Osmanli Seyxulislamlari - Wikipedia
Osmanlı şeyxülislamı (osman. شيخ الإسلام) — Osmanlı imperiyasında dini və hüquqi işləri yürüdən dövlət xadimi.
Etimologiyası
redaktəLüğətlərdə “yaşlı kimsə, rəis, bilgin” mənasını verən şeyx və İslam sözlərindən ibarət şeyxülislam ifadəsi İslam dünyasında öndə gələn üləma və sufilərə verilən bir şərəf ünvanı olaraq X əsrin ikinci yarısında meydana gəlmiş, daha sonra “alimlərin ən böyüyü, rəisi” mənasını qazanaraq bir rütbə halını almışdır. XI əsrdə Xorasandakı şafilərin başındakı alimlərə şeyxülislam ünvanı verilirdi. Zamanla bu ifadə geniş istifadə edilməyə başlanmış, Məmlüklərdə din xadimlərinə verilən şərəf ünvanına çevrilmişdir. İranda isə şeyxülislamlıq Osmanlılarda olduğu kimi rəsmi bir mahiyyət qazanmış, Səfəvilər dönəmində dini məhkəmənin rəisinə verilən bir ünvan olaraq istifadə edilmişdir.
Osmanlı dönəmi
redaktəMeydana gəlişi və ilk illəri
redaktəŞeyxülislamlığın dini bir vəzifə halına gəlməsi isə Osmanlıların dövrünə təsadüf edir. Osmanlılarda şeyxülislamlığın quruluş tarixi və bu vəzifəyə ilk dəfə kimin gətirilməsi ilə bağlı fərqli iddialar var. Uzun illər Bursa qazısı olan Molla Fənarinin 1425-ci ildə Bursa müftiliyinə gətirilməsi, əsasən Osmanlılarda müftilik və şeyxülislamlığın başlanğıcı olaraq qəbul edilir.[1] Ancaq bunu XVI əsrdə bütün elm sahəsini təmsil və idarə edən şeyxülislamlıq qurumu ilə eyniləşdirmək mümkün deyil. Əslində şeyxülislam ünvanı İstanbul müftisi üçün istifadə edilən bir ünvan idi və XVI əsrin əvvəllərində dövlətin daxilində aparılan yenidən təşkilatlanma ilə bürokratik bir reformasiya keçirmişdir. XVII əsrdə şeyxülislamların siyasi nüfuzu daha da artmış, daha sonralar qurum olaraq durmadan böyüyərək XIX əsrdəki islahatların ardından hökumət kabinetlərinə daxil olmağa başlamışdır.[1][2]
XV əsrdə Molla Fənari, Fəxrəddin Əcəmi, Molla Əbdülkərim, Molla Hüsrəv, Molla Gürani kimi alimlər II Murad və Fateh Sultan Mehmed dönəmlərində müftilik rütbəsinə gətirilmişdir.[3] Ancaq dövrün yazılı mənbələrində bunlardan heç biri şeyxülislam olaraq anılmamışdır. Yalnız Fateh Sultan Mehmedin təşkilat qanunnaməsində şeyxülislamın üləmanın rəisi olması ilə bağlı yazılan bölümlə bu ünvan rəsmi mahiyyət qazanmışdır.[1][4]
İnkişaf dövrü
redaktəXVI əsrin əvvəllərində Zənbilli Əli Əfəndinin II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərindəki 23 illik (1503-1526) şeyxülislamlığı bu rütbə üçün vəzifə və öhdəliklər baxımından dönüm nöqtəsi olmuşdur. Bu istiqamətdə mühüm addımların atıldığı bu dövrdə şeyxülislamlara bəzi əlavə məsuliyyətlər verilmişdir. Məsələn, II Bəyazidin İstanbulda inşa etdirdiyi mədrəsədə şeyxülislamların dərs verməsi şərt qoyulmuş, mədrəsənin daxil olduğu Bəyazid külliyəsinə ümumi nəzarət də onlara verilmişdir. Bu dövrdə şeyxülislamlığın önə çıxmasında əlbəttə ki, Zənbilli Əli Əfəndinin şəxsi keyfiyyətləri də mühüm rol oynamışdır. Belə ki, onun Yavuz Sultan Səlimin aldığı bəzi qərarlara etiraz etməsi və sultanların həm dünyəvi, həm də dini məsələlərinə yön verilməsinin şeyxülislamların vəzifəsi olduğunu bildirməsi gələcək illərdə bu rütbənin ön plana çıxacağına işarə edir. Zənbilli Əli Əfəndidən sonra şeyxülislamlığa gətirilən Kamalpaşazadə və Sədi Çələbi vəzifə müddətləri əsnasında verdikləri fətvalar və aldıqları qərarlarla bu vəzifənin dövlət nəznindəki nüfuzunu daha da artırmışdır. Fikirləri, məsələlərə baxışı və