Otman Bozdag Palciq Vulkani - Wikipedia
Otman Bozdağ palçıq vulkanı — Azərbaycanda, Qaradağ dəmir yolu stansiyasından 5 km şimal-qərbdə yerləşən palçıq vulkanı[1].
Otman Bozdağ palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
İlk püskürmə | 1876 |
Son püskürmə | 23 sentyabr 2018 |
Yerləşməsi | |
40°14′25″ şm. e. 49°30′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Quruluşu
redaktəYüksəkliyin mərkəz hissəsini diametri 300 metr olan vulkan krateri tutur[1]. Kəsik konus şəklində olan kraterin kənarları 6 metr hündürlüyündə bəndlə hüdudlaşmışdır[1]. Onun dik yamacları dərin yarüanlarla kəsilmişdir[1]. Otman Bozdağının qrifon və salçaları iki qrupdan ibarətdir[1]. Palçıq vulkanı rayonunun geoloji quruluşunda pliosen çöküntüləri iştirak edir[1].
Püskürmə fəaliyyəti
redaktəOtman Bozdağının püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır[1]. Məsələn, 1845-ci il yanvarın 22-də baş vermiş güclü püskürmə 3 saat davam etmişdir[1]. Brekçiyanın tədqiqi vulkanın bir neçə dəfə – 1845, 1904, 1951, 1965-ci illərdə püskürdüyünü göstərir[1]. 1965-ci il oktyabrın 1-də saat 11.50-də bir saat yarım davam edən növbəti püskürmə baş vermişdir[1]. Brekçiyanın tutduğu sahə 10 km²-dən artıq olmuşdur[1].
Növbəti püskürmə 12 dekabr 1994-cü ildə baş vermişdir. Partlayış nəticəsində yaranmış alov sütununun hündürlüyü 60–70 m-ə çatmışdır[1]. Yaranmış brekçiya örtüyü 5 ha sahənin tutmuş, orta həcmi 63 m³ olmuşdur. Püskürmə nəticəsində uzunluğu 450 m, eni 2 m, dərinliyi 3 m olan 3 ədəd nəhəng çat yaranmışdır[1].
Vulkanın qeydə alınmış 8-ci püskürməsi 2004-cü ildə olmuşdur[2].
Sonuncu püskürmələr
redaktə6 fevral 2017-ci ildə vulkanda iki püskürmə baş verib[2]. Vulkan iki fazada püskürüb[2]. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb[2]. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib[2]. Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib[2]. İkinci partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb[2]. Vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb[2]. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib[2]. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib[2]. 2018-ci ilin 23 sentyabr saat 08:53 radələrində palçıq vulkanında bir illik fasilədən sonra birinci püskürmə baş verib. İkinci püskürmə saat 09:58 radələrində qeydə alınıb. Alovun hündürlüyü 200-300 metr olmuşdur. Püskürmədən sonra ərazidə çoxlu sayda dərinliyi 40 metrə[3] çatan çatlar əmələ gəlmişdir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Elman Yusifov. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri. Bakı: Nurlar NPM, 2007. (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Qaradağda püskürən vulkandan - Fotolar + Video Arxivləşdirilib 2017-02-09 at the Wayback Machine. qafqazinfo.az, 07.02.2017 (az.)
- ↑ "Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.