Osmanli Iran Muharibesi 1743 1746 - Wikipedia
Osmanl-İran müharibəsi −1743–1746-cı illərdə Osmanlı və İrandakı Əfşarlar dövləti arasında baş verən müharibə.[5]
Osmanlı-Səfəvi müharibəsi (1743-1746) | |||
---|---|---|---|
Nadir şah Əfşarın müharibələri | |||
| |||
Tarix | 1743 – 1746 | ||
Yeri | Şərqi Anadolu, İraq, Gürcüstan Ermənistan İran | ||
Səbəbi | İmperiya torpaqlarının daha da genişləndirmə istəyi | ||
Nəticəsi | Kürdan sülh müqaviləsi[1][2][3] | ||
Ərazi dəyişikliyi | Status quo ante bellum | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Arxa plan
redaktəNadir şah Əfşar İstanbul sülhünün (1736) ratifikasiya edilməsi üçün Osmanlı dövlətindən Cəfəriliyi İslamın V məzhəbi kimi qəbul etməyi istədi. Osmanlı dövləti isə bunu rədd etdi. Bundan sonra 1743-cü ildə Nadir şah Osmanlı dövlətinə müharibə elan etdi.
Səfəvilər 1623-cü ildə Bağdadı və 1624-cü ildə Mosulu Osmanlılardan almışdılar. Lakin Osmanlılar 1625-ci ildə Mosulu və 1638-ci ildə Bağdadı Səfəvilərdən ala bildilər. 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsi nəticəsində Osmanlılarla Səfəvilər arasında 85 illik sülh oldu.
Səfəvi sülaləsinin süqut etməsi zamanı yaranan hakimiyyət boşluğundan istifadə edən Rusiya və Osmanlı dövləti Səfəvi dövlətinin şimal-qərb və Xəzər sahili vilayətlərini öz aralarında böldülər. Lakin əfqanların ölkədən qovulmasından sonra II Təhmasib və Nadir şah Osmanlılara qarşı hərbi əməliyyatlara başladılar. Rusiyanın döyüşsüz geri çəkilməsindən sonra Osmanlı imperiyası da məğlub edilərək keçmiş Səfəvi dövlətinin ərazilərindən çəkilməyə məcbur edildi. Bundan sonra özünü şah elan edən Nadir Əfşar Hindistana yürüş etdi və Böyük Moğol İmperiyasını özündən asılı vəziyyətə gətirdi. Ardınca isə Osmanlılarla yeni müharibəyə başlamaq üçün Hindistandan geri döndü.
Müharibə
redaktəNadir şahın məqsədi Hind çayından Bosfora qədər uzanan imperiya qurmaq idi. Bu məqsədlə o, Mərkəzi Asiyada olan tayfalardan da əsgər yığmaqla 200 minlik ordu topladı. Nadir şahın planı İstanbula hücum etmək idi, lakin yolda o, Osmanlı din adamlarının ona qarşı cihad elan edəcəklərini öyrəndi və şərq tərəfə yönəldi. 1743-cü ildə Kərkükü, Ərbili tutdu və Mosulu mühasirəyə aldı. Mühasirə 40 gün davam etdi. Mosulun hakimi Hacı Hüseyn əl-Cəlili şəhəri uğurla müdafiə etdi. Nadir mühasirəni 40 gündən artıq davam etdirə bilmədi və yüksək vergilərə görə qalxan üsyanları yatırmaq üçün geri dönməyə məcbur oldu.[6]
Həmçinin, bu dövrdə Gürcüstanda da Nadir şaha qarşı müqavimət güclənirdi. Beləki, gürcü şahzadəsi Givi Amilaxvari Gürcüstanda Nadir şahın təsirini azaltmaq üçün Osmanlı köməyinə arxalanaraq Nadir şahın müttəfiqləri olan II Teymuraza və II İrakliyə qarşı mübarizəyə başladı. Lakin sonda uğursuzluqla üzləşdi.
1744-cü ilin əvvəllərində Nadir şah yenidən hücuma keçdi və Qarsı mühasirəyə aldı. Lakin Dağıstanda yenidən üsyan başlamasına görə mühasirəni yarımçıq saxlayıb Dağıstana yola düşdü. Üsyan yatırıldıqdan sonra geri dönən Nadir şah Qars döyüşündə Osmanlı ordusunu məğlub etdi. Lakin hərbi əməliyyatların yorucu olması və cəbhənin arxasında durmadan yeni üsynaların başlanması Nadir şahı sülh bağlamağa vadar etdi.
Nəticə
redaktəİmzalanan Kürdan müqaviləsinə görə sərhədlər dəyişilməz qalırdı. Qəsri-Şirin sülhünün müəyyən etdiyi sərhədlər yenidən bərpa edildi. Buna görə də bu müqaviləyə bəzən II Qəsri-Şirin sülhü də deyirlər.
Bu müqavilə Tehranla Qəzvin arasındakı Kürdan (Soucbulaq bölgəsində) adlananyerdə imzalanmışdır. Müqaviləni Əfşarlar tərəfindən Həsənəli Hacı xan, Osmanlı tərəfindən isə Mustafa Nazif Əfəndi imzalamışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Mikaberidze, Alexander. Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. ABC-CLIO. 2011. səh. 169. ISBN 978-1598843361. 2017-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
The Iranian victory [at Baghavard], which cost Nadir up to 8,000 men, compelled the sultan to accept the peace treaty that was signed in September 1746 in Kordan, northwest of Tehran.
- ↑ Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,p. 402-403. Etela'at Publishing
- ↑ Moghtader, Gholam-Hussein(2008). The Great Batlles of Nader Shah,p. 128. Donyaye Ketab
- ↑ Moghtader, Gholam-Hussein(2008). The Great Batlles of Nader Shah. Donyaye Ketab
- ↑ Süleyman, Əliyarlı. Azərbaycan tarixi. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- ↑ Azərbaycan tarixi 7 cilddə, III cild. Bakı: Azərbaycan nəşriyyatı. 1996.