xarakteri səbəbilə haqqında ciddi müzakirələr aparılan ilk şeyxülislam isə şübhəsiz Çivizadə Muhiddin Əfəndidir. Onun ənənə halını almış sistemə müxalif olaraq aldığı fətvalar vəzifədən alınmasına yol açmışdır. Onun İbn əl-Ərəbi, Mövlanə Cəlaləddin Rumi kimi İslam dünyasının ən tanınmış şəxsiyyətlərini ciddi şəkildə tənqid etməsi və pulun vəqf edilməsi məsələsinə qarşı çıxması üləma zümrəsində güclü qarşıdurmalara, başda Əbusuud Əfəndi olmaqla bir çox alimlə fikir ayrılığına düşməsinə səbəb olmuşdur. Hətta Rumeli qazəsgəri olan Əbusuud Əfəndi fikirlərinə qarşı olduğu şeyxülislamın bu məsələlərə dair fətvalarından bəzilərini divan məclisinə təqdim edərək bu mübahisəni dövlət məsələsi halına çevirmişdir. Bütün bu hadisələri yaxından izləyən dövrün padşahı Sultan Süleyman Qanuni isə üləmaların və vəzirlərin toplanmasını və bu məsələnin həll edilməsini əmr etdi. Nəticədə Çivizadə Muhiddin Əfəndi təqsirli qəbul edilmiş, beləcə Çivizadə vəzifədən alınan ilk Osmanlı şeyxülislamı olmuşdur. Əbusuud Əfəndinin şeyxülislamlığı əsnasında bu quruma bəzi bürokratik dəyişikliklər edilmiş, onun 23 il davam edən şeyxülislamlığı bu qurumda dərin izlər buraxmışdır. Şeyxülislam olaraq təsdiq etmədiyi qərarlara “Nâ-meşrû nesneye emr-i sultânî olmaz” (“Qanuni olmayan şeylər sultan əmriylə olmaz”) deyərək qarşı çıxmış, buna baxmayaraq yazdığı fətvalarda və aldığı qərarlarda dövlətin təməl prinsiplərinə riayət etmişdir. Beləcə, şeyxülislamlığın siyasi gücü ön plana çıxmışdır.[5]
XVI əsrin ortalarında inzibati vəzifələri artan şeyxülislamlar əsrin sonlarında dövlətin siyasi həyatında sədrəzəmlərlə bərabər rol oynamağa başlamışdır. XVII əsrdə dövlət təşkilatında yaranan dəyişiklik və zəiflik, elm sahəsinə, eləcə də onun başındakı şeyxülislamlığa təsir etmişdir. Şeyxülislam Xocazadə Mehmed Əfəndi üləma iyerarxiyasını qorumağa çalışmış, bu istiqamətdə vəzirlərlə ziddiyyət yaranmışdır. Ordu mənsublarının iqtidarda söz sahibi olduğu, sultanların taxtdan devrildiyi bu dönəmlərdə şeyxülislamların vəziyyəti də dəyişməyə başladı. Ədirnə hadisələri (1703) və Patrona Xəlil üsyanlarında (1730) şeyxülislamların siyasətə qarışması bu qurumun önəmli həcmdə nüfuz itirməsinə səbəb olmuşdur. XIX əsrdə yeniçəri ocağının ləğvindən sonra şeyxülislamın və üləma zümrəsinin gücü azalmağa başlamış, Tənzimat dönəmi və ikinci məşrutiyyətin ardından bu vəziyyət daha açıq hal almışdır.[6]
Təyinat məsələsi
redaktəOsmanlı tarixi boyunca şeyxülislamların təyinatı sultanla sədrəzəmə bağlı bir məsələ olmuşdur. Elm sahəsinin sabit inkişaf keçirdiyi XVI əsrdə şeyxülislamların təyini, müəyyən bir təhsil və təcrübəyə xas olan üləmalar arasından sədrəzəmin təklifi və sultanın təsdiqi ilə baş tuturdu. Bu dönəmdə Rumeli qazəsgərlərinin şeyxülislamlığa gətirilməsi adət halını almışdır. Daha öncəki dönəmlərdə isə tanınmış bir alimin qazəsgərlikdən, qazılıqdan, hətta müdərrislikdən müftiliyə yüksəlməsi müşahidə edilmişdir. Belə ki, Molla Fənari müdərris və Bursa qazısı ikən, Fəxrəddin Əcəmi isə Ədirnədə müdərris ikən müftiliyə gətirilmişdir. Zənbilli Əli Əfəndi müdərrislikdən azad edilməsinin ardından, daha öncə qazəsgər olan Kamalpaşazadə isə müdərrislikdən birbaşa şeyxülislamlığa təyin edilmişdir. Rumeli qazəsgərliyindən birbaşa şeyxülislamlığa təyin edilən ilk şəxs isə Əbusuud Əfəndidir.[5] Bundan sonra Rumeli qazəsgərliyindən şeyxülislamlığa keçid ənənə halını almışdır.
