Otuz Uc Film - Wikipedia
"Otuz üç" (rus. Тридцать три) — 1965-ci ildə Georgi Daneliyanın rejissorluğu ilə çəkilmiş komediya filmi. Baş rolu Yevgeni Leonov ifa edir.
Otuz üç | |
---|---|
rus. Тридцать три | |
Janr | komediya |
Rejissor | Georgi Daneliya |
Prodüser | Y. Roqozovski |
Ssenari müəllifləri |
Valentin Yejov Viktor Koneski Georgi Daneliya |
Baş rollarda |
Yevgeni Leonov Nonna Mordyukova İnna Çurikova Lyubov Sokolova Marqarita Qladunko Viktor Avdyuşko Gennadi Yaloviç Nikolay Parfönov Villor Kuznesov Saveli Kramarov Arkadi Trusov Vyaçeslav Nevinnı Georgi Svetlani Vladimir Basov |
Operator | Sergey Vronski |
Bəstəkar | Andrey Petrov |
Rəssam | Aleksandr Borisov |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 1965 |
Filmin növü | bədii film |
Müddət | 72 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1965 |
Rəng | ağ-qara |
IMDb | ID0059832 |
Məzmun
redaktəYuxarı Çalalar (rus. Верхние Ямки) əyalətinin diş həkimi (Gennadi Yaloviç) gözlənilməz elmi kəşfə rast gəlir. O, pasienti İvan Sergeyeviç Travkinin (Yevgeni Leonov) ağız boşluğunda 33-cü dişi aşkara çıxarır. Ağrıdan əziyyət çəkən Travkini Moskvaya aparırlar. Orada əvvəlcə paxıl Proxorov (Nikolay Parfönov) səyləri nəticəsində dəlixanaya düşür. Sonra isə beynəlxalq elmi müşavirə qəhrəmana və (yuxusunda) Marsa göndərilən nümayəndəyə çevrilir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri: Valentin Yejov, Viktor Koneski, Georgi Daneliya
- Quruluşçu rejissor: Georgi Daneliya
- Quruluşçu operator: Sergey Vronski
- Quruluşçu rəssam: Aleksandr Borisov
- Bəstəkar: Andrey Petrov
- Səs operatoru: Vladimir Kraçkovski
- Dirijor: Emin Xaçaturyan
- İkinci rejissor: M. Çernova
- İkinci operator: V. Abramov
- Montaj edən: T. Zinçuk
- Geyim rəssamı: İ. Belyakova
- Qrim rəssamı: N. Baldina
- Rejissor assistentləri: L. Buşarova, D. Kuznesov
- Operator assistentləri: V. Qriqoroviç, A. Cirkvelov
- Rəssam assistenti: L. Kozlov
- Quraşdırılmış səhnələrin operatoru: Boris Travkin
- Quraşdırılmış səhnələrin rəssamı: A. Rudaçenko
- Redaktor: İ. Sergiyevskaya
- Mahnıların mətni: Yuri Levitanski
- Filmin direktoru: Y. Roqozovski
Rollarda
redaktə- Yevgeni Leonov — İvan Sergeyeviç Travkin
- Nonna Mordyukova — Qalina Petrovna Pristyajnyuk
- İnna Çurikova — Rozoçka Lyubaşkina
- Lyubov Sokolova — Lyuba Travkina
- Marqarita Qladunko — Frosya
- Viktor Avdyuşko — Mişa
- Gennadi Yaloviç — Arkadi Borisoviç Şeremetyev
- Nikolay Parfönov — Proxorov
- Villor Kuznesov — İqor Bezrodnı
- Saveli Kramarov — Rodion Xomutov
- Arkadi Trusov — Anatoli Petroviç İvanov
- Vyaçeslav Nevinnı — Vasili Lyubaşkin
- Georgi Svetlani — Mitriç
- Vladimir Basov — vilayət muzeyinin direktoru
- Frunzik Mkrtçyan — professor Bruk (titrlərdə F. Mkrtıçan)
- Nikolay Daneliya — Travkinlərin birinci oğlu
- Valya Şarikov — Travkinlərin ikinci oğlu
- Mariya Vinoqradova — Raisa Yakovlevna
- Olesya İvanova — Qorina
- Klavdiya Kozlyonkova — qulluqçu
- Boris Lavrov — Aleksandr Fyodoroviç (titrlərdə V. Lavrov)
- Sergey Martinson — Valentin Petroviç Lyubaşkin
