Oruc Hesenli - Wikipedia
Oruc Qafar oğlu Həsənli (15 avqust 1950, Əlikli, Noraşen rayonu – 19 iyun 2018, Bakı) — pedaqoji elmlər doktoru (2006), professor, Əməkdar elm xadimi (2014), AMEA-nın müxbir üzvü (2017), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü.[1][2][3]
Oruc Həsənli | |
---|---|
Həsənli Oruc Qafar oğlu | |
Doğum tarixi | 15 avqust 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 2018 (67 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | Pedaqogika üzrə elmlər doktoru |
Elmi adları | |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mükafatları |
Həyatı
redaktəOruc Həsənli 15 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olub. O, 1957-ci ildə Ələkli kənd 8 illik məktəbə daxil olub, 1966-1967-ci illərdə isə həmin rayonun İbadulla kənd orta məktəbində orta təhsilini basa vurub. Ali təhsilini 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb.[1][2][3][4]
Əmək fəaliyyəti
redaktəOruc Həsənli əmək fəaliyyətinə 1972-1979-cu illərdə Şərur rayonunun Xanlıqlar kənd məktəbində müəllim kimi başlayıb. 1973-1974-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Xanlıqlar kənd orta məktəbində müəllim kimi isləyib. 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olub.[1][2][3][4]
Oruc Həsənli 1993-2008-ci illərdə "Naxçıvan" Universitetinin tədris və elmi işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2010-2018-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim[5][6][7], həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.[1][2][3]
Oruc Həsənli Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.04.2012-ci il tarixli əmri ilə UNİCEF-in üzvü seçilib. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. Üçüncü və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.[4]
Elmi fəaliyyəti
redaktəOruc Həsənli 1991-ci ildə aspiranturanı bitirib. 1992-ci ildə "Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyəsinin vasitəsi kimi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2006-cı ildə "Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının 2011-ci ilin yanvar ayında verilmis qərarı ilə akademiyanın həqiqi üzvü (akademik) elmi adına layiq görülüb.[1][2][3][4]
Oruc Həsənli təhsilin müasir psixoloji problemləri, o cümlədən, təhsil prosesində şagird şəxsiyyətinin formalaşdırılması, sosial psixopedaqogikada istedadlı uşaqlar, hazırkı hafizə məktəblərindən təfəkkür məktəblərinə keçid, məktəbə psixoloji xidmət və s. kimi aktual məsələləri tədqiq edib. Alimin elmi rəhbərliyi ilə 1 elmlər doktoru, 10 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib. O, 200-dən artıq elmi əsər, o cümlədən 26 kitab və monoqrafiyanın müəllifidir.[1][2][3]
Elmi əsərləri
redaktə1. Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi. Bakı: Elm, 2002, 312 s.
2. Ders dışı etkinlikler zamanı diyarşünaslıq materiallerini kullanmakla öğrencilerin kimlik oluşumu. Ankara: Kızılay nəşriyyatı, 2003, 138 s.
3. Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi. Bakı: Elm və təhsil, 2011, 392 s.
4. Məktəb psixoloqunun stolüstü lüğəti. Naxçıvan: Məktəb, 2013, 116 s.
5. İnsan psixologisinin sırlı dünyası: kıskanclık. Türkiyə: Hayat yayın qurupu, 2014, 104 s. (D. İbrahimoğlu ilə birgə)
6. Didaktika. Dərslik. Bakı: Elm və Təhsil, 2015, 365 s. (F. Sadiqovla birgə)
7. Tərbiyəşünaslıq. Dərslik. Bakı: Elm və təhsil, 2016, 361 s. (F. Sadiqovla birgə)
8. Depressiya. Naxçıvan: Məktəb, 2016, 92 s.
9. Məktəb psixoloqunun stolüstü kitabı. Naxçıvan: Məktəb, 2016, 300 s.
10. Təhsilə müasir psixoloji yanaşmalar. Naxçıvan , Əcəmi NPB, 2017, 416 s.
Vəfatı
redaktəOruc Həsənli 19 iyun 2018-ci ildə, uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.[2][3]
Mükafatları
redaktəOruc Həsənli elmi və pedaqoji sahədəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub[8], 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə isə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb[9]. Alim, həmçinin ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar buraxılmış "Xatirə" qızıl medalı ilə təltif olunub.[1][2][3][4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Həsənli Oruc Qafar oğlu". science.gov.az. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ 1 2 3 4 5 6 7 8 "Oruc Həsənli". www.nkpi.az. 2022-02-14. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.04.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 "Oruc Həsənli" (PDF). adpu.edu.az. 19.11.2021. 2024-03-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18.03.2021.
- ↑ 1 2 3 4 5 "Həsənli Oruc Qafar oğlu – Naxçıvan Müəllimlər İnstitutu" (türk). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-04-09.
- ↑ "O". www.anl.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "AZƏRBAYCAN MÜƏLLİMİ". www.muallim.edu.az. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Azərbaycan Respublikasınm təhsil işçilərinin "Tə-rəqqi" medalı ilə təltif edilməsi haqqında". frameworks.e-qanun.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". azertag.az. 08.04.2014. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.04.2024.
Xarici keçidlər
redaktə- "Azərbaycanlı deputat vəfat etdi". Yenicag.Az (az.). 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2018.
- Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi.