məruz qalır və öldürülürlər[5].
Populyasiya
redaktəOrinoko timsahı Kolumbiya və Venesuelanın çaylarında, göllərində, Orinoko çayının orta və aşağı axınlarında yaşayır. Venesuelanın şimalındakı adalarda bəzi fərdlər tapılmışdır. Bu da onların duzlu suya bir qədər dözümlü olduqlarını deməyə əsas verir.
Orinoko timsahı ən nadir timsahlardan biridir. Uzun müddət timsah dərisi üşün brakonerlər tərəfindən məhv edilmişdir. Bu da sayının kəskin azalmasına səbəb olur. 1970-ci illərdən bəri onları ovlamaq qadağandır. Bununla belə növün sayı təhlükəli dərəcədə azdır. Vəhşi təbiətdə, 250 ilə 1500 arasında fərd vardır. Bu da onları qorumaq üçün kifayət deyil. Növlün qorunması üçün görülən tədbirlər hələ də təsirsizdir. Bəzi ərazilərdə timsah yuvaları dağıdılır, ət və dəri üçün nəzarətsiz ovçuluq aparılır. İdarəetmə onunla bağlı olaraq cətinləşir ki, bu növün dərisini Amerika timsahının dərisindən ayırmaq çətdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.
- ↑ "Crocodilian Species - Orinoco Crocodile (Crocodylus intermedius)". 2011-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
- ↑ Antelo R, Ayarzaguena J, Castroviejo J. 2008. Biologı´a del cocodrilo o caima´n del Orinoco (Crocodylus intermedius) en la Estacio´n Biolo´gica El Frı´o, Estado Apure (Venezuela). Arxivləşdirilib 2013-06-07 at the Wayback Machine
- ↑ Ross, R. P. (1998) Crocodiles: Status Survey and Conservation Action Plan. Second Edition. IUCN/SSC Crocodile Specialist Group, IUCN, Gland, Switzerland and Cambridge, UK.