- Daniil Netrebin — diş hesablamaları üzrə komissiyanın üzvü
- Alevtina Rumyanseva — televiziyada rejissor köməkçisi
- İrina Skobseva — Vera Sergeyevna
- Svetlana Svetliçnaya — Nina Svetlova
- Yuri Saransev — taksi sürücüsü
- İnna Fyodorova — sanitar
- Pyotr Şşerbakov — Viktor Viktoroviç
- Pavel Vinnik — Valentin İvanoviç (titrlərdə yoxdur)
- İlya Rutberq — Brukun köməkçisi (titrlərdə yoxdur)
- Mixail Loqvinov — qonaq (titrlərdə yoxdur)
Yaranma tarixi
redaktə1965-ci ildə filmin prokatda qalması heç iki həftə də çəkmir. Deyilənə görə, ideologiya üzrə o zamankı Sov.İKP MK katibi Mixail Suslov filmdə motosiklçilərin mühafizəsi altında gedən "Çayka" avtomobilini və kosmonavtlarla görüşə parodiya səhnəsini gördükdən sonra[1] "bizim sosialist gerçəkliyinə iftira"nın çıxarılmasına göstəriş verir. Georgi Daneliya bu səhnələri montaj etməkdən imtina edir. Buna görə də film geniş prokatdan çıxarılır.
...Düz iyirmi beş il bu film qadağa altında qaldı və bu iyirmi beş il ərzində onu mütəmadi ekranlarda görmək oldu: klublarda, hərbi hissələrdə və hətta Moskva ətrafındakı kinoteatrlarda... Mən özüm yetmişinci illərdə bu filmi Kubanın hərbi bazasında görmüşəm. Yeri gəlmişkən, yenidənqurmadan sonra hər kəs öz "qapadılmış" filmilə öyündüyü vaxt, mən də bu dalğaya qoşulub "Otuz üç" adlı filmimin iyirmi beş il rəfdə saxlanıldığını dedim. Lakin cəhdim baş tutmadı: durğun yetmişinci illərdə, demək olar ki, hamı mənim bu qadağalı filmimə ekranda baxmışdı. Georgi Daneliya. "Biletsiz sərnişin"
|
Kosmonavtların hazırlıq rəhbəri Sovet İttifaqı Qəhrəmanı Nikolay Kamanin 2 fevral 1966-cı il tarixində öz gündəliyində yazır:[2]
Leonov, Qaqarin və digər kosmonavtlar "Otuz üç" kinokomediyasının geniş ekrana buraxılmasına qadağa ilə əlaqədar məndən tədbir görməyimi xahiş ediblər: onlar hesab edir ki, bu film kosmonavtların xidmətlərini aşağılayır. Dünən Verşinin, Rıtov, mən və hərbi hava qüvvələri mərkəzi orqanının zabit heyəti bu kinokomediyaya baxdıq. Film hamının xoşuna gəldi, biz heç bir qəbahət aşkar etmədik. Şəxsən mən bir saatdan artıq güldüm və məmnuniyyətlə Travkinin "uğurlarının" inkişafına nəzər saldım. Nikolay Kamanin
|
Maraqlı faktlar
redaktə- Bu filmdən başlayaraq, Georgi Daneliyanın və digər rejissorların bir çox ekran əsərlərində Yevgeni Leonovun ifasında "Çayda" (rus. На речке) mahnısı müxtəlif formalarda səslənib ("На речке, на речке, на том бережочке мыла Марусенька белые ножки…").
- Çəkilişlərin bir hissəsi Rostov-na-Donda aparılıb.
- Filmdə ər-arvad İvan və Lyuba rollarını ifa edən Yevgeni Leonov və Lyubov Sokolova "Belarus vağzalı" filmində də eyni adlı cütlüyü canlandırıblar.
- "Otuz üç" Georgi Daneliyanın ağ-qara kinolentə çəkdiyi son filmdir.
İstinadlar
redaktə- ↑ "Тридцать три. СССР. 1965". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
- ↑ "Дневники Н. Каманина-2". 2012-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
Xarici keçidlər
redaktə- «Тридцать три» Arxivləşdirilib 2016-06-13 at the Wayback Machine "Mosfilm"in saytında