Osiyek Universiteti - Wikipedia
Osiyek Universiteti və ya tam adı Yosip Yuray Ştrosmayer adına Osiyek Universiteti (xorv. Sveučilište J. J. Strossmayera u Osijeku) — Xorvatiyanın Osiyek şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Zeljko Turkaljdır[2].
Osiyek Universiteti | |
---|---|
Əsası qoyulub | 1975 |
Tip | Dövlət |
Rektor | Zeljko Turkalj |
Tələbə sayı | 20.000 (2008/2009) |
Şəhər | Osiyek şəhəri |
Ölkə | |
Sayt | unios.hr |
Tarixi
redaktəOsiyek Universitetinin əsası Xorvatiya parlamentinin 26 mart 1975-ci il tarixli qərarına əsasən qoyulmuşdur. 2 ay sonra isə 31 may 1975-ci ildə universitetin qurulması ilə bağlı Zaqreb Universiteti ilə və bir sıra başqa qurumlarla anlaşma imzalandı. Belə ki, 1959-cu ildən Osiyek şəhərində Zaqreb Universitetinin İqtisadiyyat fakültəsinin tədqiqat mərkəzi yerləşirdi. Bütün bunlar Universitetin qurulması üçün mühüm baza roluna malik idi.
Universitetin əsas binası 1895-ci ildə inşa edilmişdir.
Hazırda bu universitet 1815-1905-ci illərdə yaşamış katolik ilahiyyatçısı və siyasətçi Yosip Yuray Ştrosmayerin[3] adını daşıyır.
Tədris
redaktəBütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Fakültələri
redaktəUniversitetin 11 fakültəsi var:
- İqtisadiyyat fakültəsi
- Hüquq fakültəsi
- Kənd təsərrüfatı fakültəsi
- Qida texnologiyası fakültəsi
- Mülki mühəndislik fakültəsi
- Elektrik mühəndisliyi fakültəsi
- Mexanika mühəndisliyi fakültəsi
- Fəlsəfə fakültəsi
- Təhsil fakültəsi
- Tibb fakültəsi
Akademiya və departamentləri
redaktəUniversitetin 1 akademiyası və 5 departamenti var:
- İncəsənət Akademiyası
- Mədəniyyət tədqiqatları departamenti
- Riyaziyyat departamenti
- Biologiya departamenti
- Fizika departamenti
- Kimya departamenti
Kitabxanası
redaktəUniversitetin zəngin kitabxana fondu var. Kitabxanasında 550 min nüsxə kitab toplanmışdır.
Kontingent
redaktə2008/2009 tədris ilində universitetdə təxminən 20.000 tələbə təhsil almışdır. Müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 1150 nəfər idi.
Rəhbərlik
redaktəUniversitetə rəhbərliyi rektor edir.
Xarici əlaqələri
redaktəUniversitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ UPRAVA SVEUČILIŠTA Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine. unios.hr (xorv.)
- ↑ Arthur J. May, The Hapsburg Monarchy, 1867–1914 (New York: W. W. Norton, 1968), 73. Contemporaries spelled the name "Straussmeyer".
Xarici keçidlər
redaktə- unios.hr — Rəsmi saytı