Otluq Ilbizcullutu - Wikipedia
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Otluq ilbizcüllütü | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: ???: Otluq ilbizcüllütü |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Görünüşü
redaktəNisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir. Köhnə Dünyanın tropiklərində və yuvalanma arealının cənub hüdüdlarında qişlayir. Göl və axmazların, bataqlıq və rütubətli çəmənlərin sahillərində yaşayır. Yuvalaması qara və boz cüllütlərdəki müddətlərdə baş verir. Çox vaxt kiçik koloniyalar şəklində yuvalayır. Yuva yerdə qurulur, bir qoyumda qara – qonur xallı, solğun oxra rəngli 4 yumurta olur. Hər iki valideyn 3 həftəyə yaxın kürt yatır. Başqa trinqalar kimi yuvaya adam yaxınlaşanda hay- küy salıb o tərəf- bu tərəfə uçur. Yuvalama dövründə çox ehtiyatlıdır. Səsi sürətli «tü-li», «tü-li» və «te-lii» şəklində fit, həyəcan zamanı isə tez-tez çıxarılan « tüt-tüt-tüt» şəklindədir. Qalan trinqalar iri trinqa (T.nebularia Gunn.), yaraşıqlı cüllüt (T.erythropus Ball.) və çay trinqası (T.stagnatilis Bechst.) uçub keçərkən qışlamada rast gəlinir. Birinci kütləvi miqdarda qışlayır. Yaz uçub keçməsi aprel-mayda , payız – avqust - sentyabrdadır. Ölçüləri uyğun olaraq: bədəninin uzunluğu 30, 5, 30 və 23 sm, qanadları 175-198, 152-169, 126–141 mm, çəkisi 148-195, 112-174, 55-85q-dır. Əksər başqa cüllütlər kimi payız-qış dövründə rəngi tutqun olub üstü tünd-boz və ya qəhvəyimtil, altı açıq rəngdə olur. Nisbətən uzun ayaqları və dimdiyi, orta ölçüləri ilə fərqlənir. Dimdiyin, ayaqların və qanadların rəngi ilə də seçilir. Yaraşıqlı cüllütün ayaqları və dimdiküstü qırmızı, çay trinqasının ayaqları yaşılımtıl, iri trinqanın dimdiyi yüngülcə yuxarı əyilmiş, ayaqları tünd-yaşıl, qanad astarı zolaqlıdır. Yazda nikah bəzəyində yaraşıqlı cüllüt tamam qara, qalan iki növ isə payız-qış rəngindən az fərqlənir. Bütün trinqalar, xüsusən iriləri idman ovu obyekti ola bilər . Dördüncü yuvalayan növ trinqalara yaxın olan sahildəyişən cüllütdür. O, sığırçın boyda, dimdiyi və ayaqları nisbətən gödəkdir. Bu əlamətlərinə görə trinqalardan asanlıqla seçilir. Üstü qonur, yüngülcə bürünc çalarlı və nazik köndələn çilli, altı ağ , çinədanının böyürləri qonur çalarlı, boynunda və döşündə ensiz tünd çillər vardır. Uçuşda qanadının ön içəri hissəsində ağ zolaq görünür. Bədəninin uzunluğu 20 sm, qanadları 101–114 mm, çəkisi 43-74q –dır.[3]
Yayılması
redaktəTundra zonasında başqa praktik olaraq bütün Palearktikada yayılmışdır. Köhnə Dünyanın tropiklərində qışlayır. Azərbaycanda geniş yayılmış və sayına görə adidir. Martın sonunda uçub gəlir, sentyabr – oktyabrın əvvəlində uçub gedir. Səciyyəvi davranışı - melodik, hündür püi-püi fit səsi çıxararaq çayın bir sahilindən o biri sahilinə cəld uçmasıdır. Daxili su hövzələrinin sahillərinə üstünlük verir. Bu fəsilənin ölkədə rast gəlinən bütün qalan növləri qışlamada və uçub - keçərkən qeydə alınır. Qum cüllütləri (Calidris cinsi) 4 növü əhatə edir: sərçə cüllüt (C.minuta Leisler), qaradöş (C.alpina L.), qumluq cüllüt (C.alba Pall.). İlk iki növ ən kiçik (uyğun olaraq bədəninin uzunluğu 14 və 13sm, qanadları 79-105 və 84–102 mm, çəkisi 23-33 və 21-27 q-dır), gödəkayaq və gödəkdimdik cüllütlərdir. İkincinin ayaqları açıq, birincininki qara rəngdədir. Qaradöş və qumluq cüllütü bir qədər iri daha uzun dimdiklidir. İkincinin dimdiyi və ayaqları qara, birincinin ayaqları tutqun –qonurdu r. Sonuncu yazda nikah geyimində, döşündə və qarnında olan iri qara xala görə asanlıqla seçilir. Qalan 3 növ qışda daha tutqun, yazda isə üstdən kürən və ya qonurumtul – qara çilli olur. Qumluq cüllütü susqun olub həyəcan zamanı qısa vik-vik səsi çıxardır. Qaradöşün səsi cingiltili «tr-trr-trr» və ya «tri-ri-ri», sərçə cüllütünün və ağquyruq qumluq cüllütünün səsi uyğun olaraq çağlayan «dirr-dirr-it-it » və «dir-dir kimidir». Sayına görə xırda növləri azsaylı, daha iriləri isə qışlamada adi və hətta çoxsaylıdır. Payız uçub- keçməsi avqust- sentyabrda, yaz köçü isə mart-apreldə baş verir. Meşə cüllütləri qalanlarından alabəzək rəngi ilə seçilir. Üstü kürən qonur, tünd və açıq çilli, altı ağ və ya meşə cüllütündə olduğu kimi köndələn-qonur zolaqlı bozdur. Bekasın yalnız böyürlərində zolaqlar vardır. Çinədanında isə qarşnepdə olduğu kimi uzununa çillər vardır. Birinci növün başı köndələn açıq zolaqlı, o biri iki növünkü isə uzununa zolaqlıdır. Ayaqları gödək, dimdiyi uzundur. Ölçüsünə görə meşə cüllütü ən iri ,bekas bir qədər kiçik qarşnep isə ən kiçiklliyi.[4][5]
Qidalanması
redaktəOnlar xırda su onurğasızları, balıq körpələri, yuvalama dövründə isə çox vaxt cücülərlə qidalanır . İri növlər polifaq olub gəmiricilər, balıqlar , onurğasızlarla qidalanır, yuvaları qarət edir, hətta çox vaxt yaralanmış və zəifləmiş yaşlı quşlara hücum edə bilər.
Çoxalması
redaktəYuvalamaya , görünür aprelin sonu – mayda başlayır. Qırmızı – qonur çilli 4 çəhrayımtıl od rəngli yumurta qoyur 20 gün kürt yatır. Ov obyekti kimi az qiymətlidir.
Mənbə
redaktəAzərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı «Elm». 2004 - 620 s
Həmçinin bax
redaktəXarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Uçuş rekordçusu olan cüllüt". 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
- ↑ Ala cüllüt və fırtına quşunun nəsli kəsilmə təhlükəsi var[ölü keçid]
- ↑ "Cüllütlərkimilər fəsiləsi". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.