Qurumun 5 əsrlik tarixi boyunca 131 müfti və şeyxülislam xidmət etmişdir. Bunlar arasında ən uzun müddət vəzifədə qalan Əbusuud Əfəndi (29 il), ən qısası isə Məmikzadə Mustafa Əfəndidir (13 saat). XVI əsrin sonlarından etibarən bəzi alimlər bu vəzifəyə bir neçə dəfə gəlməyə başladılar. Bunun ən tipik nümunəsi isə 1599-1608-ci illərdə 4 dəfə şeyxülislam olan Hacı Sunullah Əfəndidir. Dürrizadə Mustafa Əfəndi də təcrübəsi və nüfuzu sayəsində 1756-1774-cü illərdə 3 dəfə bu vəzifəyə təyin edilmişdir. Öncəki zamanlarda ömür boyu verilən bu rütbə, XVII əsrdən etibarən şeyxülislamlar tez-tez dəyişdirilməyə başlanmışdır. Onların vəzifədən alınmaları isə üsyana bilavasitə qarışma və ya tərəf tutma, sədrəzəmlə uyuşmazlıq, təyinat məsələlərinə qarışma, siyasi çəkişmə, iqtisadi və siyasi məsələlərdə müxalifət aparma, yaşlılıq və ya xəstəlik səbəblərinə əsaslandırılmışdır. Şeyxülislamların vəzifədən alınması onlara baş çavuş vasitəsilə bildirilirdi. Ancaq Başmaqçızadə Əli Əfəndi və Dürrizadə Mustafa Əfəndi nümunəsində olduğu kimi, sultanın dəyər verdiyi bəzi şeyxülislamlara bu xəbər rəisülküttab tərəfindən bildirilmişdir. Ənənəyə görə, üləma zümrəsindən olanlara verilən ən böyük cəza vəzifədən alınma və sürgün edilmədir. Bununla yanaşı Osmanlı tarixində bəzi istisna hallar müşahidə edilmişdir. Ahizadə Hüseyn, Xocazadə Məsud və Seyid Feyzullah Əfəndi törətdikləri fəsadlıqlar və siyasətə qarışmaları səbəb göstərilərək ölümlə cəzalandırılmışdır.
Gəlirləri
redaktəDövlət iyerarxiyasında şeyxülislamlar gəliri ən yüksək olanlar arasında yer alırlar. XVI əsrin sonlarından etibarən maaşla birlikdə, arpalıq deyilən iqta torpaqlarının verilməsinə də başlanılmış, ilk arpalıq məhz Bostanzadə Mehmed Əfəndiyə verilmişdir. Bununla bağlı verilən fərmanda Bostanzadəyə 50 min axcalıq arpalıq verildiyi qeyd edilir. 1603-cü ildə şeyxülislam olan Əbülməyamin Mustafa Əfəndiyə indiki şimali Makedoniya ərazisindən 60 min axcalıq arpalıq verilmiş, 1604-cü ildə isə 600 axca təqaüdlə vəzifədən alınmışdır. Vəzifədən alınan şeyxülislama maaş və ya arpalıq şəklində ödəmə verilir, ölümündən sonra bunun bir qismi ailəsinə, geri qalanı isə xəzinəyə təhvil verilirdi. Vəzifədən alınan şeyxülislamlar, onlara verilən arpalıqlara şəxsən getməmiş, bunun yerinə naiblərini göndərmişdir. Buna baxmayaraq bəzi zamanlar bu qərara ciddi nəzarət edilmişdir. Belə ki, Həmidizadə Mustafa Əfəndi verdiyi fətvayla sabiq şeyxülislamları arpalıq olaraq aldıqları əyalətlərə məcburi şəkildə göndərmiş, bu vəziyyət üləma arasında narazılıqlara və Həmidizadənin vəzifədən alınmasına yol açmışdır.
