Orxan Xanlarov - Wikipedia
Orxan Xanlarov (10 yanvar 1994) — azərbaycanlı zorxana və pəhlivan güləşçisi, idman ustası. Avropa çempionu, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı. Orxan Xanlarov IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş və 1 bürünc medal qazanıb.
Orxan Xanlarov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Orxan Xanlarov Mirzə oğlu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Zorxana və Pəhlivan güləşi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman dərəcəsi | Azərbaycan Respublikasının İdman Ustası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Həyatı
redaktəOrxan Xanlarov, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.
Karyerası
redaktəOrxan Xanlarov 2012-ci ildə keçirilən gənclər arasında Avropa çempionatında (Palanqa, Litva) komanda hərəkətlərində 3-cü yer, çərxi-tiz yarışlarında qızıl, 70 kq çəki dərəcəsində pəhlivan güləşində bürünc medalın sahibi, 2013-cü ildə İran İslam Respublikasının Sərəndec şəhərində keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc medal qazanıb, 2014-cü ildə keçirilən böyüklər arasında Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl medal qazanıb, 2015-ci ildə böyüklər arasında keçirilən Dünya kuboku (Düşənbə, Tacikistan) komanda hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında gümüş, 80 kq pəhlivan güləşində bürünc medal qazanıb, 2016-cı ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində gümüş, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, həmin il keçirilən Dünya çempionatında (Cakarta, İndoneziya) komandalı hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. Orxan Xanlarov, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında isə gümüş medala layiq görülüb. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Rüfət Gülalıyev, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub. 2018-ci ildə böyüklər arasında keçirilən Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl, çərxi-çəməni yarışlarında qızıl medal qazanıb. 2020-ci ildə böyüklər arasında keçirilən Dünya çempionatında (Bojnourd, İran) komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb.2024-ci ildə böyüklər arasında keçirilən Dünya Kuboku(İsfahan,İran)komanda hərəkətlərində gümüş,çərxi-tiz yarışlarında bürünc,çərxi-çəməni yarışlarında gümuşmedal qazanıb.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- http://neftchi.org/xeberler/1937-orxan-xanlarov-avropa-empionatnda-3-qzl-medal-qazanb.html
- https://allsport.az/xəyyam-orucov-milbazidə-2-ci-orxan-xanlarov-cərxi-tizdə-3-cu-olub/
- http://amina-azif.az/2018/07/20/zorxana-guləsi-uzrə-milli-komandamizin-idmancilari-belarusiyada-keciriləcək-5-ci-avropa-oyunlarinda-zəfər-qazanmaq-ucun-xanlar-muəllimin-rəhbərliyi-altinda/
- http://www.futbolxeber.az/news/others/36702 Arxivləşdirilib 2017-07-20 at the Wayback Machine http://amina-azif.az/2020/12/25/orxan-xanlarov/http://neftchi.org/news/1444-islamiada-our-athlete-won-2-medals-in-the-zurkhaneh-competition.html