Orxan Sultanov - Wikipedia
Orxan Sedyar oğlu Sultanov (1977, Bakı) — Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi (2015-ci ildən), general-polkovnik (2020).
Orxan Sultanov | |
---|---|
Vəzifədədir | |
14 dekabr 2015-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOrxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə birinci katibi vəzifəsində çalışmışdır. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olmuşdur.[1]
Fəaliyyəti
redaktəOrxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.[2]
Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi verilmişdir.[3]
General-mayor Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən general-leytenant ali hərbi rütbəsi verilmişdir.[4]
General-leytenant Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[5]
Təltif və mükafatları
redaktə- General-mayor Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[6]
- Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilmişdir.[7]
İstinadlar
redaktə- ↑ "Xarici Kəşfiyyat Xidmətinin rəisi Kimdir ?". www.azadliq.info ("Azadlıq" qəzetinin rəsmi saytı). 14.12.2015. 14.12.2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.12.2015.
- ↑ "Orxan Sedyar oğlu Sultanovun Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamı". www.e-qanun.az. 14.12.2015. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.12.2015.
- ↑ "Orxan Sedyar oğlu Sultanova "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamı". www.e-qanun.az. 17.03.2016. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.03.2016.
- ↑ "Orxan Sedyar oğlu Sultanova "general-leytenant" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamı". www.e-qanun.az. 27.03.2019. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.03.2019.
- ↑ "Orxan Sedyar oğlu Sultanova "general-polkovnik" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 07.12.2020. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.12.2020.
- ↑ "Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamı". www.e-qanun.az. 26.03.2018. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.03.2018.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.