Bürokratiyada yeri
redaktəŞeyxülislamın protokol və iyerarxiyadakı yerini göstərməsi baxımından Fateh qanunnaməsi ilk rəsmi sənəd olaraq qəbul edilir.[4] Burada şeyxülislamın üləmanın rəisi olduğu və sədrəzəmin şeyxülislama, eləcə də sultanın müəllimlərinə təşrifat sırasında özündən öndə yer verməli olduğu qeyd edilir.[7] XVI əsr sədrəzəmlərindən Lütfi Paşanın yazdığı “Asəfnamə” əsərində sədrəzəmlərin Qurban və Ramazan bayramlarında və ya xəstəlik halında şeyxülislamı ziyarət etməli olduğu, sultanın müəllimlərinin protokolda şeyxülislamlardan daha üstün olduğu ifadə edilir.[8] Sədrəzəmlərin şeyxülislamları ziyarəti, ilk dəfə 1584-cü ildə sədrəzəm Özdəmiroğlu Osman Paşanın III Muradın əmriylə Çivizadə Mehmed Əfəndini ziyarətiylə başlamış, sonrakı illərdə bu ənənə halını almışdır. Osmanlı bürokratiyasında, demək olar ki, bütün yüksək vəzifələrə tədbiq edilən payə sistemi (namizəd göstərmə) yalnız sədarət və şeyxülislamlığa aid edilməmişdir. İstisna hal kimi Qaraçələbizadə Əbdüləziz Əfəndi 1649-cu ildə Rumeli qazəsgəri ikən yazdığı əsəri IV Mehmedə təqdim etmiş, əsəri bəyənən sultan tərəfindən şeyxülislamlıq payəsi ilə təltif edilmişdir. Sultanın müəllimi əgər şeyxülislamlığa təyin edilirsə, “camiur-riyasəteyn” ünvanı alırdı. Xoca Sadəttin, Seyid Feyzullah və Həsən Fəhmi Əfəndi bu ünvanla anılmışdır. Bəyəfəndi ünvanı isə adətən paşa nəvəsi olanlara verilirdi. İvazpaşazadə İbrahim, Arif Hikmət, Əhməd Muxtar, Pirizadə Sahib və Dürrizadə Abdullah Əfəndi bu ünvandan istifadə etmişdir.[9]
Fətvalar adətən fətva əminləri tərəfindən yazılır, cavab bölümləri isə şeyxülislam tərəfindən yazılaraq şəxsən imzalanırdı. Dürri Mehmed Əfəndi 1736-cı ildə iflic keçirməsinin ardından fətvaları imzalamaqda çətinlik çəkmiş, bu səbəblə I Mahmud hazırlanan sənədləri möhürlə təsdiqləməsi üçün xüsusi icazə vermişdir. İmza yerinə möhür istifadə edən başqa şeyxülislamlar da olmuşdur.
Şeyxülislamlar başlarına üləmaya xas olan ağ dolama başlıq taxır, bunlar arasından seyid olanlar bu başlığa yaşıl tül dolayırdılar. Mərasim geyimi olaraq isə samur kürklə bəzədilən və “fərveyi bəyza” adlanan ağ xələt geyinilirdi. Vəzifəyə yeni gətirilən şeyxülislamlar saraya çağırılır, təyinatla bağlı məlumat verilir və mərasimlə “fərveyi bəyza” deyilən mərasim geyimi geyindirilirdi. Bayramzadə Zəkəriya Əfəndinin şeyxülislamlığa təyini üçün tərtib olunan mərasimi detallı şəkildə qeyd edən tarixçi Saloniki, mərasim geyimli 10 çavuşun şeyxülislamı evindən alaraq divanxanaya gətirdiyini yazır. Dürrizadə Ataullah Əfəndi 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi. Rumeli hisarı yaxınlığındakı köşkü uzaq olduğu üçün təbrik mərasimi keçmiş şeyxülislamlardan Şərif Əfəndinin Fatehdəki köşkündə keçirildi. Şeyxülislamların vəfatı zamanı xüsusi bir mərasim keçirilir, cənazə namazları adətən Fateh məscidində qılınırdı.
Vəzifə və öhdəlikləri
redaktəŞeyxülislamların ən təməl vəzifəsi onlara verilən dini, siyasi və dünyəvi məsələlərlə bağlı suallara hənəfi məzhəbinə uyğun fətva verməkdir. Bundan başqa şeyxülislamların saray çevrilişlərini dəstəkləyən fətvalar verdiyi də görülmüşdür. Sultan İbrahimin taxtdan devrilməsi əsnasında şeyxülislam Əbdürrəhim Əfəndi yeniçərilərin və üləmanın dəstəyini alaraq öncə sultanın devrilməsi, daha sonra isə qətlə yetirilməsi üçün fətva yazmış, üstəlik edam əsnasında da cəlladın yanında şəxsən dayanmışdır. Son dönəmdə Sultan Əbdüləziz və V Muradın devrilməsi üçün şeyxülislam Xeyrullah Əfəndinin verdiyi 2 fətva və şeyxülislam Ziyaəddin Əfəndinin II Əbdülhəmidlə bağlı verdiyi fətvalar gücü əlində tutan siyasi qrupların şeyxülislamlığı əlində oyuncağa çevirdiyinin açıq sübutudur.[10] Birinci Dünya müharibəsi üçün verilən 5 fətva, Sultan Vahidəddinin devrilməsi üçün verilən fətva və Milli Mübarizə əleyhinə Dürrizadə Abdullah Bəyəfəndinin fətvası bu baxımdan görülən son nümunələrdir.
Şeyxülislamlara xüsusilə hökumət kabinetlərinə üzv olduqları son illərdə bəzi əlavə vəzifələr də verilmişdir.[2] Sədrəzəm Kürəkən Fərid Paşanın ilk Paris səyahəti əsnasında Mustafa Sabri Əfəndi, ikinci səyahətində isə Dürrizadə Abdullah Bəyəfəndi sədarət vəkili olmuşdur.
Şeyxülislamlıq, Cümhuriyyətin quruluş illərində Türkiyə Böyük Millət Məclisi tərəfindən öncə Əvkaf Nəzarətinə çevrilmiş, 1924-cü ildə xilafətin ləğvindən sonra isə Diyanət işləri rəisliyinə tabe edilmişdir.
Osmanlı şeyxülislamlarının siyahısı
redaktə- Molla Şəmsəddin Fənari (1424 - 1430)
- Molla Fəxrəddin Əcəmi (1430 - 1460)
- Molla Hüsrəv (1460 - 1480)
- Molla Gürani (1480 - 1488)
- Molla Əbdülkərim (1488 - 1495)
- Ələddin Çələbi (1495 - 1496)
- Əfdalzadə Həmidəddin (1496 - 1503)
- Zənbilli Əli Əfəndi (1503 - 1526)
- İbn-i Kamal Əfəndi (1526 - 1534)
- Sadullah Sədi Əfəndi (1534 - 1539)
- Çivizadə Muhiddin Mehmed Əfəndi (1539 - 1542)
- Əbdülqədir Həmidi Çələbi (1542 - 1543)
- Fənarizadə Muhiddin Çələbi (1543 - 1545)
- Əbu Suud Əfəndi (1545 - 1574)
- Kürəkən Həmid Əfəndi (1574 - 1577)
- Qazızadə Əhməd Şəmsəddin Əfəndi (1577 - 1580)
- Malulzadə Mehmed Əfəndi (1580 - 1582)
- Çivizadə Hacı Mehmed Əfəndi (1582 - 1587)
- Əbdülqədir Əfəndi (1587 - 1589)
- Bostanzadə Mehmed Əfəndi (1589 - 1592) (birinci dəfə)
- Bayramzadə Zəkəriya Əfəndi (1592 - 1593)
- Bostanzadə Mehmed Əfəndi (1593 - 1598) (ikinci dəfə)
- Xoca Sadəttin Əfəndi (1598 - 1599)
- Hacı Mustafa Sunullah Əfəndi (1599 - 1601) (birinci dəfə)
- Xocazadə Mehmed Əfəndi (1601 - 1603) (birinci dəfə)
- Hacı Mustafa Sunullah Əfəndi (1603) (ikinci dəfə)
- Əbülməyamin Mustafa Əfəndi (1603 - 1604) (birinci dəfə)
- Hacı Mustafa Sunullah Əfəndi (1604 - 1606) (üçüncü dəfə)
- Əbülməyamin Mustafa Əfəndi (1606) (ikinci dəfə)
- Hacı Mustafa Sunullah Əfəndi (1606 - 1608) (dördüncü dəfə)
- Xocazadə Mehmed Əfəndi (1608 - 1615) (ikinci dəfə)
- Xocazadə Əsad Əfəndi (1615 - 1622) (birinci dəfə)
- Zəkəriyazadə Yəhya Əfəndi (1622 - 1623) (birinci dəfə)
- Xocazadə Əsad Əfəndi (1623 - 1625) (ikinci dəfə)
- Zəkəriyazadə Yəhya Əfəndi (1625 - 1632) (ikinci dəfə)
- Ahizadə Hüseyn Əfəndi (1632 - 1634)
- Zəkəriyazadə Yəhya Əfəndi (1634 - 1644) (üçüncü dəfə)
- Əbu Səid Mehmed Əfəndi (1644 - 1646) (birinci dəfə)
- Muid Əhməd Əfəndi (1646 - 1647)
- Əbdürrəhim Əfəndi (1647 - 1649)
- Bahai Mehmed Əfəndi (1649 - 1651) (birinci dəfə)
- Qaraçələbizadə Əbdüləziz Əfəndi (1651)
- Əbu Səid Mehmed Əfəndi (1651 - 1652) (ikinci dəfə)
- Bahai Mehmed Əfəndi (1652 - 1654) (ikinci dəfə)
- Əbu Səid Mehmed Əfəndi (1654 - 1655) (üçüncü dəfə)
- Hüsamzadə Əbdürrəhman Əfəndi (1655 - 1656)
- Məmikzadə Mustafa Əfəndi (1656)
- Xocazadə Məsud Əfəndi (1656)
- Hənəfi Mehmed Əfəndi (1656)
- Balizadə Mustafa Əfəndi (1656 - 1657)
- Bolevi Mustafa Əfəndi (1657 - 1659)
- Əsir Mehmed Əfəndi (1659 - 1662)
- Sunizadə Seyid Mehmed Əmin Əfəndi (1662)
- Minkarizadə Yəhya Əfəndi (1662 - 1674)
- Çatalcalı Əli Əfəndi (1674 - 1686) (birinci dəfə)
- Ankaralı Mehmed Əmin Əfəndi (1686 - 1687)
- Dabbaqzadə Mehmed Əfəndi (1687 - 1688) (birinci dəfə)
- Seyid Feyzullah Əfəndi (1688) (birinci dəfə)
- Dabbaqzadə Mehmed Əfəndi (1688 - 1690) (ikinci dəfə)
- Əbusəidzadə Feyzullah Əfəndi (1690 - 1692) (birinci dəfə)
- Çatalcalı Əli Əfəndi (1692) (ikinci dəfə)
- Əbusəidzadə Feyzullah Əfəndi (1692 - 1694) (ikinci dəfə)
- Sədrəddinzadə Sadiq Mehmed Əfəndi (1694 - 1695) (birinci dəfə)
- İmam Mehmed Əfəndi (1695) (birinci dəfə)
- Seyid Feyzullah Əfəndi (1695 - 1703) (ikinci dəfə)
- Başmaqçızadə Əli Əfəndi (1703) (birinci dəfə)
- İmam Mehmed Əfəndi (1703 - 1704) (ikinci dəfə)
- Başmaqçızadə Əli Əfəndi (1704 - 1707) (ikinci dəfə)
- Sədrəddinzadə Sadiq Mehmed Əfəndi (1707 - 1708) (ikinci dəfə)
- Əbəzadə Abdullah Əfəndi (1708 - 1710) (birinci dəfə)
- Başmaqçızadə Əli Əfəndi (1710 - 1712) (üçüncü dəfə)
- Əbəzadə Abdullah Əfəndi (1712 - 1713) (ikinci dəfə)
- Mehmed Ataullah Əfəndi (1713)
- İmam Mahmud Əfəndi (1713 - 1714)
- Mirzə Mustafa Əfəndi (1714 - 1715)
- Mentəşzadə Əbdürrəhim Əfəndi (1715 - 1716)
- Əbu İshaq İsmayıl Əfəndi (1716 - 1718)
- Yenişəhərli Abdullah Əfəndi (1718 - 1730)
- Mirzəzadə Şeyx Mehmed Əfəndi (1730 - 1731)
- Başmaqçızadə Abdullah Əfəndi (1731 - 1732)
- Kürəkənzadə Əhməd Əfəndi (1732 - 1733)
- Əbuishaqzadə İshaq Əfəndi (1733 - 1734)
- Dürri Mehmed Əfəndi (1734 - 1736)
- Feyzullahzadə Mustafa Əfəndi (1736 - 1745)
- Pirizadə Mehmed Sahib Əfəndi (1745 - 1746)
- Həyatizadə Mehmed Əmin Əfəndi (1746)
- Seyid Mehmed Zeynalabdin Əfəndi (1746 - 1748)
- Əbuishaqzadə Əsad Əfəndi (1748 - 1749)
- Xəlilzadə Mehmed Səid Əfəndi (1749 - 1750)
- Seyid Murtuz Əfəndi (1750 - 1755)
- Abdullah Vassaf Əfəndi (1755)
- Kürəkənzadə Feyzullah Əfəndi (1755 - 1756) (birinci dəfə)
- Dürrizadə Mustafa Əfəndi (1756 - 1757) (birinci dəfə)
- Kürəkənzadə Feyzullah Əfəndi (1757 - 1758) (ikinci dəfə)
- Mehmed Saleh Əfəndi (1758 - 1759)
- Çələbizadə İsmayıl Asım Əfəndi (1759 - 1760)
- Vəliüddin Əfəndi (1760 - 1761) (birinci dəfə)
- Əbubəkrzadə Əhməd Əfəndi (1761 - 1762)
- Dürrizadə Mustafa Əfəndi (1762 - 1767) (ikinci dəfə)
- Vəliüddin Əfəndi (1767 - 1768) (ikinci dəfə)
- Pirizadə Osman Sahib Əfəndi (1768 - 1770)
- Mirzəzadə Seyid Mehmed Səid Əfəndi (1770 - 1773)
- Seyid Mehmed Şərif Əfəndi (1773 - 1774)
- Dürrizadə Mustafa Əfəndi (1774) (üçüncü dəfə)
- İvazpaşazadə İbrahim Bəyəfəndi (1774 - 1775) (birinci dəfə)
- Salehzadə Mehmed Əmin Əfəndi (1775 - 1776)
- Vassafzadə Əsad Əfəndi (1776 - 1778)
- Mehmed Şərif Əfəndi (1778 - 1782) (birinci dəfə)
- Seyid İbrahim Əfəndi (1782 - 1783)
- Dürrizadə Mehmed Ataullah Əfəndi (1783 - 1785)
- İvazpaşazadə İbrahim Bəyəfəndi (1785) (ikinci dəfə)
- Ərəbzadə Əhməd Ataullah Əfəndi (1785)
- Dürrizadə Mehmed Arif Əfəndi (1785 - 1786) (birinci dəfə)
- Müftizadə Əhməd Əfəndi (1786 - 1787)
- Məkkəyi Mehmed Əfəndi (1787 - 1788) (birinci dəfə)
- Mehmed Kamil Əfəndi (1788 - 1789)
- Mehmed Şərif Əfəndi (1789) (ikinci dəfə)
- Həmidizadə Mustafa Əfəndi (1789 - 1791)
- Seyid Yəhya Tofiq Əfəndi (1791)
- Məkkəyi Mehmed Əfəndi (1791 - 1792) (ikinci dəfə)
- Dürrizadə Mehmed Arif Əfəndi (1792 - 1798) (ikinci dəfə)
- Mustafa Aşir Əfəndi (1798 - 1800)
- Samanizadə Ömər Hülusi Əfəndi (1800 - 1803) (birinci dəfə)
- Salehzadə Əhməd Əsad Əfəndi (1803 - 1806) (birinci dəfə)
- Şərifzadə Ataullah Mehmed Əfəndi (1806 - 1807) (birinci dəfə)
- Samanizadə Ömər Hülusi Əfəndi (1807) (ikinci dəfə)
- Şərifzadə Ataullah Mehmed Əfəndi (1807 - 1808) (ikinci dəfə)
- Ərəbzadə Mehmed Arif Əfəndi (1808)
- Salehzadə Əhməd Əsad Əfəndi (1808) (ikinci dəfə)
- Dürrizadə Abdullah Əfəndi (1808 - 1810) (birinci dəfə)
- Samanizadə Ömər Hülusi Əfəndi (1810 - 1812) (üçüncü dəfə)
- Dürrizadə Abdullah Əfəndi (1812 - 1815) (ikinci dəfə)
- Mehmed Zeynalabdin Əfəndi (1815 - 1818)
- Məkkəyizadə Mustafa Asım Əfəndi (1818 - 1819) (birinci dəfə)
- Çərkəz Xəlil Əfəndi (1819 - 1821)
- Yasinzadə Əbdülvəhab Əfəndi (1821 - 1822) (birinci dəfə)
- Əhməd Rəşid Əfəndi (1822 - 1823)
- Məkkəyizadə Mustafa Asım Əfəndi (1823 - 1825) (ikinci dəfə)
- Qazızadə Mehmed Tahir Əfəndi (1825 - 1828)
- Yasinzadə Əbdülvəhab Əfəndi (1828 - 1833) (ikinci dəfə)
- Məkkəyizadə Mustafa Asım Əfəndi (1833 - 1846) (üçüncü dəfə)
- Əhməd Arif Hikmət Əfəndi (1846 - 1854)
- Məşrəfzadə Mehmed Arif Əfəndi (1854 - 1858)
- Mehmed Sadəddin Əfəndi (1858 - 1863)
- Atıfzadə Hüsaməddin Əfəndi (1863 - 1866)
- Mehmed Rafiq Əfəndi (1866 - 1868)
- Həsən Fəhmi Əfəndi (1868 - 1871) (birinci dəfə)
- Əhməd Muxtar Bəyəfəndi (1871 - 1872) (birinci dəfə)
- Turşucuzadə Əhməd Muxtar Əfəndi (1872 - 1874)
- Həsən Xeyrullah Əfəndi (1874) (birinci dəfə)
- Həsən Fəhmi Əfəndi (1874 - 1876) (ikinci dəfə)
- Həsən Xeyrullah Əfəndi (1876 - 1877) (ikinci dəfə)
- Qara Xəlil Əfəndi (1877 - 1878)
- Əhməd Muxtar Bəyəfəndi (1878) (ikinci dəfə)
- Üryanizadə Əhməd Əsad Əfəndi (1878 - 1889)
- Bodrumlu Ömər Lütfi Əfəndi (1889 - 1891)
- Mehmed Cəmaləddin Əfəndi (1891 - 1909) (birinci dəfə)
- Mehmed Ziyayəddin Əfəndi (şeyxülislam) (1909)
- Mehmed Sahib Əfəndi (1909)
- Çələbizadə Hüseyn Əfəndi (1910)
- Musa Kazım Əfəndi (1910 - 1911) (birinci dəfə)
- Əbdürrəhman Nəsib Əfəndi (1911 - 1912)
- Mehmed Cəmaləddin Əfəndi (1912 - 1913) (ikinci dəfə)
- Mehmed Əsad Əfəndi (1913 - 1914)
- Ürgüplü Mustafa Əfəndi (1914 - 1916)
- Musa Kazım Əfəndi (1916 - 1918) (ikinci dəfə)
- Ömər Xülusi Əfəndi (1918)
- Heydərizadə İbrahim Əfəndi (1918 - 1919) (birinci dəfə)
- Mustafa Səbri Əfəndi (1919)
- Heydərizadə İbrahim Əfəndi (1919 - 1920) (ikinci dəfə)
- Dürrizadə Abdullah Bəyəfəndi (1920)
- Mədəni Mehmet Nuri Əfəndi (1920 - 1922)
Mənbə
redaktə- Mecdî, Şekāik Tercümesi, s. 284-286.
- Selânikî, Târih (İpşirli), I, 322-323.
- Peçuylu İbrâhim, Târih, II, 486-487.
- Hezârfen Hüseyin Efendi, Telhîsü’l-beyân fî Kavânîn-i Âl-i Osmân (haz. Sevim İlgürel), Ankara 1998, s. 197-201.
- Devhatü’l-meşâyih, tür.yer.
- Cevdet, Târih, XII, 148-150.
- İlmiyye Salnâmesi.
- Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 173-214.
- Danişmend, Kronoloji2, V, 109-168.
- Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972.
- a.mlf., “S̲h̲ayk̲h̲ al-Islām”, EI2 (İng.), IX, 400-402.
- Murat Akgündüz, XIX. Asır Başlarına Kadar Osmanlı Devletinde Şeyhülislâmlık, İstanbul 2002.
- a.mlf., “Klasik Dönem Osmanlı Devlet Teşkilâtında Şeyhülislâmlık”, Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, IX, 847-854.
- Ahmet Cihan, Reform Çağında Osmanlı İlmiyye Sınıfı, İstanbul 2004.
- Esra Yakut, Şeyhülislamlık: Yenileşme Döneminde Devlet ve Din, İstanbul 2005.
- Osman Özkul, Gelenek ve Modernite Arasında Osmanlı Ulemâsı, İstanbul 2005, tür.yer.
- Bilgin Aydın v.dğr., Şeyhülislâmlık (Bâb-ı Meşihat) Arşivi Defter Kataloğu, İstanbul 2006.
- İlhami Yurdakul, Osmanlı İlmiye Merkez Teşkilatı’nda Reform (1826-1876), İstanbul 2008, tür.yer.
- a.mlf., “Şeyhülislamlık Makamı”, EAÜİFD, sy. 5 (1982), s. 197-218.
- J. H. Kramers, “Şeyh-ül-İslâm”, İA, XI, 485-489.
İstinadlar
redaktə- ↑ 1 2 3 Ekrem Kaydu, “Osmanlı Devletinde Şeyhülislamlık Müessesesinin Ortaya Çıkışı”, İİFD, sy. 2 (1977), s. 201-209.
- ↑ 1 2 R. W. Bulliet, “The Shaikh al-Islām and the Evolution of Islamic Society”, St.I, XXXV (1972), s. 53-68.
- ↑ M. M. Pixley, “Erken Osmanlı Tarihinde Şeyhülislam’ın Gelişimi ve Rolü” (trc. Nuri Çevikel), Türkiye Günlüğü, sy. 60, Ankara 2000, s. 99-106.
- ↑ 1 2 Fâtih Sultan Mehmed, Kānûnnâme-i Âl-i Osman (nşr. Abdülkadir Özcan), İstanbul 2003, s. 5, 22.
- ↑ 1 2 Zahit Aksu, Le Šayḫ al-Islam Abū’s-Suʿūd et ses fatwās en droit pénale (doktora tezi, 1971), Faculté des Lettres et des Sciences Humaines de Paris.
- ↑ M. C. Zilfi, Dindarlık Siyaseti, Osmanlı Uleması, Klasik Dönem Sonrası (trc. Mehmet Faruk Özçınar), İstanbul 2008.
- ↑ Teşrîfât-ı Kadîme, tür.yer.
- ↑ Lutfi Paşa, Âsafnâme (nşr. Mübahat S. Kütükoğlu), İstanbul 1991, s. 17.
- ↑ R. C. Repp, The Müfti of Istanbul: A Study in the Development of the Ottoman Learned Hierarchy, London 1986.
- ↑ İhsan Süreyya Sırma, L’institution et les biographies des shah al-Islâm sous le règne du Sultan Abdülhamid II (1876-1909) (doktora tezi, 1973), Université des Sciences Humanaines de Strasbourg.